Sentyabrın 23-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ sanksiyaları çərçivəsində İran reyslərini qəbul etməyi dayandırdıqları təqdirdə qonşu ölkələrdəki hava limanlarının fəaliyyətini pozmaqla hədələyib.
“Əgər ABŞ-ın tərəfini tutsanız, biz bunu sadəcə seyr etməyəcəyik. Əgər qonşu ölkələr İran uçuşlarını dayandırmaqda ABŞ-a qoşularsa, onların hava limanları da uçuşlar üçün açıq olmayacaq”, - deyə Rzayi bildirib.
O, Tehranın hansı konkret tədbirlər görmək niyyətində olduğunu və ya xəbərdarlığın hansı ölkələrə aid olduğunu dəqiqləşdirməyib.
Bu açıqlama ABŞ maliyyə naziri Skott Bessentin İran aviasiyasına qarşı sanksiyaların genişləndirildiyini elan etməsindən sonra verilib. O, İran təyyarələrinə yanacaq dolduran, yerüstü xidmət göstərən və ya uçuşlarına bilet satan xarici hava limanları və xidmət şirkətlərini ikinci dərəcəli sanksiyalar və dollar sisteminə çıxışın məhdudlaşdırılması ilə təhdid edib.
Məhdudiyyətlər qüvvəyə mindikdən sonra Tehrandan bir çox uçuşlar ləğv edilib. İran aviasiya hakimiyyəti Nəcəf hava limanı vasitəsilə İraq paytaxtına uçuşların mümkün istiqamətinin dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb.
Eyni zamanda, bəzi beynəlxalq marşrutlar fəaliyyətini davam etdirir. İran aviaşirkətləri Çin, Türkiyə, Ermənistan və BƏƏ-yə seçilmiş uçuşları davam etdirir.
Tahir TAĞIYEV