Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevın xarici diplomatlarla Qandzasar monastırını ziyarət etməsi və orada ermənilərin “tarixi” (əslində yazısız-qondarma) əlyazmasını nümayiş etdirməsi Ermənistanda geniş rezonans doğurub.
“Əgər orada qeyd olunan əlyazmanın və ya monastır kompleksinin mənşəyi ilə maraqlanırıqsa, əlyazmaya və ilkin mənbələrə müraciət etməliyik. Ermənistan Respublikası bu məsələdə ən səlahiyyətli məmur - Matenadaran direktoru vasitəsilə artıq cavab verib və Qandzasarın erməni mənşəli olduğunu təsdiqləyib”. Ermənistanın news.am saytının xəbərinə görə, Baş nazir Nikol Paşinyan bunu 16 sentyabrda parlamentdə keçirilən Hökumət Saatında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin və bir neçə diplomatın Dağlıq Qarabağa səfəri zamanı erməni mədəni irsini alban kimi təqdim etməsinə toxunaraq bildirib. "Güclü Ermənistan" blokundan olan parlament üzvü Lena Matevosyan deyib ki, Hacıyev Qandzasarın erməni olması faktını təhrif etməyə çalışaraq erməniləri ələ salırdı. Amma biz bu boşluğu doldura bilərik: indi kürsüyə çıxın və Qandzasarın erməni olduğunu bəyan edin. Paşinyan isə öz növbəsində bildirib ki, ümumiyyətlə bu mövzu ilə bağlı hər hansı bir müzakirəni mənasız hesab edir. “Əgər biz bunu, məsələn, Azərbaycana sübut etməyi hədəfləyiriksə, məqsəd qoymağı mənasız hesab edirəm. Bu, mənasız və qeyri-mümkün bir işdir. Amma bizim üçün bu dəyişməyib və heç nəyi dəyişməyəcək. Məsələlər arasında aydın bir fərq qoymalıyıq. Biz demişik və deməyə davam edirik ki, bərqərar olmuş sülh həm Ermənistan, həm də Azərbaycan üçün bir dəyərdir və sülh həm Ermənistanda, həm də Azərbaycanda diqqətlə qorunmalıdır. Azərbaycan rəsmisinin, xüsusən də bu baxımdan dedikləri qəbuledilməz və anlaşılmazdır. Digər tərəfdən vurğulamaq istəyirəm ki, biz sülhü diqqətlə qorumağa davam etməliyik". Lakin Matevosyan qeyd edib ki, bu sülhə yalnız Ermənistan hökuməti "qayğı göstərir". "Sülh üçün narahatlıq ikitərəfli olmalıdır. Digər tərəfdən gələn tələblər tamamilə fərqli bir şeylə bağlıdır", - deyə o bildirib. "Bəli, biz sülhü diqqətlə qorumağa davam etməliyik, çünki bu, bizim üçün bir dəyərdir. Bu gün regionda bunun dəyəri olmayan bir çox insan var." Bir ay əvvəl demişdim ki, dünyanı məhv etmək çox asandır. Bu otaqda dünyanı asanlıqla məhv edə bilərik, amma yenidən o nöqtəyə çatmaq üçün 30 il vaxt lazım olacaq. Ona görə də seçim edək. Biz artıq seçimimizi etmişik”- Ermənistanın Baş naziri cavab olaraq bildirib.
SAMİRƏ