Bazar günü günü, 01 noyabr 2026
     

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

Image


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən 6 il əvvəl qazandığımız tarixi zəfərdən də danışaraq Azərbaycan xalqının ədalətsizliyə son qoymasını və dünyada presedent yaratmasını (XX–XXI əsrlərdə işğal edilmiş torpaqların azad edilməsi nadir hadisədir), separatçı liderlərin və hərbi cinayətkarların cəzalandırılması da vurğulayıb.

“Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi.

Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”-deyə Prezident Əliyev bəyan edib.

Zəfər – Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi, beynəlxalq hüququ təkbaşına təmin etməsi və XX–XXI əsrlərin dünya hərb tarixinə bənzərsiz bir presedent bəxş etməsidir. Müasir tarixdə uzun illər boyu işğal altında qalan torpaqların hərbi-siyasi yolla tam azad edilməsi və suverenliyin bərpası olduqca nadir, unikal bir hadisədir. Azərbaycanın qazandığı Zəfər qlobal miqyasda bir neçə mühüm səbəbə görə tarixi bir nümunə hesab olunur.

BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini Azərbaycan öz hərbi qüdrəti və xalq-ordu birliyi sayəsində təkbaşına icra etdi.

2020-ci ilin 44 günlük Vətən Müharibəsi və Şuşanın azad edilməsi əməliyyatı dünya hərbi akademiyalarında, strateji araşdırma mərkəzlərində XXI əsrin müharibə modeli kimi öyrənilir.Suverenliyin tam bərpası: 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq lokal antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin kökü tamamilə kəsildi və dövlət suverenliyi bütün ölkə miqyasında təmin olundu.

Bu tarixi Zəfərin ən böyük rəmzi və hüquqi yekunlarından biri də Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, torpaqlarımızı qanunsuz şəkildə qəsb etmiş separatçı rejimin rəhbərlərinin qanun qarşısında cavab verməsidir. Hazırda ədalət mühakiməsi qarşısında dayanan hərbi cinayətkarlar və separatçı liderlər qruplara ayrılaraq cavabdehlik daşıyırlar.

Uzun illər Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və qondarma rejimin sonuncu "başçısı" Samvel Şahramanyan (rejimin buraxılması fərmanını imzalayan).

Separatizmin əsas maliyyə qaynağı olan milyarder Ruben Vardanyan və qondarma qurumun "xarici işlər naziri" David Babayan.

Xocalı soyqırımında, birinci və ikinci Qarabağ müharibələrində dinc sakinlərin qətlində, işgəncələrdə ittiham olunan general Levon Mnatsakanyan, Arşavir Qaramyan, həmçinin xalqımıza qarşı terror törədən Vitali Balasanyan.Cinayətkar icraçılar: Vaqif Xaçaturyan (Meşəli qətliamının iştirakçısı) və Alyoşa Xosrovyan kimi birbaşa işgəncə və qırğınlarda əli olan şəxslər artıq həbs olunaraq layiqli cəzalarını alıblar və ya mühakimə prosesləri davam edir. Bu şəxslərin Bakıda ədalət mühakiməsi qarşısına çıxarılması təkcə Azərbaycanın daxili qanunvericiliyinin tələbi deyil, həm də beynəlxalq humanitar hüququn və qlobal ədalətin təntənəsidir. Azərbaycan sübut etdi ki, xalqın bədbəxtliyi üzərində qurulan heç bir qanunsuz rejim əbədi ola bilməz və cinayət törədənlər gec-tez qanun qarşısında cavab verirlər.

“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər yalnız hərbi qələbə kimi qiymətləndirilməməlidir. Bu Zəfər, eyni zamanda, uzun illər davam edən işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq hüququn fundamental prinsiplərinin praktik müstəvidə təmin olunması deməkdir. BMT sənədlərində də Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi təsdiqlənmişdi.

XX–XXI əsrlər tarixində uzunmüddətli işğala məruz qalmış ərazilərin hərbi-siyasi yolla azad edilərək tam suverenliyin bərpa olunması nadir hadisələrdəndir." Bu fikirləri baki-xeber.com-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycan bu baxımdan öz tarixinin mühüm səhifəsini yazdı. 2020-ci ildə ərazilərin böyük hissəsinin azad edilməsi, 2023-cü ilin sentyabrında isə suverenliyin ölkənin bütün ərazisində bərpası yeni reallıq yaratdı.

Bu prosesin digər mühüm tərəfi isə cinayətlərin cəzasız qalmaması prinsipidir. Separatçı rejimin keçmiş rəhbərlərinin və digər şəxslərin Azərbaycan məhkəməsi qarşısında məsuliyyətə cəlb olunması məsələsi dövlətin hüquqi mövqeyinin bir hissəsidir. Azərbaycan tərəfi bu şəxslərin müharibə və digər ağır cinayətlərlə bağlı məsuliyyət daşıdığını bildirir, onların məhkəmə prosesləri və ittihamların hüquqi əsasları ayrıca məhkəmə müstəvisində qiymətləndirilir.

Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan Zəfərlə yalnız torpaqlarını azad etmədi, həm də “işğal faktı dəyişməz reallıqdır” yanaşmasının dəyişə biləcəyini göstərdi. "Məncə ərazi bütövlüyü, suverenlik və hüquqi məsuliyyət prinsipləri bir-birindən ayrı deyil. Dövlət öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin ərazilərdə qanunun aliliyini də təmin etməlidir.

Azərbaycanın bugünkü siyasətində isə Zəfərin növbəti mərhələsi quruculuq və Böyük Qayıdışdır. İşğaldan azad edilmiş ərazilərdə insanların doğma torpaqlarına qayıtması Zəfərin sosial və humanitar məzmununu tamamlayır.

Ona görə də Azərbaycanın Qarabağ Zəfərini yalnız 44 günlük müharibənin nəticəsi kimi deyil, uzun illər davam edən mübarizənin, milli iradənin, dövlət siyasətinin və beynəlxalq hüquqa əsaslanan mövqenin nəticəsi kimi qiymətləndirmək lazımdır. Bu, Azərbaycan dövlətçiliyi tarixində olduğu kimi, müasir beynəlxalq münasibətlər sistemində də mühüm hadisədir."- deyə, B.Quliyev əlavə edib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ