Rusiya pilotsuz təyyarə ilə Kiyevin Şevçenkivski rayonunda Ali Ədliyyə Şurasına məxsus inzibati binaya zərbə endirib. Hücum nəticəsində binaya ziyan dəyib, altı nəfər yaralanıb.
"İndiyə qədər altı nəfərin xəsarət aldığı məlumdur. İnzibati binaya ziyan dəyib, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb və avtomobillərə ziyan dəyib" – deyə Şevçenkivski Rayon Dövlət Administrasiyasının rəhbəri Oleksandr Sazanoviç bildirib.
Ali Ədliyyə Şurası binasının zədələndiyini təsdiqləyib. Şura müvəqqəti olaraq fəaliyyət göstərə bilmədiyini açıqlayıb.
Tahir TAĞIYEV