Cümə günü, 16 oktyabr 2026
     

Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

Image


Bir qrup kino xadimi Prezident İlham Əliyevə açıq müraciət edib. Müraciəti hələki 41 kino xadimi imzalayıb. Müraciəti imzalayanlardan biri də tanınmış ictimai xadim, yazıçı, kinodramaturq Eldəniz Quliyevdir. Eldəniz müəllimlə müraciətin səbəbi, AKİ-nin Konfransında baş verənlər və sair barədə danışdıq.

- Eldəniz müəllim, kino xadimlərinin ölkə başçısına ünvanladı müraciətdə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sentyabrın 11-də keçirilən ümumi Konfransında ciddi qanun pozuntularının olduğu bildirilib. Söhbət nə kimi qanun pozuntularından gedir? Konfransda nə baş verdi?

- Əvvəla, mənim Facebook hesabıma baxsanız görərsiniz ki, müraciət edənlərin sayı 30 deyil, daha çoxdur. Hazırda 41 nəfər bu müraciəti imzalayıb. Bir çox Xalq artistləri, aktyorlar, aktrisalar da əlavə olunub.

Müraciətdə məqsədimiz yazılıb. Amma bəzi məsələri də qeyd etmək istəyirəm. AKİ –nin sentyabrın11-də keçirilən Konfransında elə absurd hadisələr baş verdi ki, bunu sözlə izah etmək çətindir. AKİ-nin Ali orqanı sayılan bu Konfransda çoxsaylı qanun pozuntularına yol verildi.

- Konkert olaraq hansı faktı söyləyə bilərsiniz?

- Məsələn, birdən-birə 87 nəfərin AKİ üzvülüyündən uzaqlaşdırılması məsələsinə aydınlıq gətirilmədi. Açıqlanmadı ki, bu 87 nəfər kimlərdir və hansı səbəbdən onların üzvlüyünə xitam verilib. Bu barədə onlara məlumat verilibmi? Birincisi, buna aydınlıq gətirmədilər. İkincisi, hamı gördü ki, Konfransa dəvət olunan AKİ üzvlərindən əlavə təxminən 70-80 nəfər kənar adamlar olub. Sonra məlum oldu ki, bunlara (kənar adamlara) gizlin mandat verilib.

- Məqsəd nə olub?

- Bu mandat onlara hər ehtimala qarşı verilib ki, legitimlik olsun, “kvorm var” və sair desinlər. Bunu hamı gördü. Təxminən 20 nəfər də gənclərdən ibarət dəstək qrupu gətirmişdilər. Bu da hamının gözü qarşısında baş verdi. Yaxşı, bunu da kənara qoyaq. Çünki bu saxtakarlığın görünən tərəfidir. Say komissiyası yaradıldı və hər hansı bir məsələni səsə qoyanda səs komissiyası səsləri saymadı. Nizamnamənin tələbi budur ki, səslər sayılsın və kim lehinədir, kim əleyhinədir, kim birtərəfdir bilinsin. Təxminən 50-60 nəfər başlarını da qaldırmadan mandatlarını qaldırıb leyhinə səs verdilər və bu da yekdilliklə qəbul olundu. Hamı təəccüblə bir-birinə baxdı ki, bu nə deməkdir?

- AKİ sədrin seçilməsi barədə nə demək olar?

- Sədr seçkisi də təxminən belə oldu. Biz-50-60 nəfər kino xadimi Konfransadan bir gün əvvəl Konfrans iştirakçılarına müraciət etmişdik və alternativ namizədimizi təqdim etmişdik. Biz Xalq artisti, professor Həmidə Ömərovanın namizədliyini təqdim etmişdik. Nəinki Həmidə xanıma, heç o müraciəti imzalayan 50-60 nəfər tanınmış ictimai və kino xadimlərinə Konfransda danışmaq üçün söz verdilər. Bizə söz verilmədi. Mən AKİ-nin İdarə Heyətinin üzvü kimi 2-3 dəfə cəhd etdim ki, çıxış edim və “alternativsiz keçən seçki ədalətli, demokratik ola bilməz, imkan verin biz də öz sözümüzü deyək” deyim. Nizamnamədə də göstərlir ki, bütün üzvlər bərabərhüquqludur, hər kəsin təklif vermək, mövqeyini bildirmək hüququ var. Heç əhəmiyyət də vermədilər. Sanki heç eşitmirdilər. Hətta qolu zorlu idmançılar da gətirmişdilər ki, mikrafona qarşı bir balacaq həmlə olsa onu da saxlasınlar. Bu da baş verdi. Bir ssenaristin qolundan tutub o tərəfə sürüdülər ki, indi polis çağıracağıq. Belə bir absurd bir Konfrans keçirilirdi.

- Başqa diqqət çəkən nə baş verdi ki, bu kino xadimlərinin narazılığına səbəb oldu?

- Heç bir müzakirə keçirmədən öz İdarə Heyətlərini seçdilər. Mənim də təmsil olunduğum İdarə Heyətini səbəbsiz olaraq ləğv edib uzaqlaşdırdılar, yeni İdarə Heyəti seçdilər. Özü də necə? Bunu əvvəlcədən hazırlanmış siyahı əsasında etdilər. Amma qanunla İdarə Heyətinə namizədlər elan olunamlı və iştirakçılar razılıqlarını, yaxud narazılıqlarını bildirməli idilər. Bu olmadı. Adları siyahıdan oxudular. Kim əleyhinədir? Bir 20-30 nəfər əl qaldırdı, “hə, yekdilliklə qəbul olundu”. Bu cür qanun pozuntusu baş verdi. Həm nizamnamənin tələblərinin pozulması, həm qanunun tələblərinə əhəmiyyət verilməməsi kimi halların baş verməsi bizi məcbur etdi ki, biz həm Ədliyyə Nazirliyinə, həm də Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edək. Biz həm Ədliyyə Nazirliyinə, həm də əsasən mədəniyyətlə, humanitar sahə ilə məşğul olan Azərbaycan birinci xanımı vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edik. Ancaq Prezidentə açıq müraciət etmişik.

- Tələbiniz nədir?

- Tələbimiz odur ki, bu məsələ Ədliyyə Nazirliyi tərəfindən qanunsuzluq, insan hüquqlarının pozulması, hüquqlarımızın tapdanması kimi araşdırılsın və ədalətli, alternativ namizədlərin iştirakı ilə yenidən konfrans keçirisin.

Sizi inandırım ki, əgər orada normal səsvermə olsaydı, qeyd etdiyim pozuntular olmasaydı və Şəfiqə xanım sədr seçilsəydi onu ilk təbrik edən mən olacaqdım. Eyni zamanda bu gün Prezidentə müraciət edənlərin tam əksəriyyəti onu təbrik edəcəkdilər.

Yaş məsələsini irəli çəkirlər, “yaşlıdır” deyirlər. Amma mən onun yaşını nəzərə almıramş Çünki onun məsələyə dəxli yoxdur. Çünki dünyada kino sahəsində o qədər 80-90 yaşında insanlar var ki, çox aktivdirlər və filmlərə çəkilirlər.

Amma təəssüf ki, Şəfiqə xanım bu gün nə etdiyini, niyə belə etdiyini anlamır.

Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi. Çünki bu işlə məşğul olan, bu məsələyə müdaxilə etməyə, söz deməyə səlahiyyəti olan qurumlar Mədəniyyət Nazirliyi və ARKA-dır (Azərbaycan Respublikası Kino Agentliyi). Bu qurumlar seyirçi mövqeyində qaldılar, heç nəyə qarışmadılar. Əslində belə olmamalı idi. Mən deyirəm ki, siz ədalətin yanında olmalısınız. Bu gün müraciət edənlər bunu ədalətin bərpası üçün deyirlər. Bəziləri deyirlər ki, biz yazmağa, deməyə qorxuruq. Mən də deyirəm ki, biz heç kəsi alçaltmırıq, öz hüququmuzu tələb edirik. Biz kino işçiləriyik, kino xadimləriyik və kinonun gələcəyini düşünürük. Mən çox şey deyə bilərəm.

- Şəfiqə Məmmədovanın müvəqqəti sədrliyi dövründə AKİ-də bəzi xoşagəlməz halların baş verdiyi barədə məlumatlar yayılırdı. Sizin bu haqda bilginiz varmı?

- Biz qurultayqabağı İdarə Heyətində Şəfiqə Məmmədovanın qurultaya qədər müvəqqəti sədri olmasına qərar verirdik. Çünki sədr olmasaydı qurultayı keçirmək çətin olacaqdı. Bu 15 günün içində onun etdiklərini saysam heyrətə gələrsiniz. O 15 günün içində Kino İttifaqında vaxtın fəaliyyət göstərən bir çox qurumların başına oyun açdı. Yaranan gildiyaları ləğv etdi. Əsasən gənclərdən ibarət olan tənqidçilər gildiyasınının, ssenaristlər gildiyasının və sairin fəaliyyətinə ciddi məhdudiyyət qoydu. Sonra Kino İttifaqının bəzi saytlarını bağladı. “Axşam saat 6-dan sonra ittifaqa gəlmək olmaz” dedi. Ora yradıcılıq təşkilatıdır, ittifaqdır. Bu nədir? Deyir ki, gildiyalar nəyə lazımdır? Daha anlamır ki, ittifaq gildiyalarından ittifaqından ibarətdir. Rejissorların, ssenaristlərin, rəssamların, tənqidçilərinin gildiyasından. Bu başa düşmür ki, bunlar bir yerdə olanda bu qurum AKİ formasına düşür. Başqa cür ola bilməz ki. Konfransa qədər belə bir volyuntarist idarəçilik üsulu seçdi. Konfransda bunlar dəstək qrupu gətirdilər, kənar adamlara mandatlar verirdilər, bir kəlmə söz deməyə bizə imkan vermədilər. Hətta Həmidə xanəmın özünə də. Orada çox hadisələr baş verdi. Heyrətdən donub qaldıq. Bu dərəcədə saxtakarlıq olmaz.

Ümidimiz ölkə başçısınadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşıblar.

Mən inanıram ki, bizim səsimiz ünvanına çatacaq. İstəyimiz sadəcə budur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ