Bazar günü günü, 22 noyabr 2026
     

Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

Image


Azərbaycanla Türkiyə arasında yaşıl enerji sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi gözlənilir. 2026-cı ilin noyabrında Türkiyənin Antalyada keçirəcəyi COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı birləşdirən yaşıl enerji dəhlizi ilə bağlı yeni razılaşmaların əldə olunması gündəmdədir. Layihə Azərbaycan elektrik enerjisinin Gürcüstan və Türkiyə üzərindən Bolqarıstana, oradan isə Avropa enerji bazarına çıxarılmasını nəzərdə tutur. Dəhlizin hüquqi bazasının formalaşdırılması, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və birgə müəssisənin yaradılması istiqamətində işlər aparılır.

Bu layihənin reallaşması üçün əsas məsələlərdən biri Azərbaycanın ixrac edilə biləcək kifayət qədər əlavə elektrik enerjisi istehsal etməsidir. Bunun üçün ölkədə Günəş və külək elektrik stansiyalarının tikintisi, yeni generasiya güclərinin yaradılması və elektrik ötürücü şəbəkəsinin genişləndirilməsi sürətləndirilməlidir. Azərbaycan son illərdə bərpaolunan enerji layihələrinə böyük investisiyalar cəlb edir və Xəzər dənizinin külək potensialından istifadə etməklə uzunmüddətli perspektivdə Avropa bazarına daha böyük həcmdə yaşıl enerji çıxarmağı planlaşdırır.

Digər tərəfdən, Avropanın enerji keçidi fonunda Azərbaycan üçün bu dəhlizin əhəmiyyəti yalnız elektrik enerjisinin satışı ilə məhdudlaşmır. Ölkə gələcəkdə neft və qazla yanaşı, elektrik enerjisi və yaşıl enerji daşıyıcısı kimi də Avropa enerji bazarında mövqeyini gücləndirə bilər. Lakin bunun üçün istehsal gücü ilə ixrac infrastrukturu arasında balans yaradılmalı, elektrik enerjisinin maya dəyəri və ötürülmə tarifləri rəqabətqabiliyyətli olmalıdır.

Azərbaycanın yaxın 5–10 ildə daxili elektrik tələbatını təmin etməklə yanaşı, Türkiyə, Gürcüstan və Bolqarıstan üzərindən Avropaya əhəmiyyətli həcmdə yaşıl elektrik enerjisi ixrac etməsi nə dərəcədə realdır və bunun üçün hansı yeni generasiya güclərinin və infrastrukturun yaradılmasına ehtiyac var?

Xalid Kərimli: “Bərpaolunan enerji Azərbaycanın qaz ixracını artırmaqla yanaşı, yeni ixrac məhsuluna çevrilə bilər”

Rublun ucuzlaşmasının Rusiya iqtisadiyyatına faydası var - Xalid Kərimli | Valyuta.az

İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan son illərdə bərpaolunan enerji istehsalının artırılması istiqamətində ciddi addımlar atır. Onun sözlərinə görə, bir neçə il əvvəl ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payı təxminən 4-6 faiz təşkil edirdisə, hazırda bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib.

Ekspert qeyd edib ki, ölkə qarşısında 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını ən azı 30 faizə çatdırmaq hədəfi qoyulub. Bununla yanaşı, bərpaolunan enerji postneft dövründə həm enerji təhlükəsizliyinin və dayanıqlığının təmin olunması, həm də yeni ixrac istiqamətinin yaradılması baxımından nəzərdən keçirilir.

Xalid Kərimlinin sözlərinə görə, bu istiqamətdə artıq konkret layihələr həyata keçirilir. “Masdar”, “ACWA Power” və BP kimi şirkətlərlə müxtəlif günəş və külək enerjisi layihələri üzrə müqavilələr bağlanıb. Qarşıdakı illərdə bərpa olunan enerji üzrə istehsal gücünün daha da artırılması planlaşdırılır.

İqtisadçı hesab edir ki, Azərbaycanın böyük bərpa olunan enerji potensialı ölkənin gələcəkdə həm daxili tələbatını daha çox yaşıl enerji hesabına təmin etməsinə, həm də ixrac imkanlarını genişləndirməsinə şərait yaradır. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı bu baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın quruda və dənizdə yüzlərlə giqavat həcmində bərpa olunan enerji potensialına malik olduğu bildirilir və bunun böyük hissəsini külək enerjisi təşkil edir.

Kərimli vurğulayıb ki, Azərbaycan üçün yaşıl enerjinin əsas ilkin iqtisadi üstünlüklərindən biri təbii qaza qənaət etməkdir. Hazırda elektrik enerjisinin əhəmiyyətli hissəsi istilik elektrik stansiyalarında təbii qaz hesabına istehsal olunur. Bərpaolunan enerji güclərinin artması həmin stansiyalarda qaz istehlakını azaltmağa, qənaət olunan qazı isə ixrac etməyə imkan verə bilər. Bu baxımdan yaşıl enerji Azərbaycanın qaz ixracı imkanlarını da dolayı yolla genişləndirə bilər.

Ekspertin fikrincə, növbəti mərhələdə əsas məsələ Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin xarici bazarlara çıxarılması üçün lazımi interkonnektorların yaradılmasıdır. Cəbrayıl istiqamətində formalaşdırılan enerji infrastrukturu, Naxçıvanda yaradılan yeni generasiya gücləri və Türkiyə ilə elektrik bağlantılarının genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Planlaşdırılan model Azərbaycan enerjisinin Naxçıvan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılmasını nəzərdə tutur. Bunun üçün Naxçıvan-Türkiyə və Türkiyə-Bolqarıstan istiqamətlərində elektrik interkonnektorlarının yaradılması və mövcud şəbəkələrin gücləndirilməsi tələb olunur.

Xalid Kərimli hesab edir ki, Azərbaycanın yaşıl enerji ixracı ilə bağlı əvvəlki təşəbbüslərində əsas problem maliyyələşdirmə və uzunmüddətli alış öhdəliklərinin tam formalaşmaması olub. Onun fikrincə, elektrik enerjisi neft və qazdan fərqli məhsuldur: ixrac üçün konkret ötürücü xətt yaradılmalı və həmin xəttlə veriləcək enerjinin alıcısı əvvəlcədən müəyyənləşdirilməlidir. Buna görə Avropa ölkələrinin yalnız niyyət bəyan etməsi deyil, uzunmüddətli alış müqavilələri bağlaması və layihələrin maliyyələşdirilməsində iştirak etməsi vacibdir.

Ekspertin fikrincə, Azərbaycanın yaşıl enerji strategiyasının iqtisadi əhəmiyyəti yalnız gələcəkdə elektrik enerjisinin ixracından ibarət deyil. İlk mərhələdə bərpa olunan enerji hesabına istilik elektrik stansiyalarında qaz istehlakının azaldılması və qənaət olunan qazın ixracı mümkündür. Daha sonra isə elektrik enerjisinin özü ayrıca ixrac məhsuluna çevrilə bilər. Bu isə Azərbaycanın enerji ixracının şaxələndirilməsinə və ölkənin yalnız neft-qaz gəlirlərindən asılılığının azalmasına imkan verə bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ