Cümə günü, 16 oktyabr 2026
     

Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

Image


AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Müasir dövr etnologiyası" şöbəsinin əməkdaşlarının Qəbələ rayonuna elmi etnoqrafik ekspedisiyası olub. Bu barədə baki-xeber.com-a məlumat verən ekspedisiyanın rəhbəri İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Könül Əsədli bildirdi ki, ekspedisiyada aparıcı elmi işçi, t.ü.f.d Kamalə Əliyeva, t.ü.f.d Xatirə Ağayeva da iştirak edib. "Məqsəd Qəbələ rayonunun maddı və mənəvi mədəniyyətinin, xalq məişətinin öyrənilməsi, həmçinin ənənəviliklə müasirliyin müqayisə edilməsi, onların əlaqələndirilməsi, yerli informatorların unikal məlumatlarının qeydə alınmasından ibarət olub. Bundan əlavə rayonun tarixi - dini abidələri, dini inancları, toy adətləri haqqında xeyli məlumatlar əldə edilmişdir. Qloballaşma, kəndlərdən şəhərlərə və xaricə miqrasiya, gənc nəslin ənənəvi məişətdən uzaqlaşması kimi proseslər nəticəsində bir sıra arxaik mərasim elementləri unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Bu baxımdan udin xalqının toy mərasimlərinin, onların simvolikasının, terminologiyasının və müasir transformasiyasının canlı daşıyıcılardan − yaşlı nəslin nümayəndələrindən və mərasimlərin bilavasitə iştirakçılarından öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir".

K.Əsədli qeyd etdi ki, məlumatların toplanması zamanı müşahidə, strukturlaşdırılmış və dərinləşdirilmiş müsahibə, şifahi tarix, foto-video sənədləşdirmə və muzey materiallarının təsviri metodlarından istifadə edilib.

"Səfər zamanı Qəbələ şəhərində, Nic qəsəbəsində, Nohurqışlaq, Çuxur Qəbələ, Həzrə, Laza, Qəmərvan, Məlikli, Böyük Pirəli, İmamlı, Bəyli, Əmirvan və digər yaşayış məntəqələrində tədqiqat aparılmışdır. Yerli əhali ilə ünsiyyətdə olaraq onların yaşayış tərzi, adət-ənənələri və ailə-məişət münasibətləri haqqında maraqlı etnoqrafik məlumatlar toplanmışdır. Qəbələnin təbii-coğrafi şəraiti və etnoqrafik mənzərəsinə nəzər salanda regionun dağlıq və dağətəyi relyefinin burada yaşayan əhalinin məskunlaşma və həyat tərzinə öz təsirini göstərdiyini görmək olar. Əhalinin əsas məşğuliyyətlərinə kənd təsərrüfatı, heyvandarlıq və yerli xalq sənətkarlığı daxildir (Xalçaçılıq, misgərlik, dulusçuluq). Bölgəyə aid adət-ənənələr, toy və yas mərasimləri, eləcə də milli geyim və mətbəx mədəniyyəti qorunub saxlanılmışdır. Səfər zamanı ucqar dağ kəndlərində ənənəvi xalçaçılıq sənətinin inkişafının şahidi olduq, digər xalq sənətkarlıq nümunələri ilə tanış olduq. Qəbələnin etnoqrafiyası ümumAzərbaycan etnoqrafiyası kontekstində tədqiq edilmiş, həmçinin mədəni irsimizi öyrənmək baxımından böyük maraq doğurmuşdur"..

Qəbələ haqqında ümumi məlumat verən K.Əsədli ilk növbədə qeyd etdi ki, rayon əhalisinin 78.66 %-i azərbaycanlılar təşkil edir. "Səfər zamanı rayonun maddi və qeyri maddi mədəni irsini izləməklə bərabər, turizmin inkişafını, onun yerli xüsusiyyətlərini də izlədik. Qəbələnin tarixi simasında bir sıra tarixi abidələr, maddi mədəniyyət nümunələri əks olunmuşdur. 93 tarixi mədəniyyət abidəsi, 8 memarlıq, 53 arxeoloji abidə tariximiz üçün böyük əhəmiyyət daşıyır.
Kiçik Əmili kəndində IV-VIII əsrlərə aid olan Alban məbədi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir. Böyük Əmili kəndi ərazisində V-VIII əsrlərə aid qədim Alban kilsəsi hələ də öz varlığını qoruyub saxlayır. Nic qəsəbəsində Cotari Alban kilsəsi, Müqəddəs Məryəm Ana Alban kilsəsi bu qəbildəndir. Rayonda İslam dini ilə əlaqədar tarixi abidələr qorunub saxlanılır.

Qədim və müasir Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilmişdir. Qəbələ Azərbaycanın qədim tarixini və mədəniyyətinin özündə birləşdirən, multikultural dəyərlərin və tolerantlığın mərkəzidir. Hazırda Beynəlxalq Musiqi Festivallarının, Azərbaycan Mədəniyyət Fondunun, SEBA Assosiasiyası – Beynəlxalq İncəsənət Sərgilərinin Qəbələnin mənəvi həyatında əhəmiyyətli rolu olmuşdur. Çuxurqəbələ kəndində Arxeologiya Mərkəzi fəaliyyət göstərir. Burada müxtəlif təsərrüfat qabları, bəzək əşyaları, dini inanclarla bağlı fiqurlar qorunub, saxlanılır. Bu əşyalar Qəbələnin təsərrüfat məişəti haqqında məlumat əldə etməyə kömək edir. Bəzək əşyaları burada sənətkarlığın mövcudluğundan xəbər verir. Mərkəzdə İslama qədərki dini inamlar haqqında da bəzi məlumatlar əldə etmək mümkündür. Qəbələ əhalisi əvvəllər heyvandarlıq, çəltikçilik, tütnçülük, arıçılıq təsərrüfat sahələrini inkişaf etdirmişdilər. Onların bu sahələr üzrə uzun illərin təcrübəsi vardır. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmuşdur. Ekspedisiya zamanı kənd əhalisinin bağçılıq və bostançılıq, arıçılıqla məşğul olduqlarının şahidi olduq. Tütünçülük Qəbələnin kəndlərində geniş yayılmışdır və xeyli gəlir gətirirdi. İpəkçilik (baramaçılıq) də həmçinin, gəlir gətirən sahə idi. XIX-XX əsrin əvvəllərində burada mövcud olan tut bağları baramaçılığın inkişafına rəvac vermişdi".

Ekspedisiya rəhbəri vurğuladı ki, vaxtilə Qəbələdə xalçaçılıq sənətindən başqa dərzilik, boyaqçılıq, tikmə sənəti, kömürçülük, ağacişləmə, zərgərlik kimi sənətkarlıq sahələri mövcud olmuşdur, onların izlərini hələ də görmək mümkündür. "Qəbələ xalçaları Azərbaycanın şimal-qərb qrupu xalçaçılıq ənənələrinin mühüm bir hissəsidir. Regionda qədim xalçaçılıq sənətini yaşatmaq üçün müasir emalatxanalar fəaliyyət göstərir. Burada toxunan xalçalar özünəməxsus həndəsi naxışları, zəngin rəng çalarları və yüksək keyfiyyəti ilə seçilir. Laza kəndində toxunulan xovsuz xalça növünə aid olan bir neçə kilim nümunəsi ilə tanış olduq. Kilim həndəsi formalı naxışlardan və müxtəlif rəng çalarlarından ibarətdir. Laza kənd sakini 1948-ci il təvəllüdlü Behercinova Elmiranın məlumatına görə, məişətdə geniş tətbiq olunan kilim evlərdə həm divardan asılır, həm də döşənəcək kimi yerə salınır. Qədim Çuxur Qəbələ ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan saxsı qablar bölgədə dulusçuluğun minillik tarixə malik olduğunu göstərir. Müasir dövrdə də Qəbələ ustaları gildən məişət qabları (küplər, kasalar, dopular) və dekorativ keramika nümunələri hazırlamaq ənənəsini davam etdirirlər. Çuxur Qəbələ ərazisində aparılan qazıntılar zamanı tapılan nəhəng küplər, saxsı qablar, gil borular (tünglər) bölgədə dulusçuluğun qədim köklərini göstərir. Müasir dövrdə də sənətkarlar yerli gil növlərindən istifadə edərək həm dekorativ keramika nümunələri, həm də məişətdə istifadə olunan qablar hazırlayırlar.

Qəbələdə Saleh Qazıyev, Qara Əhmədov, İlyas Babayev, Dilarə İsmayılzadə tarixi-arxeoloji tədqiqatlar aparmış, rayonun mədəni irsinə dair samballı əsərlər yazmışlar. Bu tədqiqatlarda xeyli etnoqrafik motivlər tapmaq mümkündür. Qəbələ rayonu Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən, zəngin tarixi-mədəni irsə və əlverişli təbii-coğrafi şəraitə malik inzibati ərazi vahidlərindən biridir. Antik dövrdə Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş. Müasir dövrdə dAnchorə Qəbələ rayonu öz rəngarəngliyi ilə seçilir: burada əsas əhalini azərbaycanlılar təşkil etsə də, rayon ərazisində, xüsusilə Nic qəsəbəsində, qədim yerli xalqlardan olan udinlər də sıx şəkildə məskunlaşmışdır. Bu amil Qəbələni Azərbaycanda etnoqrafik və etnokonfessional müxtəlifliyin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bölgələrdən birinə çevirir".

O, bildirdi ki, Qəbələ rayonunun Həzrə kəndi ərazisindəki XV əsrə aid, dövlət tərəfindən qorunan memarlıq abidəsi − Şeyx Məhəmməd türbəsi ziyarət edilmişdir. Türbə kompleksi Həzrə kəndində meşəlik içərisində yerləşmişdir. Qədim qəbiristanlıqda bir neçə övliya türbələrindən biri də Şeyx Məhəmməd türbəsidir. Səkkizguşəli, konusvari daş örtüklü bu türbə bölgənin orta əsr memarlıq ənənələrini əks etdirən mühüm abidələrdən biridir. Nümayiş və ziyarət obyekti kimi istifadə olunur. Türbənin ətrafında xeyli sənduqə formalı qəbirlər vardır. Verilən məlumata görə türbə kompleksi və ətrafı Şirvan-Abşeron memarlıq məktəbinə aiddir, abidə Şamaxı ustaları tərəfindən tikilib, ərsəyə gətirilmişdir.

Ezamiyyətin mühüm hissəsini Azərbaycan Respublikasının Alban-Udi Xristian İcmasına məxsus, Müqəddəs Yelisey adına Cotari kilsəsinin (udi dilində "Cotari Gergeº") ziyarəti təºkil etmiºdir. Bu kilsə udin xalqının dini-mənəvi həyatının mərkəzlərindən biri olub, həm gündəlik dini ayinlərin icrası, həm də toy və digər mərasimlərin dini hissəsinin yerinə yetirilməsi üçün istifadə olunur. Kilsə 1723-cü ildə yerli sakinlərin vəsaiti hesabına inşa edilmişdir. Kilsənin adı yerləşdiyi Cotari məhəlləsinin adından götürülmüşdür. Sovet dövründə fəaliyyətini dayandırmış, anbar kimi istifadəyə verilmişdir. 2003-cü ildə əsaslı bərpa işlərindən sonra yenidən yerli əhalinin istifadəsinə verilmişdir.

Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi qəsəbənin ən böyük və qübbəli dini abidəsidir. Kərpicdən tikilmiş kilsənin aşağı hissəsi XII əsrdə tikilmiş, ikinci hissəsi 1898-ci ildən tikilmiş, əsaslı şəkildə bərpa edilmişdir. Kilsənin iki girişi, səkkizbucaqlı günbəzi, həmçinin ikimərtəbəli hörgüsü vardır. 2020-ci ildə Heydər Əliyev Fondu Tərəfindən bərpa edilmişdir.

Ekspedisiyanın digər istiqaməti Nohur qışlağı və Qəbələ şəhərini əhatə etmişdir. Məqsəd dağlıq və kənd ərazilərində müşahidə olunan məişət və yaddaş formalarının qışlaq və şəhər mühitində necə dəyişdiyini araşdırmaq olmuşdur.

Nohur qışlağında 90 yaşlı Qızxanım Kərimova ilə dərinləşdirilmiş müsahibə aparılmışdır.

Onun xatirələrində ailə həyatı, yaşayış mühiti və keçmiş köç yolları ilə bağlı məlumatlar qeydə alınmışdır. Bu məlumatlar şəxsi və kollektiv yaddaşın öyrənilməsi üçün əhəmiyyətlidir, lakin xronoloji fakt kimi istifadə edilərkən digər mənbələrlə müqayisə olunmalıdır.

Qəbələ şəhərində müxtəlif yaş qruplarını və ailə şəbəkələrini təmsil edən Nahidə Atakişiyeva, Maya Cabbarova və Şəhla Cəfərova ilə müsahibələr keçirilmişdir. Müsahibələrdə sovet və müstəqillik dövrlərinin məişəti, toy və yas mərasimləri, ailə münasibətləri və şəhərləşmənin gündəlik həyata təsiri barədə məlumatlar alınmışdır.

Sahə materialları göstərir ki, şəhər mühitində ailə və icma münasibətləri peşə, təhsil və yaşayış məkanı əsasında formalaşan yeni sosial əlaqələrlə tamamlanır. Bununla yanaşı, ənənəvi toy və yas mərasimlərinin bəzi elementləri də qorunur. Bu nəticə tədqiqatda görüşülən məlumatverənlərin təcrübəsinə əsaslanır və Qəbələ şəhərinin bütün əhalisinə ümumiləşdirilməməlidir".

K.Ə sədli udin xalqının toy mərasimi adət-ənənələrindən də danışdı. "Udinlər Qafqaz dilləri ailəsinin aid olan, dini mənsubiyyətinə görə isə xristian (Alban-Udi kilsəsinə mənsub) olan azsaylı xalqdır. Ezamiyyət zamanı toplanmış materialların əsas hissəsini udin toy mərasiminin ənənəvi mərhələləri təşkil edir. Udin toyu elçilikdən başlayaraq kiçik və böyük nişan, toya hazırlıq, toy mərasimi və toydan sonrakı adətlərədək davam edən bir sıra ardıcıl mərhələlərdən ibarətdir. Bu mərhələlərin hər biri özünəməxsus terminlərlə, hədiyyə mübadiləsi qaydaları və simvolik hərəkətlərlə müşayiət olunur. Bununla yanaşı, müasir dövrdə ailələrin sosial-iqtisadi vəziyyətindən, qarşılıqlı razılıqdan və yerli ənənələrin qorunma səviyyəsindən asılı olaraq mərasimlərin ardıcıllığında və icra formasında müəyyən dəyişikliklər müşahidə edilir.

Ezamiyyət zamanı toplanmış materialların böyük hissəsi Nic qəsəbəsinin udin icmasına mənsub yerli sakinlərin şəxsi xatirələri, müşahidələri və şifahi izahatları əsasında əldə edilmişdir. Müxtəlif yaş və sosial qruplarını təmsil edən bu şəxslərin verdikləri məlumatlar udin xalqının toy, mərasimləri, dini inancları və digər ənənəvi adətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İnformatorların birbaşa müşahidələri və ailələrində nəsildən-nəslə ötürülən məlumatları mərasimlərin həm müasir dövrdəki icra xüsusiyyətlərini, həm də keçmişdə mövcud olmuş bəzi adətlərin izlərini müəyyənləşdirməyə imkan vermişdir. Bundan əlavə, ezamiyyət çərçivəsində Nic Etnoqrafiya Muzeyinin bələdçisi Vladimir Romanoviç Vəzirovla görüş keçirilmiş, onunla Nic qəsəbəsinin tarixi, əhalisi və mədəni irsi barədə ətraflı söhbət aparılmışdır. Ekspedisiyanın yerli rəhbəri kimi çıxış edən V.R. Vəzirovun verdiyi məlumatlar bölgənin tarixi-mədəni kontekstinin daha dərindən öyrənilməsinə xidmət etmişdir".

K.Əsədova vurğuladı ki, 2026-cı il 1-15 iyul tarixlərində keçirilmiş Qəbələ etnoqrafik ekspedisiyası Nic kəndi, Zəzə ərazisi, Nohur qışlağı, Qəbələ şəhərində və digər yaşayış məntəqələrində müxtəlif sosial və etnik qrupların maddi və mənəvi mədəniyyəti haqqında sahə materiallarının toplanmasına imkan vermişdir.

Nic kəndində udi toy mərasimlərinin terminləri, ailə-məişət münasibətləri, dini-mədəni irs və muzey materialları qeydə alınmışdır. Zəzə ərazisində yaylaq-qışlaq hərəkəti, heyvandarlıq, tikinti və məişət təcrübələri öyrənilmişdir. Nohur qışlağı və Qəbələ şəhərində isə şəxsi və kollektiv yaddaşın, ailə münasibətlərinin və urbanizasiya proseslərinin gündəlik həyata təsiri araşdırılmışdır.

Ekspedisiyanın materialları göstərir ki, Qəbələ bölgəsində ənənəvi mədəniyyət formaları dəyişməz şəkildə deyil, müxtəlif sosial, iqtisadi və coğrafi şəraitə uyğunlaşaraq özünü göstərir. Bununla belə, hesabatda təqdim edilən bir sıra tarixi və muzey məlumatları şifahi məlumat və ya ilkin müşahidə xarakteri daşıyır. Onların elmi dövriyyəyə daxil edilməsi üçün arxiv, inventar, xəritə materialları ilə əlavə yoxlama aparılmalıdır.

Toplanmış müsahibə, foto-video və muzey materiallarının sistemləşdirilməsi Qəbələ bölgəsinin müasir etnoloji mənzərəsinin daha dəqiq öyrənilməsinə və gələcək tədqiqatlar üçün etibarlı ilkin material bazasının yaradılmasına xidmət edə bilər.

Hazırladı: İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 16:34
Azərbaycan və Türkiyə doğma qardaşdır...

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ