Cümə günü, 06 noyabr 2026
     

Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

Image


David Qarrett, “Rezo Qabriadze Kukla Teatrı”, “İngiltərə Milli Baleti” “Monte-Karlo Baleti” BIAF-da...

Paytaxtımızın nüfuzlu mədəniyyət ocaqlarında oktyabrın 28–dən noyabrın 8-dək keçiriləcək Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) builki proqramının əsas iştirakçılarını elan etməyə davam edir.

Onların arasında musiqi, müasir xoreoqrafiya, dram teatrı və vizual sənətlərin dünyaşöhrətli ulduzları yer alır.

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünya səviyyəli skripkaçı David Qarrett Bakıda yeganə konsertini təqdim edəcək. Klassik krosoverin müasir üslubunun formalaşmasında böyük rol oynamış, Zaxar Bron, İda Hendel kimi ustadların yanında klassik musiqi təhsili almış sənətçi "Juilliard" məktəbinin məzunudur. Gənclik illərində o, Yehudi Menuhin də daxil olmaqla görkəmli dirijorlarla əməkdaşlıq edib. Menuhin onu "öz dövrünün ən böyük skripkaçısı" adlandırıb. Güclü akademik baza Qarrettə janrlar və müxtəlif dövrlərin musiqiləri arasında sərbəst hərəkət etmək üçün inam və azadlıq verərək ona "klassik səhnənin Cimi Hendriksi" və "popun Paqaninisi" ləqəblərini qazandırıb. Klassik musiqinin rok ulduzu Bakıya ilk dəfə məşhur "Minilliyin Simfoniyası" ("Millennium Symphony") proqramını gətirəcək. Möhtəşəm şouda son 25 ilin ən böyük hitləri skripka üçün genişmiqyaslı simfonik aranjimanlarda səsləndiriləcək.

Tamaşaçıları parlaq texnika, rok səhnəsinin enerjisi və dövrümüzün ən xarizmatik sənətkarlarından birinin yaradıcılıq azadlığının emosional vəhdəti gözləyir. Gözəl axşam üçün ideal məkan olan Heydər Əliyev Mərkəzinin axıcı və sanki çəkisiz görünən memarlığı Qarrettin musiqisindəki güc və hüdudsuzluq hissi ilə ahəng təşkil edir.

Həmin səhnədə noyabrın 3-də və 4-də tanınmış "Rezo Qabriadze Kukla Teatrı" dövrümüzün ən diqqətəlayiq və poetik teatr hadisələrindən biri olan "Alfred və Violetta" tamaşasını təqdim edəcək. Görkəmli gürcü teatr xadimi Rezo Qabriadzenin yazdığı və ilk dəfə səhnələşdirdiyi tamaşa tamamilə yeni quruluşda qayıdır. Müəllif 2021-ci ildə vəfatından az öncə əsəri demək olar ki, yenidən yazıb. Son səhnələşdirməni isə onun oğlu, rejissor Leo Qabriadze tamamlayıb.

Aleksandr Dümanın (oğul) "Kameliya xanım" romanından və Cüzeppe Verdinin "Traviata" operasından tanınan klassik sevgi hekayəsi 1990-cı illərin tufanlı Tbilisisinə köçürülür - burada qəhrəmanlar daha ağır sınaqlardan keçməlidirlər. Yenilənmiş tamaşanın dünya premyerası 2022-ci ilin fevralında Venesiyadakı "Teatro Goldoni" teatrında keçirilib. Əsər həm tamaşaçıları, həm də tənqidçiləri heyran edib. İtaliya mətbuatında bu haqda geniş müzakirələr gedib: "Qabriadze yumorla dərin kədəri birləşdirən özünəməxsus teatr üslubunun ustasıdır. O, canlı və duyğulu təsir bağışlayan kuklalar vasitəsilə sirli, bənzərsiz bir dünya yaradır." (La Nuova, Venesiya, 2022).

Noyabrın 6-da və 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Bakı tarixində ilk dəfə tanınmış "İngiltərə Milli Baleti" (English National Ballet) truppasını qəbul edəcək. Truppa müasir xoreoqrafların iki seçkin əsərini bir araya gətirən "Hərəkətin ustaları: Forsayt / Payt" proqramını təqdim edəcək. Proqramda Kristal Paytın "Bədən və ruh (I hissə)", Uilyam Forsaytın isə "Pleylist (EP)" əsərləri nümayiş olunacaq. "Bədən və ruh (I hissə)" münaqişə və bağlılığı araşdıran hipnotik əsərdir. Tamaşa intim duetlə başlayıb tədricən genişlənərək səhnə boyunca təsirli hərəkət dalğaları yaradan böyük bir ifaçı qrupuna çevrilir. "Pleylist (EP)" enerjili və şən əsərdir. Burada klassik balet texnikası və atletik hərəkətlər Barri Uayt, Natali Koul və Xalid də daxil olmaqla pop, R&B və haus musiqisinin ritmləri ilə birləşərək tamaşaçıya yüksək əhval-ruhiyyə bəxş edir.

Digər tanınmış truppa — Sergey Dyaqilevin "Ballets Russes" məktəbinin birbaşa varisləri olan "Monte-Karlo Baleti" (Les Ballets de Monte-Carlo) da Bakıda ilk dəfə çıxış edəcək. Noyabrın 7-də Heydər Əliyev Sarayında onlar görkəmli xoreoqraf Jan Kristof Mayyonun "Qu gölü" baletinə radikal yeni baxışı olan "LAC" əsərinin Bakı premyerasını təqdim edəcəklər. 1993-cü ildən truppaya rəhbərlik edən Mayyon Avropanın ən nüfuzlu müasir xoreoqraflarından biridir. Onun tamaşaları dünyanın aparıcı səhnələrində nümayiş olunur. Mayyon klassik balet ənənələrini müasir teatr dili ilə məharətlə birləşdirməsi ilə tanınır. "LAC" əsərində o, orijinal partituranı qorusa da, səhnə təhkiyəsini tamamilə yenidən qurur və klassik nağılı qaranlıq psixoloji ailə dramına çevirir. 2011-ci ildə Monakoda baş tutan premyerasından bəri "LAC" dünyanın aparıcı teatrlarında nümayiş etdirilib və tənqidçilər tərəfindən bu şah əsərin ən parlaq müasir yozumlarından biri kimi dəyərləndirilib. Bakıdakı təqdimat isə xüsusi əhəmiyyət daşıyır: tamaşa Çaykovskinin orijinal əsərinin yaranmasının 150 illiyinə təsadüf edən yubiley mövsümündə nümayiş olunacaq.

Qarrett, "Rezo Qabriadze Kukla Teatrı ", "İngiltərə Milli Baleti" və "Monte-Karlo Baleti"nin çıxışları Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) əsas proqramının yalnız bir hissəsini təşkil edir. Ümumilikdə, festival zamanı Azərbaycan, Birləşmiş Krallıq, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən görkəmli sənətkarları və truppaları bir araya gətirən müxtəlif janrlarda 20-dən çox tədbirin baş tutması planlaşdırılır.

BIAF 2026-nın tam proqramı ilə festivalın rəsmi internet saytından tanış olmaq mümkündür. Festivalın biletləri də artıq eyni ünvan üzərindən satışdadır: http://biaf.az/




DİGƏR XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev vəfat edib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ