Cümə günü, 06 noyabr 2026
     

Ermənilər də Şərqi Zəngəzur terminini qəbul etmir, Altay Göyüşov da...

Image


Məhərrəm Zülfüqarlı: “Göyüşovun dedikləri tam əsassızdır və bu qətiyyən elmi məqsəd daşımır, manipulyasiyadır”

Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzur bölgəsinin iki hissəyə-Şərqi və Qərbi Zəngəzura bölünməsi 1920-1921-ci illərdə sovet hakimiyyəti illərində baş verib. Azərbaycan SSR Kommunist Partiyası Siyasi və Təşkilat bürosunun 30 noyabr 1920-ci il tarixli qərarı ilə Zəngəzur qəzasının bir hissəsinin Ermənistana verilməsi prosesi başlayıb. Zəngəzur qəzasının ümumi ərazisinin bir hissəsi Azərbaycan SSR-in tərqibində qalsa da, əhəmiyyətli bir hissəsi Ermənistan SSR-ə verildi. Qərar nəticəsində bölgə Şərqi Zəngəzur (Azərbaycan) və Qərbi Zəngəzur (indiki Ermənistan, Syunik) olaraq iki yerə ayrıldı.

1929-cu ildə baş verən ərazi dəyişiklikləri ilə də bəzi kəndlər (məsələn, Meğri və ətraf bölgələr) Ermənistanın tərkibinə verilməklə bölgənin parçalanması daha da dərinləşdi. Şərqi Zəngəzur bu gün Azərbaycan Respublikasının iqtisadi rayonlarından biridir və Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Cəbrayıl ətrafını (tarixi mahalın Azərbaycan sərhədlərində qalan hissəsini) əhatə edir.

Qərbi Zəngəzur isə tarixi Zəngəzurun Qafan, Gorus, Sisian (Qarakilsə) və Meğri rayonlarının yerləşdiyi, hazırkı Ermənistan ərazisinə düşən hissəsidir

Bu faktları yazının əvvəlində xatırlatmağımız təsadüfi deyil. Çünki bu tarixi gerçəkliyə ermənisayağı yanaşanlar da var və bunu onlara xatırlatmaq tam yerinə düşür.

Tarix elmləri namizədi Altay Göyüşov erməni uydurmalarına dəstək verib və tarixi təhrif edən iddialar səsləndirib. A.Göyüşov Zəngəzur məsələsini manipulyasiya edib. A.Göyüşov erməni ağzı ilə danışaraq iddia edib ki, Azərbaycan tarixində heç kim ölkənin guya bu hissəsini Şərqi Zəngəzur “adlandırmayıb”.

A.Göyüşov bu əsassız iddianı Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun “11-12 sentyabr tarixlərində ilk dəfə olaraq Azərbaycan hakimiyyəti tərəfindən diplomatik korpus üçün münaqişədən təsirlənən Qarabağ və Şərqi Zəngəzur bölgələrinə təşkil edilən səfərdə iştirak etdim və vəziyyəti yerindəcə öyrəndim” sözlərinə “cavab” olaraq irəli sürüb, erməni mediası da bunu gen-boluna tirajlayıb.

A.Göyüşov əsassız olaraq iddia edib ki, Əliyev bu termini 2020-ci il müharibəsindən dərhal sonra ortaya atıb. “...Əgər Şərqi Zəngəzur mövcuddursa, məntiqi olaraq Qərbi Zəngəzur da mövcud olmalıdır” deyib A.Göyüşov.

Tarixçilər xatırlatdı ki, 1920-1921-ci ilərdə Zəngəzur iki yerə bölünüb və Şərqi Zəngəzur Azərbaycanda qalıb, Qərbi Zəngəzuru isə ermənilərə veriblər. Bu tarixi faktdır. Ekspertlər qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur termini tam əsaslı şəkildə işlədir.

Erməniləri başa düşdük, bəs Altay Göyüşov niyə Şərqi və Qərbi Zəngəzur terminini qəbul etmək istəmir?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu məsələ ermənilərin və onlar kimi düşünənlərin söz oyunundan başqa bir şey deyil. “Əlbəttə, ərazilərilər coğrafi baxımdan bölünür. Məsələn, biz Dağlıq Şirvan-Aran Şirvan deyirik. Vaxtilə Dağlıq Qarabağ və Aran Qarabağ deyirdik. Coğrafi baxımdan Şərq və Qərbi Zəngəzur terminin işlədilməsində heç bir səhv yoxdur. Sadəcə olaraq, ermənilər uduzan tərəf olduqları üçün hər sözdən tuturlar. Ona qalsa heç İrəvan xanlığı ərazisində yaranan Ermənistan yoxdur. Biz BMT-nin nizamnaməsinə uyğun olaraq, beynəlxalq hüquqa hörmət edərək bunu demirik. 1991-ci ildə BMT bu sərhədlər daxilində Ermənistanı tanıyıb. Ona hörmətlə yanaşırıq. Amma bunlar da söz oyunu oynayaraq Zəngəzurun “Şərqi, Qərbi yoxdur, bunu Azərbycan yaradıb” iddiasını irəli sürürlər. Bunlar hamısı boş şeylərdir. Bu zəif tərəfin acizliyindən irəli gəlir.

Azərbaycanı tərk edib Qərbdə sığınacaq alan insanlar da bu cür manipulyasiya etməklə özlərinə “demokratik imic” qazanmaq istəyirlər. Bu da xoşa gələn hal deyil. Yəni Vətən, millət olan yerdə kiminsə hakimiyyətdən incikliyi varsa, buradan küsüb gedibsə onu kənara qoymalıdır. Çünki Azərbaycan Ermənistan məsələsində Vətən, millət məfhumu var. Amma kimsə artıq aşılanıbsa, Vətən, millət hissindən məhrumdursa bu onun problemidir.

Göyüşovun dedikləri saxtadır, uydurmadır. O, çalışır ki, Avropada özünə “obyektiv insan” imici qazansın və ona görə də bu cür əsassız iddalar irəli sürür. “Obyektiv” görünmək istəyir, bu da ona hörmət gətirmir.

Zəngəzur qədim Azərbaycan torpağıdır. Keçən əsrin 20-ci illərində bu ərazini parçalayıblar, Şərq hissəsi Azərbaycanda qalıb, Qərb hissəsi isə Ermənistana verilib. Yəni Şərqi və Qərbi Zəngəzur olub və var. Göyüşovun dedikləri tam əsassızdır və bu qətiyyən elmi məqsəd daşımır, manipulyasiyadır. Yəni Azərbaycan Prezidenti bu ifadəni tarixdən götürüb və tamamilə əsaslıdır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ