Cümə günü, 06 noyabr 2026
     

Ukraynanın səssiz əks-hücumu və Liman cəbhəsində Rusiya ordusunun ağır məğlubiyyəti...

Image


Mayın sonlarında Ukrayna komandirləri ölkənin döyüşlərdə ən təcrübəli bəzi bölmələrinə Donetsk vilayətinin Slavyansk şəhərindən təxminən 50 kilometr şimalda səssizcə mövqe tutmaq əmri verdilər. Ukraynanın Üçüncü Ordu Korpusunun bölmələri 1100 kilometrlik cəbhə xəttinin bir hissəsində Rusiyanın 20-ci Ümumqoşun Ordusu ilə üz-üzə gəldilər. Rusiya ordusu onda Jerebets çayının qərb sahilindən qərbə yol açırdı. Rusiyanın məqsədi Donetsk vilayətində Ukraynanın nəzarətində qalan iki əsas şəhərdən biri olan Slavyanskdakı Ukrayna qüvvələrinin təchizat yollarını kəsmək idi.

Yayda Ukrayna qüvvələri Liman şəhərindən şimala doğru irəliləyir, cənubda isə Redkodub, Katerinovka və Novoye kəndlərinə doğru hərəkət edirdi. Ərazidəki Rusiya qüvvələrinin böyük hissəsi Jerebets çayına qədər geri çəkilib, kiçik əsgər qrupları isə mühasirəyə düşüb, yaxın günlərdə əsir götürülmə və ya öldürülmə ehtimalı var. Bu uğur hələlik Ukrayna müdafiə qüvvələrinə təzyiqi azaldır. Kiyev hazırda Slavyansk və Kramatorsk şəhərlərinin də daxil olduğu zolağı qorumağa çalışır. Dörd aya yaxındır davam edən hücum həm də qeyri-adi informasiya vakuumu şəraitində aparılıb. Son günlərədək nə Ukrayna, nə də Rusiyanın Telegram-dakı hərbi bloqerlərinə əməliyyatla bağlı məlumat sızıb. Polşada yaşayan hərbi ekspert, Ukraynanın cəbhə xəttində xeyli vaxt keçirmiş Konrad Muzıka bildirir: "Ukraynalılar ərazinin bir hissəsini geri alıblar. Rusiya isə daha çox ərazi itirib". Onun fikrincə, bu, Liman ətrafında baş verənlərə görə deyil, Rusiyanın Slavyansk-Kramatorsk ərazisini şimaldan və cənubdan mühasirəyə almaq planını pozduğuna görə əhəmiyyətlidir. Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya ordusu üzrə eksperti Dara Massikot qeyd edir: "Rusiya davamlı şəkildə Donetsk vilayətini bütünlükdə mühasirəyə almağa çalışır. Hələlik şimal istiqamətindəki cəhdin qarşısı alınmış kimi görünür".

Bu arada, Rusiyanın Telegram-dakı hərbi kanallarında da Ukraynanın əhəmiyyətli irəliləyiş əldə etdiyi bildirilir. Keçmiş ukraynalı siyasətçi və tanınmış Telegram bloqeri Anatoli Şariy "Liman cəbhəsində məğlubiyyət" yaşandığını deyir. O, Ukraynada dövlətə xəyanətdə təqsirli bilinərək qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib. Əvvəllər Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli olan "Rıbar" kanalı isə "Limandakı vəziyyət narahatedicidir" deyə yazıb.

Rusiyayönlü bloqerlərdən azı biri – Yuri Kotyonok Ukrayna mənbələrindən məlumat sızmamasından gileylənib: "Ukrayna informasiya sükutu şəraitində Liman yaxınlığında hücum həyata keçirir. Bizim tərəfdə sükut artıq adi hala çevrilib, lakin düşmən tərəfinin belə davranması bir qədər qeyri-adidir və narahatlıq doğurur. Burada məqsədli və düşünülmüş sükut rejimi tətbiq olunur". Ukrayna ordusunun mətbuat xidməti əməliyyatların davam etdiyini deyərək şərh verməyib. Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andriy Biletski sentyabrın 15-də əks-hücumun aparıldığını ümumən təsdiqləyib, "yaxşı xəbərlər" olacağını bildirib. Hərbi ekspertlər döyüş meydanındakı bu uğurun Ukrayna üçün daha geniş strateji dəyişikliyə səbəb olmayacağını deyir. Ümumilikdə, Kiyevin durumu əlverişsizdir: Rusiya həm canlı qüvvə, həm də bir çox ərazilərdə silah baxımından üstünlüyə malikdir. Böyük itkilər verməsinə və bəzi yerlərdə əraziləri itirməsinə baxmayaraq, Rusiya cəbhənin ayrı-ayrı hissələrində tədricən irəliləyir. Hərbi komandirlər Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə üstünlük verir. Bu şəhərlərin işğalı Rusiyaya bütün Donetsk vilayətinə və bütövlükdə Donbasa nəzarət imkanı verə bilər. Bu məsələ Vladimir Putin və Kremlin əsas prioritetlərindən biridir. Rusiya bəyan edib ki, Ukrayna hələ də nəzarətində saxladığı əraziləri təhvil verməsə, bütün Donbası güc yolu ilə ələ keçirəcək. Kiyev isə ərazilərdən imtina ehtimalını qətiyyətlə rədd edir. Donbasa nəzarət məsələsi ABŞ-ın rəhbərliyi ilə fasilələrlə davam edən sülh səylərinin qarşısındakı əsas maneələrdən biridir. Amma yenə də bu il Kiyev bəzi ərazilərdə Rusiyanın ələ keçirdiyindən daha çox torpağı geri qaytarıb. Liman ətrafındakı əks-hücumun uğuru isə Ukraynanın ən yaxşı bölmələrinin döyüş qabiliyyətini, Rusiyanın cəbhədə üzləşdiyi davamlı problemləri göstərir. Massikot deyir, bu, Rusiyanın eyni vaxtda yalnız bir əsas istiqamətdə qüvvə cəmləşdirə bildiyini göstərir: "Hazırda həmin istiqamət Donetskin cənubudur. Bu isə bəzən başqa yerlərdə istifadə oluna biləcək zəif nöqtələrin yaranmasına səbəb olur". Finlandiyada yerləşən "Black Bird Group" araşdırma qrupu bildirib: "Ukrayna Limanın mühasirəyə alınması təhlükəsini faktiki aradan qaldırıb və indi şəhərin şimalındakı Rusiya çıxıntısını təhdid edir". Qrupun həmtəsisçisi Emil Kastehelmi Rusiyanın 2026-cı il yay kampaniyasının uğursuz sayıla biləcəyini söyləyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ