Cümə günü, 06 noyabr 2026
     

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Image


ABŞ konqresmeni Abraham Hamade deyir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir. O, yekun sülh sazişinin prezident Donald Trampın indiki prezidentlik müddəti başa çatmazdan xeyli əvvəl yekunlaşa biləcəyini vurğulayır.

Arizona ştatından respublikaçı konqresmen Hamade iyunda Azərbaycana, avqustda isə Ermənistana səfər edərək hər iki ölkənin rəhbərləri ilə görüşüb. O, “Azadlıq” radiosuna müsahibəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) iqtisadi layihədən daha böyük təşəbbüs kimi qiymətləndirib. Onun fikrincə, bu marşrut Ermənistanla Azərbaycanı siyasi və iqtisadi baxımdan bir-birinə bağlaya, Cənubi Qafqaza Qərb ölkələrindən daha çox ticarət və sərmayə cəlb edə bilər. TRIPP Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək. Marşrut boyunca dəmir və avtomobil yollarının, mümkün neft və qaz kəmərlərinin, fiber-optik rabitə və elektrik enerjisi infrastrukturlarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüs ötən il Vaşinqtonda imzalanmış sənədlər çərçivəsində təqdim edilib. Konqresmen yekun sülh sazişinin imzalanmasına maneələrdən birinin zaman olduğunu deyir: "Müharibə dövründən sonra emosiyaların sakitləşməsi üçün vaxt lazımdır. Ancaq həm Bakıda, həm də İrəvanda gördüklərimə əsasən deyə bilərəm ki, proses çox rahat gedir. Hər iki tərəf Cənubi Qafqazda sülh və rifahın təmin edilməsinə tam sadiqdir". TRIPP gecikdirilərsə və ya siyasi səbəblərlə əngəllənərsə, bu, sülh prosesini təhlükəyə ata bilərmi? Konqresmen layihənin gecikdiriləcəyinə heç bir səbəb görmədiyini deyir. O, TRIPP-in sadəcə iqtisadi layihə olmadığını, ölkələri diplomatik, siyasi və iqtisadi baxımdan daha sıx birləşdirərək münasibətlərini möhkəmləndirəcəyini bildirir: "Rusiyanın Cənubi Qafqazdakı təsiri azalır və bu, ABŞ üçün böyük üstünlükdür. İran tamamilə zəiflədilib və hazırda diqqəti başqa məsələlərə yönəlib. Gürcüstan, Ermənistan və Azərbaycandan ibarət Qafqaz bölgəsi Türkiyənin də köməyi ilə böyük potensiala malikdir. Bu bölgə Asiya, xüsusilə də əhəmiyyəti yetərincə qiymətləndirilməyən Orta Asiya ilə Avropa arasında körpüyə çevrilə bilər. Marşrut Orta Asiyanı Xəzər dənizi və TRIPP vasitəsilə Qafqaza, daha sonra Türkiyə və Avropaya bağlaya bilər".
A.Hamade Rusiyanın TRIPP-lə bağlı iddialarını "dezinformasiya" adlandırır. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, layihənin reallaşması Birləşmiş Ştatlara Ermənistan ərazisində hərbi qüvvə və kəşfiyyat bazaları qurmaq üçün şərait yaradacaq. Konqresmen deyir: "Bu, klassik Rusiya dezinformasiyasıdır. Onlar demokratik ölkə olan Ermənistanda sabitliyi pozmağa çalışırlar. Ermənistan bölgədə ən sabit demokratiyalardan biridir. Moskva hazırda Ermənistan cəmiyyətinin müəyyən bir kəsimi arasında Paşinyanı gözdən salmağa çalışır. Rusiyanın Ermənistandakı təsiri digər Qafqaz ölkələri ilə müqayisədə daha güclüdür. Ruslara etibar etmək olmaz. Hazırda onların diqqəti əsasən Ukrayna müharibəsinə yönəlib. Onlar anlayırlar ki, böyük boşluq yaranıb və ABŞ indi həmin boşluğu doldurur. Azərbaycanlılar və ermənilər Rusiya ilə deyil, ABŞ ilə əməkdaşlığa daha çox üstünlük verirlər. Biz daha etibarlıyıq. Sülhü mümkün edən tərəf bizik. Rusiya bu ölkələrdə təsir imkanlarına malik olub, ancaq hər ikisinin ümidlərini doğrultmayıb". A.Hamade Vaşinqtonun bölgədəki iştirakının yalnız Tramp administrasiyasının dövrü ilə məhdudlaşmayacağını, uzunmüddətli olacağını düşünür: "ABŞ-də böyük bir erməni icmasının olduğunu hamımız bilirik. Ancaq azərbaycanlılar da sülh mesajı verməklə yaxşı iş görüblər. Buna görə də bunu partiyalara bağlı məsələ kimi görmürəm. Düşünürəm ki, bu mövzu demokratları, respublikaçıları aşacaq. İnsanların son məqsədi sülh olmalıdır. Konqresdə mənim kimi insanlar Cənubi Qafqazın ciddi tərəfdarlarıdırlar". Ermənistanla Azərbaycan arasında sülh sazişinin prezident Trampın səlahiyyət müddəti başa çatmazdan əvvəl tam yekunlaşacağı gözlənilirmi? Bu suala konqresmen Hamade belə cavab verib: "Bəli, mütləq. Düşünürəm ki, bu, xeyli tez baş verəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ