İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-a məxsus pilotsuz təyyarəni vurduğunu iddia edir. Məsələ ilə bağlı açıqlama yayan SEPAH bildirir ki, Hörmüz boğazı üzərindəki səmada İran hava hücumundan müdafiə sistemi tərəfindən MQ-1 tipli PUA aşkar edilərək vurulub.
ABŞ ordusu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA əvvəlcə müşahidə və qabaqcıl kəşfiyyat məqsədləri üçün nəzərdə tutulmuşdu. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər əlavə edilib.
Tahir TAĞIYEV