Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə günü Aİ-yə Rusiyaya qarşı mövcud sanksiya strategiyasına yenidən baxmağı təklif edib.
Təklif Kremlə qarşı iqtisadi təzyiqlərin necə gücləndirilməsi ilə bağlı üzv ölkələr arasında artan fikir ayrılıqları fonunda irəli sürülüb. "Euractiv"in məlumatına görə, o, bu fikirləri "İttifaqın vəziyyəti" ilə bağlı illik çıxışı zamanı səsləndirib.
Aİ-ni mövcud sanksiyaların icrasına diqqət yetirməyə çağıran Fon der Lyayen Moskvaya təzyiqi artırmağın və sanksiyalardan yayınmağa imkan verən boşluqları aradan qaldırmağın zəruri olduğunu vurğulayıb. Fon der Lyayenin bu bəyanatı qəbulu bir neçə həftə ərzində Yunanıstan tərəfindən əngəllənən son sanksiya paketi ilə bağlı gecikmələrdən sonra səslənib. Slovakiya və Fransanın rusiyalı biznesmen Əlişer Usmanovun sanksiya siyahısından çıxarılması tələbləri səbəbindən Aİ ölkələri həmçinin minə yaxın Rusiya fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətləri yeniləyə bilməyiblər. Üçüncü ölkələrlə, xüsusilə Çin, Hindistan, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə ticarət vasitəsilə sanksiyalardan yayınma məsələsi isə ayrıca bir problem olaraq qalır. Eyni zamanda, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas hərbi-sənaye kompleksi ilə əlaqəli 1600 Rusiya fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiyalar təklif edib; bu təkliflər Aİ səfirləri tərəfindən müzakirə olunacaq.
SAMİRƏ