Rusiya Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır, lakin İrəvan Avrasiya İqtisadi Birliyində (AİB) və ya Avropa Birliyində (AB) iştirak etmək barədə də qərar verməlidir, çünki bu təşkilatların standartları uyğun deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq, lakin eyni zamanda, Ermənistan AİB-ə inteqrasiya prosesinin iştirakçısıdır və digər standartlara tədricən keçid geniş sahələrdə AİB standartları ilə əlaqəli olmayacaq. Seçim etməyin vacib olduğunu deyəndə məhz bunu nəzərdə tuturuq" – deyə Kremlin sözçüsü bildirib.
Peskov vurğulayıb ki, AİB üzv ölkələrinin heç birinin bu vacib inteqrasiya birliyinin qaydalarını, qanunlarını və prinsiplərini pozmaması vacibdir.
Tahir TAĞIYEV