Əgər fürsət yaranarsa və müzakirə olunarsa, həm Azərbaycandan, həm də İrandan qaz alacağıq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
O, hər kəslə müzakirələrin aparıldığını və hər kəslə şaxələndirmə məsələlərinin olduğunu bildirib.
Simonyan qeyd edib ki, yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, region ölkələri arasında bütün aspektlərdə - iqtisadi, siyasi baxımdan sülh və əməkdaşlıq olacaq, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesini mümkün olan bütün yerlərdə başa çatdıracağıq.
"Hər şey çox yaxşıdır, çünki Ermənistan nəhayət ki, sülhə və demokratik hökumətə malikdir" – deyə Simonyan bildirib.
Tahir TAĞIYEV