Macarıstanın Baş naziri Peter Macyar ölkənin Seksard şəhərində ənənəvi məhsul festivalı çərçivəsində vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.
Festival ərazisində vətəndaşlarla söhbət edərkən və şəkil çəkdirərkən, köşklərin yaxınlığında naməlum şəxs Macyarın üzünə içki atıb. Baş nazirin mühafizəçiləri və təhlükəsizlik işçiləri dərhal müdaxilə edərək hücum edən şəxsi ərazidən uzaqlaşdırıblar.
Hadisədən sonra Macyar festival görüntülərini və fikirlərini sosial media hesabında paylaşaraq hücumu kəskin şəkildə qınayıb. Hücumçunun onunla üzləşməyə cəsarətinin çatmadığını vurğulayan Macyar deyib: "Hamının əylənməsi və yüzlərlə insanla söhbət edib şəkil çəkdirməyimiz həmin "cənabı" narahat etmiş olmalı idi. Əlbəttə ki, o, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmədi. Cəsarət toplamaq üçün sərxoş olmuş, uğursuz Orban döyüşçüsü".
Peter Macyar əvvəllər də oxşar şifahi və fiziki zorakılığa məruz qalıb. Budapeştdəki Nyuqati Dəmir Yolu Stansiyasından canlı yayım edərkən yaşlı bir vətəndaş ona tərəf tüpürüb. Macyar bu cür hərəkətlərin sosial qütbləşmədən qaynaqlandığını bildirib. O, ictimaiyyət arasındakı qəzəb və narazılığın əvvəlki administrasiyanın siyasi təbliğatından qaynaqlandığını iddia edərək şikayətçi olmaqdan imtina edib.
Tahir TAĞIYEV