Lənkəranda evdən 75 500 manat oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
ZÜMRÜD