Cümə günü, 06 noyabr 2026
     

Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

Image


İrana endirilən zərbələr nəticəsində neft qiymətlərinin artması və enerji bazarında yeni təzyiqlərin yaranması Tramp administrasiyasının İrana qarşı elan etdiyi daha sərt iqtisadi sanksiyalar, xüsusilə də İranın iqtisadiyyatını çökdürmək və onun ‘nəfəsini kəsmək’ siyasətinin iflasa uğradığının əlaməti kimi qiymətləndirilə bilərmi? Çünki Vaşinqton hesab edirdi ki, iqtisadi sanksiyalar vasitəsilə İranı zəiflədərək Tehrana ciddi təzyiq göstərə və onu geri addım atmağa məcbur edə bilər. Lakin əksinə, sanksiyaların sərtləşdirilməsi fonunda İranın cavab addımları neft bazarında qiymət artımına və qlobal enerji təchizatı ilə bağlı narahatlıqların güclənməsinə səbəb olursa, bunu ABŞ-ın İrana qarşı iqtisadi təzyiq siyasətinin gözlənilən nəticəni vermədiyinin göstəricisi hesab etmək olarmı?

İranda iqtisadi vəziyyət son dövrlərdə daha da ağırlaşır. Ölkənin üzləşdiyi sanksiyalar, inflyasiyanın yüksək səviyyədə qalması, milli valyutanın sürətlə dəyər itirməsi, istehsal müəssisələrinin fəaliyyətində yaranan problemlər və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi iqtisadi və sosial gərginliyi artırır. Tehran hakimiyyətinin nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı siyasəti isə İranın beynəlxalq təzyiqlərlə üzləşməsinə səbəb olan əsas məsələlərdən biri olaraq qalır.

Sədrəddin Soltan: "İrana qarşı sərt təzyiqlər reallaşarsa, İran iqtisadiyyatı tamamilə sıfırlana bilər"

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İranda mövcud iqtisadi böhran artıq yalnız ayrı-ayrı sahələrdəki problemlərlə məhdudlaşmır və ölkənin ümumi sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir.

Ekspertin sözlərinə görə, İran rəsmilərinin iqtisadi vəziyyətlə bağlı açıqlamalarını və ölkənin üzləşdiyi real problemləri bir-birindən fərqləndirmək lazımdır. Çünki rəsmi Tehran bir sıra hallarda vəziyyəti nəzarətdə saxladığını bəyan etsə də, gündəlik həyatda əhalinin üzləşdiyi problemlər iqtisadi təzyiqlərin kifayət qədər ciddi olduğunu göstərir.

"İranda fabriklərin dağılması, istehsalın azalması, müəssisələrin fəaliyyətində problemlərin yaranması və gəlirlərin aşağı düşməsi iqtisadi vəziyyətin nə qədər ağır olduğunu göstərir. İranın uranı zənginləşdirməsi məsələsi ətrafında aparılan müzakirələr isə ölkənin onsuz da çətin olan iqtisadi vəziyyətini daha da ağırlaşdıra biləcək yeni sanksiya və təzyiqlərlə nəticələnə bilər", – deyə Sədrəddin Soltan bildirib.

O qeyd edib ki, İran iqtisadiyyatının əsas problemlərindən biri yüksək inflyasiyadır. Milli valyutanın dəyərdən düşməsi, qiymətlərin sürətlə artması və əhalinin gəlirlərinin qiymət artımına adekvat yüksəlməməsi insanların real alıcılıq qabiliyyətini aşağı salır.

Ekspertin sözlərinə görə, xüsusilə ərzaq və gündəlik tələbat mallarının bahalaşması əhalinin sosial vəziyyətinə birbaşa təsir edir. Tümənin dollara nisbətdə kəskin ucuzlaşması idxal xərclərini artırır, bu isə daxili bazarda qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Belə vəziyyətdə əhalinin aşağı gəlirli təbəqələri daha ciddi problemlərlə üzləşir.

Sədrəddin Soltan hesab edir ki, İran iqtisadiyyatının mövcud vəziyyəti artıq sosial nəticələr də yaradır. Orta təbəqənin zəifləməsi, aşağı gəlirli insanların sayının artması və yoxsulluğun genişlənməsi iqtisadi problemlərin sosial böhrana çevrilməsi riskini artırır.

"İranda inflyasiyanın 50-70 faizdən yuxarı səviyyələrə yüksəlməsi, ərzaq məhsulları üzrə qiymət artımının daha yüksək olması əhalinin yaşayış səviyyəsinə ciddi təsir göstərir. Ölkədə orta təbəqə tədricən zəifləyir, yoxsulluq xəttinin altında yaşayan insanların sayı artır. Bu vəziyyət uzun müddət davam edərsə, iqtisadi böhranın sosial nəticələri daha ağır ola bilər", – deyə o, vurğulayıb.

Ekspert əlavə edib ki, İranın hazırkı iqtisadi sisteminin ayaqda qalmasında Çin, Rusiya və digər tərəfdaşlarla iqtisadi əlaqələrin mühüm rolu var. Tehran məhz bu əlaqələr hesabına sanksiyaların təsirlərini müəyyən qədər yumşaltmağa və xarici ticarətini davam etdirməyə çalışır. Lakin sanksiya təzyiqlərinin genişlənməsi və əsas iqtisadi kanalların məhdudlaşdırılması İranın manevr imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər.

Sədrəddin Soltanın fikrincə, İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq olunarsa, bunun nəticələri yalnız enerji sektorunda deyil, bank sistemi, xarici ticarət, sənaye istehsalı, logistika və əhalinin gündəlik yaşayış səviyyəsində də özünü göstərə bilər.

"İrana qarşı sanksiya və təzyiqlər sərtləşərsə, xüsusilə ölkənin maliyyə və ticarət kanalları daha ciddi şəkildə məhdudlaşdırılarsa, İran iqtisadiyyatının vəziyyəti kəskin şəkildə pisləşə bilər. Bu halda iqtisadi böhran sosial vəziyyətin daha da ağırlaşmasına və ölkənin daxili sabitliyinə ciddi təsir göstərməsinə gətirib çıxara bilər", – deyə ekspert vurğuladı.

Onun sözlərinə görə, ABŞ-da İran siyasəti ilə bağlı fərqli mövqelərin səsləndirilməsi də təbii siyasi prosesdir. Demokratik sistemlərdə hakimiyyətin xarici və daxili siyasətinin tənqid edilməsi normal qəbul olunur. Buna görə də ayrı-ayrı siyasi dairələrin İranla bağlı fərqli mövqelər səsləndirməsi ABŞ-ın İrana qarşı siyasətinin ümumi istiqamətinin iflasa uğraması anlamına gəlmir.

Ekspert hesab edir ki, İranın qarşısında duran əsas məsələ yalnız sanksiyalardan yayınmaq deyil, iqtisadiyyatın struktur problemlərini həll etməkdir. Çünki uzunmüddətli yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi, investisiyaların zəifləməsi, istehsalın azalması və əhalinin gəlirlərinin real olaraq aşağı düşməsi iqtisadiyyatın dayanıqlığını zəiflədir.

Sədrəddin Soltanun fikrincə, İranın nüvə proqramı ilə bağlı gərginliyin artması iqtisadi böhranın daha da dərinləşməsi üçün əlavə risk yaradır. Əgər yeni sanksiyalar əvvəlkilərdən daha geniş miqyasda tətbiq olunarsa, İranın xarici valyuta gəlirlərinə, neft ixracına, bank əməliyyatlarına və beynəlxalq ticarət imkanlarına təzyiq arta bilər.

Bu baxımdan, İranın hazırkı iqtisadi vəziyyəti yalnız daxili idarəetmənin nəticəsi deyil, həm də ölkənin beynəlxalq münasibətlərinin yaratdığı məhdudiyyətlərlə sıx bağlıdır. Sanksiya təzyiqinin daha da güclənməsi isə iqtisadi və sosial problemlərin bir-birini sürətləndirən prosesə çevrilməsi riskini artırır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ