Cümə günü, 06 noyabr 2026
     

Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

Image


ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropada sağ yönümlü media və mühafizəkar dəyərləri müdafiə edən ictimai təşkilatlara maliyyə dəstəyi göstərməyi planlaşdırır. Reuters-in məlumatına görə, Avropa üçün nəzərdə tutulan ən azı 25 milyon dollarlıq maliyyə paketinin 4 milyon dolları sağ yönümlü media layihələrinə yönəldilə bilər.

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu bildirir ki, maliyyələşdirmənin məqsədi transatlantik əlaqələri möhkəmləndirmək və söz azadlığını təşviq etməkdir. Bununla belə, təşəbbüs Avropa ölkələrinin qarşıdakı iki il ərzində keçiriləcək seçkilərə hazırlaşdığı və Tramp administrasiyasının Avropadakı populist sağ və ifrat sağ partiyalara açıq siyasi dəstək verdiyi bir dövrə təsadüf edir.

Məlumata görə, Dövlət Departamenti avqustun 21-də bu maliyyələşdirmə planı barədə Konqresə məlumat verib. Paket çərçivəsində 3 milyon dollar Avropada demokratiyadan geri çəkilmə proseslərinin, kütləvi və qanunsuz miqrasiyanın, müstəqil medianın vəziyyətinin və transmilli qurumların qanunvericilik təşəbbüslərinin araşdırılmasına yönəldiləcək.

Daha 1 milyon dollar isə Avropada milli suverenlik, təbii hüquqlar və dini azadlıq kimi məsələləri işıqlandıran müstəqil jurnalistlər konsorsiumunun yaradılmasına ayrılacaq. Reuters qrantların konkret olaraq hansı təşkilatlara və jurnalistlərə veriləcəyini müəyyənləşdirə bilməyib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu siyasi partiyaları maliyyələşdirmir. Onun sözlərinə görə, Tramp administrasiyası demokratiyanın və insan hüquqlarının müdafiəsinə, o cümlədən Avropada bu prinsiplərin dəstəklənməsinə sadiqdir.

Maliyyələşdirmənin yekun təsdiqinin sentyabrın sonunadək verilməsi gözlənilir. Təşəbbüsün məhz seçkilər ərəfəsində gündəmə gəlməsi isə onun siyasi əhəmiyyətini artırır. Çünki maliyyə birbaşa siyasi partiyalara deyil, media və vətəndaş cəmiyyəti strukturlarına yönəldilsə də, dəstəklənməsi nəzərdə tutulan mövzular Avropadakı siyasi mübarizənin əsas istiqamətləri ilə birbaşa əlaqəlidir. Miqrasiya, milli suverenlik, dini azadlıq və Avropa institutlarının fəaliyyəti hazırda sağ və ifrat sağ qüvvələrin seçki kampaniyalarında ön plana çıxardığı məsələlər sırasındadır.

Bu baxımdan ABŞ-ın addımı Avropanın informasiya və siyasi mühitinə təsir göstərə biləcək yeni mexanizm kimi qiymətləndirilə bilər. Media və jurnalist təşəbbüslərinə maliyyə dəstəyi ictimai gündəmin formalaşmasına, müəyyən mövzuların daha geniş müzakirəyə çıxarılmasına və seçicilərin siyasi baxışlarına dolayı təsir göstərə bilər. Lakin mövcud məlumatlara əsasən, bunu birbaşa Avropa ölkələrində hakimiyyət dəyişikliyinə yönəlmiş plan kimi təqdim etmək üçün kifayət qədər sübut yoxdur.

Hazırda fakt kimi görünən əsas məqam ABŞ administrasiyasının seçkilər ərəfəsində Avropada mühafizəkar və sağ yönümlü mövzuları önə çıxaran media və jurnalist təşəbbüslərinə maliyyə ayırmağı planlaşdırmasıdır. Bunun Avropa siyasətinə real təsirinin miqyası isə vəsaitlərin hansı təşkilatlara veriləcəyindən və həmin layihələrin ictimai rəyə nə dərəcədə təsir göstərə biləcəyindən asılı olacaq.

ABŞ administrasiyasının Avropada sağ yönümlü media və mühafizəkar dəyərləri müdafiə edən təşkilatlara seçkilər ərəfəsində maliyyə ayırması Avropanın siyasi proseslərinə və qarşıdakı seçkilərdə hakimiyyətlərin dəyişməsinə nə dərəcədə təsir göstərə bilər?

Züriyə Qarayeva: "ABŞ-ın ayırdığı 4 milyon dollar Avropadakı siyasi tendensiyaları yaradan deyil, onları sürətləndirən amil ola bilər"

Reallıq dəyişmir: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Züriyə Qarayeva- ÖZƏL

Politoloq Züriyə Qarayeva məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ administrasiyasının Avropada media və vətəndaş cəmiyyəti layihələrinə ayırdığı 4 milyon dollar həcmində maliyyə vəsaitinin qitədə keçiriləcək seçkilərin nəticələrini birbaşa müəyyənləşdirəcək gücdə olduğunu söyləmək doğru olmaz. Lakin bu maliyyələşdirmə müəyyən həssas məsələlərin ictimai müzakirədə daha geniş yer almasına və bununla da siyasi gündəmin formalaşmasına dolayı təsir göstərə bilər.

Ekspertin sözlərinə görə, ayrılan vəsait Avropanın ümumi media bazarının miqyası ilə müqayisədə kifayət qədər məhdud görünür. Buna görə də bu məbləğin ayrı-ayrı ölkələrdə seçici davranışını köklü şəkildə dəyişdirməsi real görünmür. Bununla belə, maliyyənin hansı istiqamətlərə yönəldilməsi onun siyasi təsir imkanlarını artıran amil ola bilər. Xüsusilə miqrasiya, milli suverenlik, dini azadlıq, Avropa İttifaqı institutlarının səlahiyyətləri və milli dövlətlərin qərarvermə imkanları kimi cəmiyyətdə fikir ayrılığı yaradan mövzuların daha intensiv şəkildə gündəmə gətirilməsi sağ və populist siyasi qüvvələrin arqumentlərini gücləndirə bilər.

Züriyə Qarayeva qeyd edib ki, müasir siyasətdə seçki nəticələrinə yalnız birbaşa maliyyə dəstəyi ilə deyil, ictimai gündəmin hansı mövzular ətrafında formalaşması ilə də təsir göstərmək mümkündür. Əgər müəyyən məsələlər uzun müddət media və vətəndaş cəmiyyəti platformalarında müzakirə olunursa, bu, seçicilərin siyasi prioritetlərinə müəyyən təsir göstərə bilər. Xüsusilə seçkilərdə siyasi qüvvələr arasında fərqin çox az olduğu ölkələrdə ictimai rəyin cüzi dəyişməsi belə nəticələrə təsirsiz qalmaya bilər.

Politoloq hesab edir ki, burada maliyyənin birbaşa siyasi partiyalara deyil, media və vətəndaş cəmiyyəti layihələrinə yönəldilməsi də diqqət çəkən məqamdır. Bu, təsirin klassik siyasi maliyyələşdirmədən daha çox informasiya və ictimai rəy üzərindən həyata keçirilməsi ehtimalını artırır. Yəni məqsəd konkret partiyanın maliyyələşdirilməsindən daha çox müəyyən mövzuların ictimai müzakirədə ön plana çıxarılması və seçicilərin həmin məsələlərə münasibətinin formalaşmasına təsir göstərmək ola bilər.

Bununla yanaşı, Avropada sağ və populist qüvvələrin son illərdə güclənməsini yalnız ABŞ-ın maliyyə dəstəyi ilə əlaqələndirmək düzgün olmaz. Bu prosesin arxasında ilk növbədə Avropanın öz daxilində yaranmış sosial, iqtisadi və siyasi problemlər dayanır. Miqrasiya məsələsi, yaşayış xərclərinin artması, iqtisadi artımın zəifləməsi, təhlükəsizliklə bağlı narahatlıqlar, enerji böhranı və ənənəvi siyasi partiyalara inamın azalması seçicilərin siyasi seçimlərinə daha ciddi təsir edən amillərdir.

Ekspertin fikrincə, ABŞ-ın təşəbbüsü bu tendensiyaların əsas səbəbi deyil. Daha çox artıq mövcud olan siyasi meyilləri sürətləndirə, müəyyən mövzuları daha görünən edə və bəzi siyasi qüvvələrin həmin məsələlər üzərindən öz elektoratını səfərbər etməsinə imkan yarada bilər. Buna görə də 4 milyon dollarlıq maliyyənin real təsirini yalnız onun nominal həcmi ilə qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ vəsaitin konkret olaraq hansı layihələrə, hansı ölkələrdə, hansı media və təşkilatlara ayrılması və bu prosesin nə dərəcədə şəffaf olmasıdır.

Digər tərəfdən, belə maliyyələşdirmənin Avropa cəmiyyətlərində əks reaksiya yaratması da mümkündür. Əgər ABŞ-ın maliyyəsi Avropa ölkələrinin daxili siyasi proseslərinə xarici müdaxilə kimi qəbul edilərsə, hökumətlər və siyasi dairələr tərəfindən daha sərt mövqe nümayiş etdirilə bilər. Bu isə xarici maliyyələşməyə nəzarətin gücləndirilməsi, media və QHT-lərin maliyyə mənbələrinin daha ciddi araşdırılması ilə nəticələnə bilər.

Belə bir vəziyyətdə ABŞ-ın dəstəklədiyi layihələrin özünün ictimai etibarlılığı da sual altına düşə bilər. Xüsusilə maliyyə mənbələri və layihələrin məqsədləri kifayət qədər şəffaf təqdim edilməzsə, onların fəaliyyəti siyasi manipulyasiya kimi qiymətləndirilə bilər. Bu səbəbdən maliyyənin siyasi nəticəsi yalnız ayrılan vəsaitin məbləği ilə deyil, onun necə istifadə olunması və Avropa cəmiyyətlərində necə qəbul edilməsi ilə müəyyənləşəcək.

Nəticə etibarilə, ABŞ-ın ayırdığı 4 milyon dollar Avropanın siyasi xəritəsini dəyişdirəcək əsas faktor kimi qiymətləndirilə bilməz. Lakin düzgün istiqamətləndirildiyi halda müəyyən mövzuların ictimai gündəmdə daha çox görünməsinə, populist və sağ qüvvələrin mövqelərinin möhkəmlənməsinə və onsuz da mövcud olan siyasi parçalanmanın daha da dərinləşməsinə təsir göstərə biləcək əlavə amilə çevrilə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ