ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ rəsmiləri Ukrayna münaqişəsinə son qoymaq üçün çox çalışırlar. Münaqişənin ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu deyən Tramp, tezliklə tərəflər arasında razılaşma əldə olunacağına söz verib.
"Rusiya və Ukraynanın razılığa gəlməsi üçün çox çalışırıq... Bilirsiniz, mən səkkiz müharibəyə son qoymuşam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındadır, çünki liderlər bir-birindən nifrət edirlər" – deyə Tramp Şimali Karolinada keçirilən mitinqdə deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi ABŞ-da dizel yanacağının qiymətlərinin artmasına səbəb olur. "Amma bu, tezliklə bitəcək", - deyə ABŞ prezidenti bildirib.
Tahir TAĞIYEV