Media və Yayım Şurasının təşəbbüsü ilə tarix elmləri doktoru Həsən Həsənov jurnalistlər üçün keçirdiyi “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminarda tarixçi-alim eyni zamanda dərsliklərdə müəyyən nöqsanların olduğunu qeyd edərək bu məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdiyini bildirib.
H.Həsənov həmçinin vurğulayıb ki, Gəncəsər və Xudavəng barədə ermənilərin iddiası Ermənistan ərazisində hələ də Azərbaycan torpaqlarına iddiaların mövcud olduğunu göstərir: "Tarixçi alim, memar Davud Axundovun monoqrafiyası bu kontekstdə müfəssəl araşdırmadır. Yəni bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur".
İRADƏ