Cümə günü, 06 noyabr 2026
     

Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

Image


Tanınmış tarixçi, tarix elmlər doktoru, professor Tofiq Nəcəflinin elmi yaradıcılığında Azərbaycan və ümumtürk memarlıq irsinin, saray-külliyə komp­lekslərinin və dini-ictimai tikililərin tədqiqi məsələləri nəzərdən keçirilir. Müəllifin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi və mədəni tarixinə dair tədqi­qatlarında memarlıq abidələrinin dövlətçilik rəmzi və milli identiklik elementi kimi təhlili işıqlandırılır.

Orta çağlar Azərbaycan dövlətçilik tarixinin fundamental tədqi­qatçılarından biri olan prof. Tofiq Nəcəflinin elmi irsi təkcə hərbi-siyasi və diplomatiya tarixi ilə məhdudlaşmır. Müəllif Qaraqoyunlu və Ağqoyunlu dövlət­lərinin tarixini araşdı­rarkən, dövrün şəhərsalma mədəniyyətinə, saray komp­lekslərinə və dini-mədəni memarlıq abidələrinə mühüm tarixşünaslıq mənbəyi kimi müraciət etmişdir.
Tofiq Nəcəflinin "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri" adlı monoqrafiyasında (Bakı, 2012, 604 s.) Azərbaycan memarlıq irsi ayrıca müstəqil memarlıqşünaslıq tədqiqatının predmeti kimi deyil, əsasən Qaraqoyunlu və Ağqo­yunlu dövlətlərinin sosial-iqtisadi, siyasi və mədəni tarixinin tərkib hissəsi kimi təqdim olunur.
Monoqrafiyanın ümumi konsepsiyasından çıxış etdikdə, T.H.Nəcəfli üçün memarlıq abidələri yalnız estetik sənət nümunələri deyil, dövlətçilik, şəhər mədə­niyyəti və hakimiyyətin legitimliyinin maddi ifadəsi kimi əhəmiyyət daşıyır. Bu baxımdan xüsusilə Təbriz ön plana çıxır.
Monoqrafiyanın Azərbaycan memarlıq irsi baxımından ən mühüm istiqa­mətlərindən biri Cahanşahın dövrü və Göy məscid məsələsidir.
Cahanşah dövründə Təbrizin Qaraqoyunlu dövlətinin siyasi və mədəni mərkəzi olması şəhərin monumental memarlığının inkişafı ilə paralel təqdim edilir. Xüsusilə Cahanşahın xanımı Canbəyim Xatunun təşəbbüsü və dəstəyi ilə Təbriz Göy məscidinin inşa edildiyi göstərilir. Məscidin içi və giriş qapısı mavi firuzə rəngli kaşılar­la bəzədilmişdir. Mavi kaşılar qızılı rəngli çiçək fiqurlarla süs­lənmişdir. Kaşı sənətindəki incəlik, rənglərin uyuşması onun "İslamın füruzəsi" kimi tanınmasına səbəb olmuşdur. Təbriz şəhərinin Xiyaban adlanan şərq qapısı səmtində tikilən Göy məscidin mühüm özəlliyi tikilinin qübbəli olması, kəmər şəklində bağlanmasıdır. Sahəsi 16.75 metr olan böyük qübbə səkkiz dirək üzərində səkkiz kəmərlə bağlan­mış­dır. Bu möhtəşəm tikilinin həyətində came, mədrəsə və kitab­xana yerləşirdi. Üzərindəki kitabəsində Cahanşah və arvadı Canbəyim Xatun tərəfindən tikdirildiyi qeyd olunmuşdur.
T.H.Nəcəfli qeyd edir ki, bu məscid və mədrəsənin gözəlliyi, zərifliyi dövrünün ta­nın­mış tarixçi­lərinin və səyyahların diqqətini cəlb etmişdir. Hə­sən bəy Rumlu Cahanşah dövrünün memarlıq abidələrindən bəhs edərək yazır: "Əsərlə­rindən biri Təbriz şəhərindəki cənnətə bənzəyən camedir. Heç kimsə bu qədər zəngin əmək sərf olun­muş bir bina göstərə bilməz. Yüksək tağın önündə atlas göyün çardağı alçaq, eyvanının naxış­larının qarşısında fələyin günəşi altda yerləşir. Cameyə bitişik halda son dərəcə gözəl və yüksək gümbəzi tikilmişdir. Bacarıqlı mühəndislər və diqqətli nəqqaşlar gümbəzi görülməmiş rəsimlər və qızılla bəzəmişlər".
T.H.Nəcəfli yazır ki, 1539-cu ildə Təbrizdə olan İtaliya səyyahı Mikele Menb­renin Göy məscid barədə fikirləri xüsusi maraq doğurur. O, yazır: "Təbriz şəhərinə Anadolu tərəfdən girişin hər yanı bağlar və mavi günbəzli məscidlər, Xorasana – şərqə gedən yolun üstündə nağara çalınan meydan yerləşir . Meydanı keçib birbaş şərqə tərəf getdikdə, qarşımıza Bəyim bazarı çıxır və bazarın axı­rına qədər düz getdikdə hündür zəng qüllələrinə oxşar iki mina­rəli məscid yerləşir. Bu məscid elə gözəl tikilmişdir ki, mən nə türklərin torpaqlarında, nə də gördüyüm digər yerlərdə belə bir tikiliyə rast gəlməmişəm. Onun xarici tərəfi tamamilə çini qablar kimi yarpaqvari naxışlar və gözəl rənglənmiş mərmər­dəndir".
Qaraqoyunlular dövründə Təb­riz­də tikilən memarlıq abidələri arasında Cahanşahın xanımının tikdirdiyi böyük məscid və mədrəsə mühüm yer tutur. Bu döv­rün tikililəri arasında Təbrizdəki Cahanşah karvansarayı, Canbəyim Xatunun Dədəumraniyyə zaviyyəsi və xanəgahı xüsusilə seçilir.
T.H.Nəcəfli tərəfindən Göy məscid (Müzəffəriyyə) XV əsr Təbriz memarlıq məktəbinin ən mühüm nümunələrindən biri kimi qiymətləndirilir. Onun əhəmiyyəti bir neçə istiqa­mətdədir:
· Qaraqoyunlu hakimiyyətinin monumental tikinti siyasətini əks etdirir;
· Təbrizin iri siyasi-mədəni mərkəz kimi mövqeyini göstərir;
· dini memarlıqla hökmdar himayəsini birləşdirir;
· kaşı və bəzək sənətinin yüksək səviyyəsini nümayiş etdirir;
· Qaraqoyunlu dövrünün şəhər mədəniyyətinin inkişafını maddi şəkildə sənəd­ləşdirir.
Monoqrafiyanın memarlıq baxımından digər mühüm istiqaməti Ağqoyunlu hakimiyyəti dövründə Təbrizin yenidən qurulması və monumental tikililərin mey­dana gəlməsidir.
T.H.Nəcəflinin fikrincə, müstəqil və bənzərsiz üslubu olan orta əsr Azər­baycan memarlığı Ağqoyunlular dövründə daha da inkişaf etdirildi. Uzun zaman ərzində Təbrizin paytaxt olması onun hərtərəfli inkişafına təkan vermişdir. Buna görə də Azərbaycan memarlıq obyektlərinin bir çoxunun bu şəhərdə cəmləşməsi təsadüfi de­yildir. Memarlıq obyektlərinin və bitki örtüyünün uzlaşdırılması Təbrizin memarlıq inkişafında önəmli yer tutmuşdur. Təbrizdə böyük bağlar var idi. Həsən Padşah tərəfindən əsası qoyulmuş "Bağı-nəsriyyə" və Sultan Yaqubun tikdirdiyi "Baği-şimal" ("Şi­mal bağı") bu dövrün şəhərsalma mədəniyyətinin nadir incilərin­dəndir.

Həsən Padşah dövründə Təbrizdə tikilmiş memarlıq abidə­ləri içərisində üstüörtülü "Qeysəriyyə" bazarı xüsusi yer tutur. "Şərq ölkələrində ən gözəl və geniş bazar kimi şöhrət tapmış və əsası Həsən Padşah tərəfindən qoyulmuş "Qeysəriyyə" üstüörtülü və səkkizbucaqlı idi. Onun üstü künbəz və tağla örtülmüşdü".
Tofiq Nəcəflinin elmi əsərlərində Azərbaycanın tarixi paytaxtı Təbriz şəhə­rinin memarlıq siması xüsusi yer tutur. Müəllif Ağqoyunlu hökmdarı Həsən Pad­şahın dövründə Təbrizdə inşa edilən Sahibabad meydanı, Nəsriyyə mədrəsəsi türk-islam memarlığındakı unikal yerini vurğulayır. 1478-1484-cü illərdə Təbrizin mərkəzində bir dərə ilə ayrılan Sahibabad meydanında möhtəşəm saray kompleksi tikdirilmişdir. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi ba­xı­mından böyük olan bağ daxilində yerləşməsidir. Saray kom­pleksi "Həşt-behişt" ("Səkkiz cənnət") adlanırdı. Böyük meydanın qərb tərəfindəki kəmərli ağ qapıdan ke­çərək baxça içərisində olan saraya girilirdi. Birmərtəbəli yu­var­laq şəklində olan bu tikilinin üstünü möhtəşəm qübbə örtür­dü. Bina dörd salon və bir çox kiçik otaqlardan ibarət idi. 1478-ci ildə Uzun Həsən dövründə sarayın tikin­tisinə başlanılmış, Sultan Yaqub dövründə başa çatdırıl­mışdır.
Venesiyalı tacirin verdiyi məlumatlara əsaslanaraq T.H.Nəcəfli yazır ki, Təbrizin Sa­hibabad meydanında inşa edilmiş saray kompleksinə möhtəşəm, əzəmətli "Həşt-behişt" sarayı, Həsən Padşahın cümə məscidi, Nəsriyyə mədrəsəsi, Şəfa evi və cıdır meydanı daxil idi. Ma­raqlıdır ki, Həsən Padşah tərəfindən Təbrizdə tikdirilən üstüörtülü "Qey­sə­riyyə" bazarı kimi "Həşt-behişt" saray kompleksi də sək­kizbucaqlı formada inşa edilmişdir.
Bu faktlar Ağqoyunlu memarlığının yalnız dini tikililərdən ibarət olmadığını göstərir. Burada: saray → mədrəsə → məscid → bağ → kitabxana kimi qarşılıqlı əlaqəli şəhər-mədəniyyət infrastrukturu formalaşırdı.
Xüsusilə Sahibabad kompleksi Ağqoyunlu hökmdarlarının siyasi hakimiy­yətini və saray mədəniyyətini əks etdirən mühüm memarlıq məkanı kimi çıxış edirdi. T.H.Nəcəfli öz tədqiqatında Cahanşahın sarayının və Müzəffəriyyə kompleksinin də həmin ərazidə yerləşdiyini bildirir.
Tofiq Nəcəflinin "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri" monoqrafiyasında Sultan Yaqubun hakimiyyəti dövründə Təbrizdə tikintisi başa çatdırılan "Həşt-behişt" ("Səkkiz cənnət") saray kompleksi Ağqoyunlu dövrünün şəhərsalma, memarlıq və mədəni inkişafının mühüm göstəricilərindən biri kimi təqdim olunur. Monoqrafiyanın ümumi tarixi kontekstində Həşt-behişt saray kompleksi Ağqoyunlu dövlətinin paytaxtı Təbrizin XV əsrin son rübündə böyük siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməsinin maddi ifadələrindən biri hesab edilə bilər.
"Həşt-behişt" sadəcə hökmdarın iqamətgahı olan saray deyil, çoxfunksiyalı saray-şəhər kompleksi xarakteri daşıyırdı. T.H.Nəcəflinin ilkin qaynaqlara istinad edərək qeyd etdiyi kimi kompleksin tərkibində:

· böyük kitabxana;

· məscid;

· mədrəsə;

· kitab dükanı;

· təxminən 1000 nəfərlik xəstəxana/şəfaxana;

· cıdır meydanı;

· bağ və park sahələri olduğu göstərilir.

Bu xüsusiyyət xüsusilə əhəmiyyətlidir. Çünki "Həşt-behişt" kompleksinin funksiyası yalnız hökmdar sarayı ilə məhdudlaşmırdı. O, idarəçilik, elm, təhsil, səhiyyə, kitabçılıq və istirahətin bir məkanda cəmləşdiyi monumental kompleks kimi səciyyələndirilə bilər.

"Həşt-behişt" fars dilində "səkkiz cənnət" mənasını verir. Kompleksin səkkizkünclü plan quruluşu və hissələrinin səkkiz otaqdan təşkil olunması onun adı ilə əlaqələndirilir.

Burada diqqətəlayiq məqam odur ki, "səkkiz" elementi yalnız dekorativ və ya simvolik məna daşımırdı; sarayın planlaşdırma strukturunda da özünü göstərirdi. Bu xüsusiyyət kompleksi orta əsr Şərq saray memarlığının xüsusi nümunələrindən birinə çevirirdi.
T.H.Nəcəflinin monoqrafiyasının tarixi konsepsiyası baxımından "Həşt-behişt"ə yalnız ayrıca bina kimi deyil, Ağqoyunlu Təbrizinin şəhərsalma və mədəni mühitinin tərkib hissəsi kimi yanaşmaq daha doğru olar.
Sultan Yaqubun dövründə Təbrizdə "Həşt-behişt" sarayı ilə yanaşı digər monumental tikililər, mədrəsələr, məscidlər, bazarlar, hamamlar və bağlar mövcud idi. Ağqoyunlu dövrünün Təbrizində məscid, mədrəsə, bazar, hamam və kanalların geniş yayılması şəhərin iqtisadi və mədəni çiçəklənməsinin göstəricisi kimi qiymət­ləndirilir.
Bu baxımdan "Həşt-behişt" – "Nəsriyyə" – "Məqsudiyyə" – "Sahibabad" –kimi məkanlar birlikdə götürüldükdə Ağqoyunlu Təbrizinin monumental şəhər mədə­niyyətini daha aydın göstərir.
"Həşt-behişt" sarayının tikintisi Sultan Yaqubun hakimiyyətinin yalnız siyasi hadisələrlə xarakterizə edilmədiyini göstərən mühüm maddi fakt kimi çıxış edir. Onun dövründə Təbrizdə saray memarlığı ilə yanaşı elm, kitabçılıq və incəsənət də hökmdar himayəsi altında inkişaf edirdi.
Bu xüsusiyyət Ağqoyunlu hökmdarlarının şəhər mədəniyyətinə münasibətini də göstərir. Mənbələrdə Sultan Yaqubun dövründə Təbrizin memarlıq və abadlıq baxımından inkişaf etdiyi, Həşt-behişt sarayı və bağlarının şəhərin monumental simasında xüsusi yer tutduğu bildirilir.
Məncə, T.H.Nəcəflinin monoqrafiyası kontekstində "Həşt-behişt"in tarixi əhəmiyyətini beş istiqamətdə ümumiləşdirmək mümkündür:

Siyasi

Sultan Yaqubun hakimiyyətinin və Ağqoyunlu sarayının qüdrətinin

maddi ifadəsi

Memarlıq

XV əsr Təbriz saray memarlığının monumental nümunəsi

Şəhərsalma

Təbrizin paytaxt və imperiya miqyaslı şəhər kimi inkişafını əks etdirir

Mədəni

Kitabxana, kitab dükanı, mədrəsə və elm mühiti ilə bağlı kompleks

Sosial

Xəstəxana, park, cıdır meydanı və digər funksiyalar vasitəsilə

çox­funksiyalı şəhər kompleksi

Beləliklə, T.H.Nəcəflinin monoqrafiyasında "Həşt-behişt" saray kompleksi Ağqoyunlu dövlətinin yalnız siyasi deyil, həm də yüksək şəhərsalma və mədəni-memarlıq səviyyəsini nümayiş etdirən maddi irs nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır. Onun kitabxana, mədrəsə, məscid, şəfaxana, park və cıdır meydanı kimi müxtəlif funksiyaları birləşdirməsi XV əsrin sonlarında Təbrizin saray şəhərindən daha geniş – elm, mədəniyyət, səhiyyə və ictimai həyatın mühüm mərkəzinə çevrildiyini göstərir. "Həşt-behişt"in sonrakı dövrlərdə də mövcudluğunu qoruması onun Ağqoyunlu siyasi-mədəni irsinin mühüm abidələrindən biri olduğunu göstərir. Mənbələrdə 1534-cü il Osmanlı yürüşü zamanı sarayın dağıdılmasının qarşısının alındığı, 1585-ci ildə isə Osmanlılar tərəfindən istehkama çevrildiyi bildirilir.

Bu baxımdan "Həşt-behişt" saray kompleksi T.H.Nəcəflinin monoqra­fiyasında Ağqoyunlu dövlətinin memarlıq irsinin ən parlaq nümunələrindən biri kimi ayrıca elmi əhəmiyyət daşıyır.

T.H.Nəcəflinin yanaşmasının mühüm cəhəti Qaraqoyunlu-Ağqoyunlu me­mar­lıq irsini yalnız müasir Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdır­mamasıdır. Bu, Ağqoyunlu dövlətinin geniş siyasi-coğrafi məkanını nəzərə almaq baxımından xüsusilə əhəmiyyətlidir.

T.H.Nəcəfli öz tədqiqatlarında Anadolu ərazisindəki Ağqoyunlu abidələrinə də diqqət çəkərək Mardin, Diyarbəkir və digər şəhərlərdəki tikililəri Ağqoyunlu memarlıq irsinin tərkib hissəsi kimi təqdim edir. O, xüsusilə Qasımiyyə mədrəsəsini və digər Ağqoyunlu abidələrini qeyd edir.

Bu yanaşma əsasında Ağqoyunlu memarlıq irsini üç əsas coğrafi mərkəz üzrə təsəvvür etmək mümkündür:


Memarlıq mərkəzi

Əsas abidə və kom­plek­slər

Tarixi-siyasi kontekst

Təbriz

Sahi­babad kom­pleksi, Həş­t-behişt sarayı, Nəs­riy­yə məd­rə­səsi

Ağqo­yunlu dövlətləinin pay­tax­tı

Mardin

Qasımiyyə mədrəsəsi və digər Ağqoyunlu tikililəri

Ağqoyunlu dövlətinin qərb mərkəzlərindən biri

Diyarbəkir və Şərqi Anadolu

Ağqoyunlu dövrünə aid dini və ictimai tikililər

Bayandurlu siyasi-mə­də­ni məkanı

Azərbaycan şəhərləri

Məscid, mədrəsə, saray və müdafiə qurğuları

XV əsr şəhər mədəniy­yətinin inkişafı



T.H.Nəcəflinin tədqiqatlarının əhəmiyyətli cəhətlərindən biri memarlığı şəhərlərin siyasi və iqtisadi inkişafından ayrı təsəvvür etməməsidir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin paytaxt və iri şəhərlərində sarayların, dini komplekslərin, mədrəsələrin və digər ictimai tikililərin meydana gəlməsi şəhərlərin yalnız inzibati mərkəz deyil, həm də elm, sənət, ticarət və dini həyat mərkəzi olduğunu göstərir.

Bu baxımdan Təbriz xüsusilə seçilir. Cahanşah və Həsən Padşah dövrlərində burada monumental tikililərin yaradılması şəhərin siyasi statusu ilə bilavasitə bağlı idi.

T.H.Nəcəflinin tədqiqatında Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Azər­baycan dövlətçilik tarixinin bir-birindən təcrid olunmuş epizodları kimi deyil, Oğuz-türk siyasi ənənəsinin orta çağlardakı inkişaf mərhələləri kontekstində nəzərdən keçirilir. T.H.Nəcəfli Qaraqoyunlu və Ağqoyunluları Azərbaycan dövlət­çilik tari­xində mühüm mərhələ kimi qiymətləndirir.

Bu baxımdan memarlıq da həmin dövlətçilik ənənəsinin maddi ifadəsi kimi çıxış edir. Göy məscid, Təbriz saray və mədrəsə kompleksləri, Şərqi Anadolu ərazisindəki Qaraqoyunlu və Ağqoyunlu abidələri siyasi hakimiyyətin, şəhər mədə­niyyətinin və dini-elmi həyatın maddi izləri kimi əhəmiyyət qazanır.

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri" monoqrafiyası memarlıq abidələrinin memarlıq tarixi kataloqu deyil. Əsərin əsas predmeti Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sosial-iqtisadi və siyasi tarix problemləridir. Lakin əsərin verdiyi siyasi, şəhər, mədəni və hökmdar himayəsi konteksti həmin dövrün memarlıq irsinin tarixi izahı üçün mühüm baza yaradır. Bu səbəbdən monoqrafiyada memarlıq: dövlətçilik → şəhər → saray → dini-elmi kompleks → mədəni himayə → memarlıq irsi zənciri daxilində başa düşülür.

Tofiq Nəcəflinin monoqrafiyasında Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu memarlıq irsi, xüsusilə Təbrizin Göy məscidi, Cahanşah və Həsən Padşah dövrünün saray və dini-təhsil kompleksləri, eləcə də Qaraqoyunlu və Ağqoyunluların Şərqi Anadolu ərazilərində yaratdığı memarlıq nümunələri vasitəsilə həmin dövlətlərin siyasi və mədəni qüdrətinin maddi ifadəsi kimi əks olunur. T.H.Nəcəflinin sonrakı tədqiatlarında da bu xətt daha açıq şəkildə inkişaf etdirilir və Ağqoyunlu abidələrinin Azərbaycan memarlıq məktəbləri kontekstində ayrıca araşdırılmasının vacibliyi vurğulanır.

Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent





DİGƏR XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev vəfat edib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ