Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski arasında görüşün mümkünlüyündən danışan Kreml sözçüsü Dmitri Peskov, bu məsələ ilə bağlı Moskvanın mövqeyinin hər kəsə məlum olduğunu deyib.
"Bu məsələ ilə bağlı mövqeyimiz hər kəsə çox yaxşı məlumdur. Putin bildirib ki, Zelenski istəsə, Moskvaya gələ bilər. Ona təhlükəsizlik zəmanəti veriləcək" deyə Peskov bildirib.
Ukraynadakı münaqişənin həlli üçün hansı vacib qərarların qəbul edilməsinin gəlincə, Peskov deyib ki, "Zelenski hansı qərarların qəbul edilməli olduğunu çox yaxşı bilir".
Tahir TAĞIYEV