Cümə günü, 06 noyabr 2026
     

Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

Image


Qafqaz Albaniyası Antik və Erkən Orta əsrlərdə Cənubi Qafqazın strateji və mədəni baxımdan geniş coğrafiyasını əhatə edən müstəqil dövlət qurumu olmuşdur. 26 müxtəlif dilli tayfanın konfederasiyası kimi formalaşan bu dövlətdə siyasi və dini birliklə yanaşı, vahid dövlət dili və orijinal əlifba sistemi də inkişaf etmişdir. Alban yazısının varlığı və onun unikal strukturu təkcə tarixi mənbələrlə deyil, XX əsrdə həyata keçirilən arxeoloji qazıntılar zamanı ortaya çıxarılan epiqrafik tapıntılarla tam sübuta yetirilmişdir.

Buna baxmayaraq, Albaniyanın süqutundan sonra regionda cərəyan edən konfessional və siyasi proseslər Alban mədəni irsinin, xüsusən də onun yazılı sənədlərinin qorunmasına ciddi təhlükə törətmişdir. VIII əsrin başlanğıcında Əməvilər xilafətinin dəstəyi ilə Alban Katalikosluğunun erməni kilsəsinin nüfuz dairəsinə verilməsi alban ədəbi və dini irsinin tədricən mənimsənilməsi və ya məhv edilməsi mərhələsinin əsasını qoymuşdur. XIX əsrdən etibarən isə Çar Rusiyasının köçürmə siyasəti nəticəsində Qarabağa yerləşdirilən erməni din xadimləri və tədqiqatçıları alban tarixi abidələrini, kitabələrini və əlyazmalarını saxtalaşdırmaq və ya Matenadaran kimi fondlara daşıyaraq özününküləşdirmək xəttini tutmuşlar.

Mənbələr göstərir ki, V əsrin əvvəllərində Alban hökmdarı Yesvagen və katalikos İyeremiya tərəfindən dövlət dili kimi qarqar dilinin fonetik quruluşuna uyğun 52 hərflik alban əlifbası tərtib edilmişdir. Qafqaz dilli tayfaların (müasir udi dilinin əcdadları) zəngin samit sistemini tam ifadə edən bu əlifba erməni və ya gürcü yazı sistemlərindən özünəməxsusluğu və fonetik dolğunluğu ilə kəskin fərqlənirdi.

1948–1952-ci illərdə Mingəçevir su-elektrik stansiyasının tikintisi zonasında S.M.Qazıyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı tapılan alban yazılı sütun altlıqları, şamdanlar və kərpic fraqmentləri Alban əlifbasının real maddi substratı kimi elmi dövriyyəyə daxil oldu. Mingəçevir kilsə kompleksində tapılmış, üzərində 52 hərflik alban əlifbası və dini kitabələr olan daş abidələr albanların öz yazılı dilindən aktiv istifadə etdiyini qəti şəkildə təsdiqlədi.

Qafqaz Albaniyasının yazılı irsinin sıradan çıxarılması iki əsas tarixi mərhələni əhatə edir:

1. Xilafətin dəstəyi ilə Alban Apostol Kilsəsi erməni Qriqoryan kilsəsinin iyerarxik asılılığına salındıqdan sonra Alban dilində yazılmış bibliya mətnləri, ilahiyyat əsərləri və kilsə hüquq sənədləri erməni dilinə tərcümə edilmiş, orijinal alban əlyazmaları isə yandırılmış və ya bərpa edilməz dərəcədə zədələnmişdir.

2. 1836-cı ildə Çar Rusiyasının Sinodunun qərarı ilə Alban Katalikosluğu ləğv edildikdən sonra Alban kilsəsinin bütün arxivi və əmlakı Eçmiədzinə həvalə olundu. Qarabağ, Vəngli (Gəncəsər), Xudavəng və digər alban monastır Komplekslərindəki kitabələr yonularaq dəyişdirilmiş, alban hərfləri ilə yazılmış daşlar sökülərək mərkəzi fondlara-xüsusilə sonralar İrəvan Matenadaranına (Qədim Əlyazmalar İnstitutu) daşınmışdır. Bununla əlaqədar olaraq erməni müəlliflərinin və siyasi-ideoloji dairələrinin Alban əlifbasına və yazılı irsinə sahiblənmək iddiaları bir neçə konseptual hədəfə xidmət edir.

- Qarabağ və ətraf bölgələrdəki xristian memarlıq abidələrinin (monastır, kilsə, haçdaş/xaçkar) albanlara aid olması həqiqəti ermənilərin bu torpaqlarda "avtoxton xalq" olması iddiasını alt-üst edir. Ona görə də, Alban əlifbasını və kitabələrini erməniləşdirməklə bu abidələrin erməni mədəniyyətinə aid olduğu görüntüsü formalaşdırılmağa çalışılır.

- Albaniyanın zəngin dini-ədəbi irsini (məsələn, Moisey Kalankatlı, Mxitara Qoş kimi alban müəlliflərinin əsərlərini) erməni dilinə tərcümə edilmələrindən istifadə edərək birbaşa erməni ədəbiyyatı nümunəsi kimi təqdim etmək. Eləcə də erməni tarixşünaslığında Maştotsun Gürcü və Alban əlifbalarını da yaratması haqqında irəli sürülən doqmatik fərziyyəni qorumaq. Lakin müasir dilçilik və paleoqrafiya elmi 52 hərflik, zəngin samitlərə malik Qarqar-Alban əlifbasının fonetik baxımdan erməni dil sistemindən köklü şəkildə fərqləndiyini və müstəqil yarandığını sübut edir.

Nəticə olaraq qeyd edək ki, Qafqaz Albaniyasının yazılı dili və əlifbası regionun qədim mədəniyyətinin müstəqil inkişaf xəttini nümayiş etdirən təkzibedilməz faktoloji göstəricidir. VIII əsrdən başlayan siyasi-dini təzyiqlər və XIX əsrdən etibarən intensivləşən arxeoloji və epiqrafik mənimsəmə siyasəti Albaniyanın yazılı irsinə böyük zərbə vursa da, Mingəçevir tapıntıları və Sinay monastırından aşkar edilmiş Alban palimpsestləri bu əlifbanın orijinallığını və Alban mədəniyyətinin müstəqilliyini elmi müstəvidə son olaraq sübut etmişdir.

Rizvan QARABAĞLI

Memarlıq üzrə fəlsəfə doktoru, dosent




DİGƏR XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev vəfat edib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ