Türkiyənin Manisa əyalətində orta məktəbin yaxınlığında baş verən atışmada 8 şagird yaralanıb.
Məlumata görə, silahlı hücum səhər saat 8:00 radələrində Turqutlu rayonundakı İnci Üzməz Liseyinin qarşısında baş verib. İlkin məlumatlara görə, naməlum şəxs hələlik müəyyən edilməmiş səbəbdən təhsil müəssisəsinin yaxınlığında təsadüfi atəş açmağa başlayıb.
Hücumdan sonra silahlı şəxs qaçıb. Hüquq-mühafizə orqanları onu yaxalamaq üçün əməliyyata başlayıb.
Manisa Valiliyi hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb. Açıqlamada deyilir: "22 sentyabr 2026-cı il tarixində, təxminən saat 07:59-da Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığındakı ərazidə atəş açıldığı barədə məlumat daxil olub.
Məlumatdan sonra əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib.
İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar ən yaxın tibb müəssisəsinə çatdırılıb.
Hadisədən sonra silahla atəşə açdığı güman edilən şübhəli təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılıb”.
Təhsil müəssisəsi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Tahir TAĞIYEV