İngiltərədə kiçik bir kənd, yaxınlıqdakı keçmiş hərbi baza ərazisinə 1000-dən çox immiqrantın yerləşdirilməsi planlarına etiraz olaraq Birləşmiş Krallıqdan ayrılmaq qərarına gəlib. Çərşənbə axşamı Oksfordşir qraflığının Piddinqton şəhərində keçirilən referendumda seçicilərin böyük əksəriyyəti öz müqəddəratını təyinetmə prinsipini qorumaqla bağlı simvolik bir planı dəstəkləyiblər.
Bələdiyyə şurasının sədr müavini Susannah Parden bildirib ki, 312 səs sayılıb ki, bu da paylanmış bülletenlərin təxminən 92 faizini təşkil edir. O, 285 səsin lehinə, 26 səsin əleyhinə verildiyini və 1 səsin etibarsız hesab edildiyini açıqlayıb.
Referendum, hökumətin kəndin yaxınlığındakı keçmiş hərbi baza olan Bicester Qarnizonunda 1250-yə qədər yetkin kişi immiqrantı yerləşdirmək planlarına cavab olaraq təşkil edilib.
Oksford Yeparxiyasının 2021-ci il məlumatlarına görə, 358 əhalisi olan Piddinqtonda kilsə və kənd zalı var, kənddə yerli baqqal mağazası və ya poçt şöbəsi yoxdur.
Səsvermənin nəticəsinin heç bir hüquqi çəkisi yoxdur; lakin, bu, Britaniyada immiqrasiya ilə bağlı artan gərginliyin, xüsusən də Fransadan La-Manş boğazından keçən miqrant qayıqlarının olması və son gələnlərin məskunlaşacağının əlamət kimi qəbul edilir.
Tahir TAĞIYEV