Yaponiyanın “Kyodo News” agentliyi İranın yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir ki, ABŞ hərbi təzyiqi azaltmaq üçün ilkin addımlar atacağı təqdirdə, İran yeddi gün ərzində Hörmüz boğazını açmağa hazırdır.
O, müvafiq məlumatların vasitəçilər vasitəsilə Vaşinqtona ötürüldüyünü bildirib.
Tehran öz mesajında iki ölkə arasındakı münaqişəyə birdəfəlik son qoymaq məqsədilə danışıqların bərpasına çağırıb və bu həftə keçiriləcək BMT Baş Assambleyasının sessiyasından vasitəçi ölkələrlə məsləhətləşmələr üçün istifadə etmək niyyətindədir.
Eyni zamanda, “Kyodo” mənbəyi İran prezidenti Məsud Pezeşkianla ABŞ prezidenti Tramp arasında görüş ehtimalını istisna etsə də, ABŞ-ın "ciddilik və qətiyyət" nümayiş etdirəcəyi təqdirdə sülh razılaşmasına doğru irəliləyişin olacağını da istisna etməyib.
Rəsmi şəxs qeyd edib ki, Tehran Vaşinqtonun danışıqları bərpa etməyə və İran limanlarının hərbi blokadasına və Hörmüz boğazı ilə əlaqəli hərbi əməliyyatlara son qoymaq üçün addımlar atmağa hazır olduğunu bildirməsini gözləyir.
Onun sözlərinə görə, əgər belə tədbirlər görülərsə, İran boğazı yeddi gündən gec olmayaraq açmağa və danışıqlar masasına qayıtmağa hazırdır.
Tahir TAĞIYEV