Almaniya hökuməti Leypsiq Hava Limanındakı PUA hadisəsində Moskvanın iştirakından əmindir. Bu barədə Daxili İşlər Naziri Aleksandr Dobrindt və Xarici İşlər Naziri Yohann Vadeful birgə mətbuat konfransında bildiriblər. Dobrindin sözlərinə görə, 4 avqust hadisəsi "Rusiyanın Avropadakı hibrid əməliyyatlarının formalaşmış modelinə uyğundur". Rusiyanın Almaniyadakı səfirliyi isə bu ittihamları rədd edərək hadisəni tələsik hazırlanmış təxribat adlandırıb. Diplomatlar belə bir vəziyyətin Kiyevə və Ukraynaya davamlı hərbi dəstəyin tərəfdarı olan Avropa siyasətçilərinə fayda verdiyini vurğulayıblar. Beləliklə, 1 sentyabr 2026-cı ildə Almaniya hökuməti rəsmi olaraq hücuma görə Rusiyanı günahlandırıb və bunu Ukraynanın Avropa müttəfiqlərinə qarşı daha geniş hibrid müharibənin bir hissəsi adlandırıb.
SAMİRƏ