Cümə günü, 06 noyabr 2026
     

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Image


Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvandakı Qarabağ nümayəndəliyinin binası dövlət mülkiyyətinə keçiriləcək. O, Ermənistan ərazisində Qarabağa aid ayrıca parlament və ya hökumət strukturlarının yaradılmasına yol verməyəcəyini və belə cəhdlərin sərt şəkildə qarşısının alınacağını deyib. Qeyd olunur ki, Ermənistan İnzibati Məhkəməsi 2026-cı ilin mayında həmin binanın Qarabağ hökumətinin mülkiyyətindən çıxarılması barədə qərar qəbul edib.

Paşinyanın Ermənistan ərazisində Qarabağın keçmiş separatçı strukturlarına bağlı siyasi qurumların fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirməsi Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin göstəricisidirmi və bu yanaşma Qarabağ məsələsinin birdəfəlik bağlanması prosesinə praktik olaraq nə verə bilər?

Əli Orucov: “Sülhdən yayınma Ermənistan və Paşinyan hakimiyyəti üçün intihar demək olardı”

Politoloq Əli Orucov məsələ ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə müsahibəsində bildirib ki, son dövrlər Ermənistanda revanşist qüvvələrin və artıq mövcud olmayan separatçı rejimin tör-töküntülərinin süni şəkildə fəallaşdırılması müşahidə olunur. Onun sözlərinə görə, bu proses təsadüfi deyil və burada Ermənistan daxilindəki siyasi maraqlardan başqa, xarici təsirlərin də rolunu nəzərdən qaçırmaq olmaz.

Əli Orucovun fikrincə, xüsusilə Moskva və digər xarici güclərlə əlaqəli çevrələr Cənubi Qafqazda sülh prosesinin tam başa çatmasında maraqlı olmaya və müxtəlif qüvvələrdən istifadə etməklə Azərbaycan-Ermənistan münasibətlərində yeni gərginlik ocaqları yaratmağa çalışa bilərlər. Çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması və münasibətlərin normallaşması regionda əvvəlki geosiyasi təsir mexanizmlərinin əhəmiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.

Politoloq qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri və həmin ərazilərin beynəlxalq ictimaiyyətə təqdim olunması da Ermənistanda müəyyən dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Xüsusilə Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri, burada maddi-mədəni və tarixi abidələrlə tanış olmaları, erməni saxtakarlıqlarının konkret faktlar və sübutlarla nümayiş etdirilməsi Ermənistan cəmiyyətində müəyyən reaksiyalara səbəb olub.

Onun sözlərinə görə, bu reaksiyalar bir daha göstərir ki, Ermənistan cəmiyyətinin müəyyən hissəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı əvvəlki yanaşmalar tam aradan qalxmayıb. Halbuki, regionda yeni reallıq yaranıb və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu reallığın qəbul edilməməsi və keçmiş Qarabağ məsələsinin müxtəlif formalarda yenidən gündəmə gətirilməsi ilk növbədə Ermənistanın özünün maraqlarına ziddir.

Əli Orucov hesab edir ki, revanşist və separatçı elementlərin fəallaşdırılması Azərbaycan-Ermənistan arasında formalaşmağa çalışan kövrək etimad mühitinə də mənfi təsir göstərir. Çünki sülh prosesinin əsas məqsədlərindən biri məhz keçmiş münaqişənin siyasi gündəmdən çıxarılması, dövlətlərarası münasibətlərin yeni prinsiplər əsasında qurulması və qarşılıqlı etimadın formalaşdırılmasıdır. Keçmiş münaqişənin ritorika səviyyəsində belə yenidən gündəmə gətirilməsi isə bu prosesə əlavə risklər yaradır.

Politoloqun fikrincə, digər tərəfdən, Ermənistan hakimiyyətinin də sülh prosesində daha konkret və ardıcıl mövqe ortaya qoymasına ehtiyac var. Paşinyan hökumətinin bəzi məsələlərdə ehtiyatlı davranması, xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı konkret və qəti addımların yubadılması sülh sazişinin yekun imzalanması prosesini ləngidən amillər sırasında qiymətləndirilə bilər.

“Doğrudur, Ermənistan daxilində xarici təsirlər, xüsusilə Rusiya faktoru hələ də qalmaqdadır. Kremlə bağlı siyasi qüvvələri və Rusiyanın təsirindən qidalanan cəmiyyətin müəyyən təbəqələrini qısa müddətdə zərərsizləşdirmək asan deyil. Baş nazir də bu əngəlləri nəzərə alaraq müəyyən manevrlər etməyə çalışır. Lakin burada əsas məsələ ondan ibarətdir ki, keçmiş Qarabağ məsələsinin yenidən qabardılması Paşinyan hakimiyyəti üçün də ciddi siyasi risklər yarada bilər”, – deyə Əli Orucov vurğulayıb.

Politoloq hesab edir ki, bu baxımdan Nikol Paşinyanın atdığı addımlara yalnız Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı prizmasından yanaşmaq düzgün olmazdı. Burada Ermənistanın daxili siyasi sabitliyi, Paşinyan hakimiyyətinin gələcəyi və ölkənin xarici təsirlərdən tədricən uzaqlaşmaq cəhdi də nəzərə alınmalıdır.

Əli Orucovun fikrincə, Paşinyan bir tərəfdən sülh prosesini davam etdirməyə, digər tərəfdən isə Ermənistan daxilində sülhə qarşı olan qüvvələrin müqavimətini dəf etməyə çalışır. Bu isə kifayət qədər mürəkkəb siyasi balans tələb edir. Ermənistan rəhbərliyi üçün əsas məsələ sülh gündəliyini daxili siyasi proseslərlə uzlaşdırmaq və ölkədə yaranmış yeni geosiyasi reallıqları nəzərə almaqdır.

“Bu aspektdən yanaşdıqda, Paşinyanın atdığı addımlara Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsi prizmasından daha çox, Ermənistanın və Paşinyan hakimiyyətinin siyasi xilası kontekstində baxmaq mümkündür. Çünki Ermənistan üçün Azərbaycanla sülh sazişinin imzalanması yalnız xarici siyasət məsələsi deyil, həm də ölkənin gələcək inkişaf modeli ilə bağlı strateji seçimdir. Sülhdən yayınma və ya sülhdən imtina isə Ermənistan üçün də, Paşinyan hakimiyyəti üçün də son dərəcə ağır nəticələr yarada bilər. Bu mənada sülhdən yayınma intihar demək olardı”, – deyə politoloq bildirib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ