Çərşənbə günü, 16 sentyabrda ABŞ Nümayəndələr Palatası senator Lindsi Qrehemin Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiqini nəzərdə tutan qanun layihəsi ilə bağlı yekun səsvermə keçirib. 262 lehinə, 159 əleyhinə səslə qəbul edilən layihəni dəstəkləyənlər arasında 203 respublikaçı, 58 demokrat və bir müstəqil şəxs olub. "ABŞ Konqresi mərhum senator Lindsi Qrehemin dəstəklədiyi Rusiya və İrana qarşı genişmiqyaslı sanksiyalar qanun layihəsini qəbul etdi. Qanun layihəsi artıq prezident Trampın masasına göndərilib və yaxın günlərdə qanuna çevrilməsi gözlənilir", - deyə "Azadlıq" radiosunun müxbiri Aleks Raufoğlu qeyd edib. Qanun layihəsi kifayət qədər lehinə səs alıb. Bu sənəd ABŞ prezidentinə Rusiya enerji məhsullarını alan və ya Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə 100%-ə qədər tarif tətbiq etmək səlahiyyəti verir. Bundan əlavə, qanun Rusiya rəsmilərinə, banklarına və kölgə donanmasına qarşı sanksiyalar tətbiq edir və İrana qarşı mövcud sanksiyaları genişləndirir. Nümayəndələr Palatasında səsvermədən əvvəl qanun layihəsi ilə bağlı geniş müzakirələr aparılıb. Xüsusilə, sənədin həmmüəllifi, respublikaçı konqresmen Maykl Makkol qeyd edib ki, mərhum senator Lindsi Qrehem bu qanun layihəsinin onun "ən böyük nailiyyəti" ola biləcəyinə inanırdı. Makkol qanunvericiliyin "Putini danışıqlar masasına məcbur etməklə" müharibənin bitməsinə kömək edə biləcəyini vurğulayıb. Əsas üstünlüklərini təsvir edən Maykl Makkol sənədin Rusiya hərbi maşınını, rus oliqarxlarını və "kölgə donanmasını" yanacaqla təmin edən pul axınlarını kəsdiyini izah edib. Qanun layihəsinin "dişləri" adlandırdığı tariflər "İkinci Dünya müharibəsindən bəri Avropada ən qanlı müharibəni maliyyələşdirən ölkələri cəzalandırır".
SAMİRƏ