Cümə günü, 06 noyabr 2026
     

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

Image


Məhərrəm Zülfüqarlı: “Alban tarixinin saxtalaşdırılması bilavasitə Çar Rusiyasının müstəmləkə siyasəti ilə bağlıdır”

Albaniyada erməni toponimləri olmayıb, lakin orada müxtəlif tayfalar, o cümlədən türk tayfalarının mövcud olması toponimlərdə öz əksini tapıb. Albaniya ərəblərin gəlişindən sonra “Agvan” formasını alıb, amma Hayastan heç vaxt adlandırılmayıb. Artsak da alban əyaləti və alban sözü olub. Bu ada ilk dəfə Zoroastrizmin müqəddəs kitabı olan Avestada rast gəlinir. Bu gün də bölgədə agvan toponimlərinə rast gəlinir.

Təsadüfi deyil ki, erməni tarixçisi İosif Orbelinın araşdırmaları Qarabağda çoxsaylı türkmənşəli sözlərin olduğunu təsdiq etmişdir. Ermənilər sonradan obyektiv həqiqəti gizlətmək üçün onun kitablarını yandırıblar.

Görünən odur ki, abidənin ermənilərlə heç bir tarixi bağlılığı yoxdur.

Sözügedən məsələyə aydınlıq gətirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Qafqaz Albaniyasının tarixi və tarixdə tutduğu yer uzun illərdir tədqiqat obyektidir. Ermənilərin bura köçürülməsindən sonra, xüsusən də 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra Alban tarixinin saxtalaşdırılması bilavasitə Çar Rusiyasının müstəmləkə siyasəti ilə bağlıdır. Çar Rusiyası erməniləri bura köçürdükdən sonra onlar Rusiyanın Peterburqda yerləşən dini idarəsinə müraciət ediblər. Həmin müraciətdən sonra Alban kilsəsinin müstəqilliyinə son qoyulub, erməni kilsəsinə tapşırılmasını xahiş ediblər. Bu baş verdikdən sonra albanların erməniləşməsi prosesi baş verib. Bu proses 1836-cı ildən başlayıb. Albaniyada türk etnosunun olması ilə bağlı ciddi dəlillər var. Qədim yunan coğrafiyaşünası Strabonun Coğrafiya əsərində qeyd edilir ki, Qafqaz Albaniyasında 26 dildə danışan tayfalar var. Sonrakı tədqiqatlar göstərib ki, bunların əksəriyyəti türkdillidir. Alban sözünün özü qədim türk sözü olan alp sözündən götürülüb. Mənası insana aid olanda cəsarətli, qəhrəman anlamına gəlir. Əraziyə aid olanda uca, yüksəklik mənası verir. Yəni Albaniya qədim türk sözündən götürülərək uca dağlar ölkəsi deməkdir. Baş Qafqaz sıra dağları bunun sübutudur. Azərbaycanın bir sıra ərazilərində alban sözünün qaldığı kənd adları var. Məsələn, Qubada Alpan kəndi var. Hətta Göyçay və Ucar ərazilərində alban sözü ilə bağlı yer əraziləri var. Qarabağ azad ediləndən onrada yerləşən Alban kilsələri Qəbələnin Nic kəndində yerləşən Alban kisəsinə tapşırılıb. Alban kilsəsinin müstəqilliyi isə 1991-ci ildə bərpa edilib”.

Professor onu da qeyd etdi ki, ərəblər Azərbaycanı işğal etdikdən sonra xristian əhaliyə belə bir şərt qoyublar ki, kim öz dinində qalmaq istəyirsə, cizyə yəni can vergisi verməklə xristianlıqda qala bilər: “Bu, tək Allahlı dinlərə aid idi. Ona görə də əhalinin mütləq əksəriyyəti, əsasən də kasıb əhali bunu verə bilmədiyinə görə İslam dinini qəbul etdi. İndi onlar Azərbaycan xalqının tərkib hissəsidir. Az bir hissəsi isə, bu vergini verərək xristianlıqda qaldılar. Deməli, albanların varisi İslamı qəbul etmiş albanlar şəklində azərbaycanlılardır. 1836-cı ildə Alban kilsəsinin Çar Rusiyası tərəfindən müstəqilliyinin ləğv edilib erməni kilsəsinə birləşdirilməsi ilə həmin əhalinin erməniləşdirilməsi prosesi baş verdi. Hətta bu zaman həmən albanların bir hissəsi etiraz əlaməti olaraq İslamı qəbul etdi. Ermənilər Alban abidələrini saxtalaşdırmağa başlayaraq özlərini yerli əhali kimi göstərməyə başladılar. Bu da sonrakı dövrdə Qarabağla bağlı işğallara, münaqişəyə səbəb oldu. Yəni erməni tarixçiləri yalan nağıllar uydurmaqla, Azərbaycan xalqına qarşı böhtanlar atmaqla və müxtəlif adlar uydurmaqla bu siyasəti yeritməyə başladılar. Təbii ki, bunun arxasında Çar Rusiyası dayanırdı. Çar Rusiyası müsəlman əhalini daha yaxşı idarə etmək üçün bura xristian əhalini köçürdü. Adlar məsələsinə gəldikdə isə, ermənilər artsak sözündən çox istifadə edirlər. Artsak qədim türk sözüdür ərsak deməkdir. Sak tayfalarının adından götürülüb. Sadəcə olaraq tarixini bilməyən bəzi insanlar bu sözdən bir az narahat olurlar. Ancaq sak tayfaları, qədim türk tayfalarıdır. Erməni və rus tarixçiləri, o cümlədən, fars tarixçiləri Azərbaycan xalqının etnogenizini də saxtalaşdıraraq belə bir fikir irəli sürüblər ki, guya Azərbaycan ərazisində türk etnosu 11-ci əsrə qədər olmayıb. 11-ci əsrdə səlcuqların bura gəlməsi ilə guya türklərin bura gəlməsi baş verib. Bu, tamamilə yanlış məlumatdır. Çünki tarixçilər artıq sübut ediblər ki, miladdan əvvəl burada yerli türk tayfaları olub. Onlara saklar, sabirlilər, hunlar, masagetlər, skiflər və digərləri aid edə bilərik. Bunu mərhum Ziya Bünyadov 60-cı illərdə doktorluq dissertasiyasını Moskvada müdafiə edəndə rus və ermənilərin qarşısında ərəb mənbələri əsasında sübut edib. Xalqımızın mənşəyi ilə bağlı fikir ondan ibarətdir ki, Azərbaycan xalqı yerli və gəlmə türkdilli tayfaların qaynayıb qarışmasından əmələ gəlib”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ