Cümə günü, 18 sentyabr 2026
     

25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

Image


Oktyabrın 1-dən Azərbaycanda 18 manat və daha aşağı qiymətə təklif olunan sabit genişzolaqlı internet tariflərinin minimum 25 manata qaldırılması, əslində sadəcə tariflərin vahidləşdirilməsi deyil, bazarın aşağı qiymət seqmentinin inzibati qaydada bağlanması deməkdir. Çünki indiyədək 18 manat və daha aşağı qiymətə xidmət göstərən provayderlər bundan sonra qiymət rəqabəti aparmaq imkanından məhrum olacaqlar. Nəticədə istehlakçı üçün seçim azalır, amma onun ödəyəcəyi məbləğ artır.

Burada ən ciddi sual budur: əgər bir provayder 18 manatlıq tariflə müəyyən sürət və keyfiyyətdə internet xidmətini göstərə bilirsə, həmin xidmətin qiymətinin niyə məhz 25 manata çatdırılması tələb olunur? Əgər məqsəd keyfiyyətin yüksəldilməsi və infrastrukturun inkişafıdırsa, bunun konkret iqtisadi hesablaması açıqlanmalıdır. 25 manat hansı xərc əsasında müəyyənləşdirilib? Provayderlərin real maya dəyəri nə qədərdir? Tarif artımından əldə olunacaq əlavə gəlirin hansı hissəsi şəbəkənin yenilənməsinə yönəldiləcək və buna necə nəzarət olunacaq? Bu suallara aydın cavab verilmədən "infrastrukturun inkişafı" arqumenti daha çox qiymət artımını əsaslandıran ümumi ifadə təsiri bağışlayır.

Ən problemli məqam isə odur ki, burada bazarın qiyməti deyil, bazarın minimum qiyməti inzibati qərarla müəyyən edilir. Bu, qiymət rəqabətinin ən mühüm elementlərindən birini zəiflədir. Halbuki, rəqabətin mahiyyəti ondan ibarətdir ki, daha səmərəli işləyən şirkət daha aşağı qiymət təklif etməklə istehlakçı qazanır. İndi isə daha səmərəli provayderin aşağı qiymət üstünlüyü faktiki olaraq əlindən alınır.

Bu qərarın yükünü ilk növbədə gəliri aşağı olan ailələr hiss edəcək. 18 manat ödəyən abonentin aylıq xərci 25 manata qalxırsa, bu, 7 manat və ya təxminən 39 faiz artım deməkdir. 15 manatlıq tarifdən 25 manata keçid isə 10 manat, yəni təxminən 67 faiz bahalaşma deməkdir. Ölkədə, hətta 10 manatlıq paketlər belə mövcuddur və onlarda qiymət artımı 150% təşkil edir. Ayrı-ayrılıqda bu məbləğlər böyük görünməyə bilər, amma kommunal və rabitə xərclərinin yığıldığı ailə büdcəsində belə artımlar əhəmiyyətlidir. Xüsusilə də internet artıq lüks deyil, təhsil, iş, bank əməliyyatları və dövlət xidmətlərinə çıxış üçün zəruri xidmətə çevrilib.

Daha bir risk kiçik və regional provayderlərlə bağlıdır. Böyük operatorların maliyyə və infrastruktur imkanları ilə kiçik provayderlərin imkanları eyni deyil. Kiçik şirkət bazara daha aşağı qiymət və çevik xidmətlə daxil ola bilirdisə, bu imkanın inzibati minimumla məhdudlaşdırılması bazarda iri oyunçuların mövqeyini gücləndirə bilər. Yəni qərar rəqabəti artırmaq əvəzinə, əksinə, bazarın konsentrasiyasını sürətləndirmək riski yaradır.

"Ucuz tarif keyfiyyətsiz xidmət yaradır" arqumenti də avtomatik qəbul edilə bilməz. Əgər konkret provayderin xidmət keyfiyyəti aşağıdırsa, bunun həlli minimum qiymət müəyyənləşdirmək yox, minimum keyfiyyət standartlarını sərtləşdirmək və həmin standartlara real nəzarət etməkdir. Dövlət qiyməti deyil, istehlakçının aldığı xidmətin keyfiyyətini tənzimləməlidir. İnternetin sürəti, kəsintilərin sayı, texniki xidmətin operativliyi və müqavilə şərtlərinin şəffaflığı ölçülə və nəzarətdə saxlanıla bilər.

Əgər məqsəd həqiqətən infrastrukturun inkişafıdırsa, bunun alternativ mexanizmləri də var: investisiya təşviqləri, regionlara yönəlik dövlət dəstəyi, infrastruktur xərclərinin optimallaşdırılması və rəqabətli bazarın qorunması. Bütün abonentləri eyni minimum qiymətə məcbur etmək isə ən sadə, amma istehlakçı üçün ən ağır mexanizmlərdən biridir.

Üstəlik, mobil internetin bu dəyişiklikdən kənarda qalması da göstərir ki, söhbət bütün internet xidmətlərinin eyni iqtisadi şərtlərə gətirilməsindən getmir. Əsas yük məhz sabit internet istifadəçilərinin üzərinə düşür. Halbuki, yüksək sürətli sabit internet xüsusilə evdən işləyənlər, tələbələr və çoxsaylı istifadəçisi olan ailələr üçün əvəzolunmaz xidmətdir.

Bu səbəbdən 25 manatlıq minimum tarifin tətbiqi ictimai maraq baxımından ciddi əsaslandırma tələb edir. Əgər dövlət bazarda aşağı qiymətli tarifləri qadağan edirsə, bunun qarşılığında istehlakçıya hansı əlavə faydanın veriləcəyi də göstərilməlidir. Sadəcə "vahidləşdirmə" və "infrastrukturun inkişafı" deməklə abonentin niyə 18 manat əvəzinə 25 manat ödəməli olduğu izah olunmur.

Əksinə, belə bir qərar istehlakçıda haqlı olaraq belə təsəvvür yarada bilər ki, bazarda rəqabət yolu ilə formalaşan aşağı qiymətlər inzibati müdaxilə ilə yuxarı çəkilir. Əgər qiymət artımının iqtisadi əsaslandırılması, provayderlərin xərcləri və əldə ediləcək əlavə gəlirin hara yönəldiləcəyi şəffaf şəkildə açıqlanmasa, bu addımın "infrastrukturun inkişafı"ndan daha çox abonentlərin xərclərinin artırılması kimi qəbul edilməsi təbiidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

17.09.2026 / 13:16
Prezident İlham Əliyev: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

17.09.2026 / 13:11
"TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" - Prezident

17.09.2026 / 13:03
İngiltərədə bir kənd ölkədən ayrılmaq qərarı verdi…

17.09.2026 / 12:57
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər - FOTO

17.09.2026 / 12:54
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 / 12:48
Putinin "Rusiya Qəhrəmanı" titulu verdiyi general Ukraynada öldürüldü…

17.09.2026 / 12:31
Avropada Ukraynaya sursat tədarük edən müdafiə zavodu bir həftədə ikinci dəfə yan(dırıl)dı…

17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası

17.09.2026 / 12:08
Xüsusi karantin rejiminin müddəti uzadıldı

17.09.2026 / 12:03
Tramp Ukrayna münaqişəsinin tezliklə başa çatacağını deyir - liderlər bir-birindən nifrət edirlər…

17.09.2026 / 11:50
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlandı

17.09.2026 / 11:38
Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - FOTO/YENİLƏNDİ

17.09.2026 / 11:24
Nazir tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış etdi

17.09.2026 / 11:15
Azərbaycan əhalisinin sayı açıqlandı

17.09.2026 / 11:09
"Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı" - Prezident

17.09.2026 / 11:07
Ukrayna Rostovda aviabazanı, Yaroslavlda isə neft emalı zavodunu vurdu… - VİDEO

17.09.2026 / 10:51
Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir

17.09.2026 / 10:51
Fındığın ixrac qiyməti 17 dollardan bahadır – fermerlərimiz 3 manata sata bilmirlər...

17.09.2026 / 10:47
Ukrayna Rusiyanın neft sənayesini çökdürür – son iki ayda 10-dan çox zavod işini dayandırıb...

17.09.2026 / 10:40
Prezident TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət etdi

17.09.2026 / 10:30
Rusiya Ukraynaya hücumları artırır - Polşa sərhədə qoşun yeritdi…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ