Rusiyanın Cənub Hərbi Dairəsinin 4-cü Motoatıcı Piyada Briqadasının komandiri, briqada generalı Anton Qrunis Ukraynadakı döyüşlərdə həlak olub. Qrunis iyul ayında Putinlə görüşmüş və sonradan "Rusiya Qəhrəmanı" adına layiq görülmüşdü.
Ukrayna ordusu rus komandirinin öldürüldüyü hücumun görüntülərini yayımlayıb. Görüntülərdə briqada generalı Qrunisin qaldığı evin dəfələrlə dronlar tərəfindən hədəfə alındığı görünür.
Briqada generalı Qrunis iyul ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Ötən ay isə Qrunis "Rusiya Qəhrəmanı " adına layiq görülmüşdü.
Tahir TAĞIYEV