Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin nümayəndələri Stiv Vitkof və Cared Kuşnerlə danışıqlar aparmaq məqsədilə ABŞ-a yola düşüb. Bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, görüş Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində baş tutacaq. Reuters qeyd edir ki, danışıqlarda Stiv Vitkof və Cared Kuşnerin sentyabrın əvvəlində Moskvaya səfəri zamanı qaldırılan məsələlər, o cümlədən Ukraynadakı münaqişənin həlli müzakirə olunacaq. Rusiya tərəfi görüş barədə rəsmi məlumat verməyib. Dmitriyev sonuncu dəfə ABŞ nümayəndə heyəti ilə danışıqlarda 2026-cı ilin yanvarında iştirak etmişdi; həmin görüşlər Mayamidə keçirilmişdi. Həmin vaxt Rusiya Ukrayna və ABŞ ilə Rusiya-Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı üçtərəfli danışıqlar aparırdı.
SAMİRƏ