Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

Image


Azərbaycanın xəritədəki mövqeyi ona böyük üstünlük verir. Amma əsas məsələ bu üstünlükdən necə və nə dərəcədə düzgün istifadə etməkdir. Prezident İlham Əliyevin 15 sentyabrda səsləndirdiyi "Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" fikri də məhz bu baxımdan diqqət çəkir.

Bu bir cümlə Azərbaycanın son illərdə qurduğu siyasi və diplomatik xəttin əsas məntiqini göstərir. Azərbaycan eyni anda bir neçə istiqamətdə öz mövqeyini gücləndirir. Türk dövlətləri ilə münasibətləri dərinləşdirir, İslam dünyası ilə əlaqələrini genişləndirir və Cənubi Qafqazda siyasi və iqtisadi çəkisini artırır. Burada Azərbaycanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm Qafqaz ölkəsidir, həm türk dünyasının bir hissəsidir, həm də İslam dünyası ilə sıx əlaqələri olan dövlətdir. Prezidentin çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi olduğunu vurğulaması da təsadüfi deyil. Çünki bu xüsusiyyət Azərbaycanın bir neçə siyasi və iqtisadi məkan arasında körpü rolunu daha aydın göstərir. Bu, ilk baxışda sadə coğrafi fakt kimi görünə bilər. Amma əslində Azərbaycanın yerləşdiyi mövqenin siyasi əhəmiyyətini göstərir. Ölkəmiz bir neçə böyük coğrafiyanın kəsişdiyi nöqtədə dayanır. Bu gün həmin mövqenin əhəmiyyəti daha da artır. Dünyada nəqliyyat marşrutları dəyişir, yeni enerji layihələri həyata keçirilir, dövlətlər arasında iqtisadi və siyasi əlaqələr yenidən qurulur. Azərbaycan isə bütün bu proseslərin kənarında deyil.

Orta Dəhliz bunun ən yaxşı nümunələrindən biridir. Mərkəzi Asiyadan Azərbaycan üzərindən Türkiyəyə və Avropaya uzanan nəqliyyat xətti ölkəmizin regional əhəmiyyətini artırır. Türkiyə ilə strateji münasibətlər, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişlənməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi də eyni mənzərənin hissələridir.

Türk dünyasında münasibətlər artıq yalnız ortaq dil, tarix və mədəniyyət üzərində qurulmur. Bu gün söhbət daha çox ticarət, nəqliyyat, enerji, investisiya, turizm və digər praktiki sahələrdə əməkdaşlıqdan gedir. Yəni ortaq dəyərlər iqtisadi və siyasi maraqlarla tamamlanır. Azərbaycanın burada xüsusi yeri var. Ölkəmiz həm Xəzər dənizinin qərb sahilində yerləşir, həm Qafqazın əsas ölkələrindən biridir, həm də Türkiyə ilə birbaşa quru bağlantısına malikdir. Bu coğrafiya Azərbaycanın türk dünyası ilə Avropa arasında əlaqələrdə rolunu artırır.

İslam dünyası ilə münasibətlər də Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Azərbaycan uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət göstərir. Qarabağ məsələsində müsəlman ölkələrindən alınan siyasi dəstək də bu əlaqələrin mühüm tərəflərindən biri olub.

Amma Prezidentin çıxışında söhbət yalnız xarici tərəfdaşlıqlardan getmirdi. Daxili birlik məsələsi də xüsusi vurğulandı. Suverenliyin və müstəqilliyin təminatlarından biri kimi xalqın birliyi, dövlətin iradəsi, hərbi güc və milli dəyərlər önə çəkildi. Əslində, burada çox sadə bir məntiq var. Xaricdə nə qədər tərəfdaşın olsa da, daxildə birlik yoxdursa, həmin güc davamlı olmaya bilər. Əksinə, daxili birlik və güclü dövlət iradəsi xarici tərəfdaşlıqları daha təsirli edir.

Bu gün Cənubi Qafqaz əvvəlki kimi dəyişməz region deyil. Yeni yollar çəkilir, yeni iqtisadi əlaqələr qurulur, enerji və nəqliyyat layihələri bölgənin əhəmiyyətini artırır. Azərbaycan da bu proseslərin kənarında qalmaq yox, fəal iştirakçı olmaq istəyir. Ona görə də Prezidentin "Türk dünyası, Qafqaz və İslam aləmi" ifadəsi təsadüfi deyil. Bu üç istiqamət Azərbaycanın yerləşdiyi coğrafiyanı və qurduğu tərəfdaşlıq xəttini bir növ ümumiləşdirir. Məsələnin ən sadə tərəfi isə budur ki, Azərbaycanın gücü yalnız harada yerləşməsində deyil, həmin mövqedən necə istifadə etməsindədir. Türk dünyası ilə əlaqələr, Qafqazdakı mövqe və İslam aləmi ilə münasibətlər bir-birindən ayrı deyil. Hamısı Azərbaycanın regional siyasətinin müxtəlif tərəfləridir.

Dünyada siyasi güc təkbaşına olmaqdan yox, düzgün tərəfdaşlıqlar qurmaqdan, daxildə birliyi qorumaqdan və öz maraqlarını ardıcıl şəkildə müdafiə etməkdən keçir. Coğrafiya Azərbaycana imkan verir, amma gücü yaradan həmin imkandan düzgün istifadə edən siyasətdir.

Lamiyə İsazadə,

Yazıçı-publisist, Prezident təqaüdçüsü.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ