Cümə günü, 06 noyabr 2026
     

Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin strateji tərəfdaşlarını sadalayarkən Rusiyadan bəhs etməyi dayandırıb. Eyni zamanda, o, İrəvanın müstəqilliyini qorumaq üçün fərqli geosiyasi ağırlıq mərkəzlərinə ehtiyacı olduğunu düşünür.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)+ sammitində çıxış edən Paşinyan hər kəsi təşkilatın 25 illik yubileyi münasibətilə təbrik etdi. O qeyd etdi ki, tədbirin əsas mövzusunun ədalətli dünya nizamının qurulması olması təsadüfi deyil. Hökumət başçısı hesab edir ki, ümumilikdə çoxqütblü dünyanın və xüsusilə ölkələrin çoxvektorlu siyasətinin gücləndirilməsi bu gün çox vacibdir: “Beynəlxalq ictimaiyyətdə dünyanın çoxqütblü olması lazım olduğu dərin bir anlayış var. Ermənistan kimi kiçik bir dövlət onun yaranmasına necə töhfə verə bilər? Biz bu suala praktik cavab təklif edirik, mahiyyət etibarilə çoxvektorlu xarici siyasət yürüdürük... Bir geosiyasi qütbün təsiri müstəqilliyimizi sarsıda biləcək qədər güclü olduqda, suverenliyə və müstəqilliyə aparan çətin yolda tarazlığı qorumaq üçün kifayət qədər cazibə qüvvəsinə malik olan digər qütblə münasibətlərimizi gücləndiririk”. Onun sözlərinə görə, bu strategiyanın bir hissəsi olaraq İrəvan qonşu İran və Gürcüstanla dostluq münasibətlərini dərinləşdirir, eyni zamanda Türkiyə və Azərbaycanla əlaqələr qurur. Bu baxımdan, Paşinyan, adət etdiyi kimi, ABŞ prezidenti Donald Trampın İrəvan və Bakı arasında bərqərar olan sülhə verdiyi töhfəni qeyd edib: “Hazırda Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrimizi açmaq üçün çalışırıq, o cümlədən yaxın aylarda istifadəyə verilməsi planlaşdırılan “Tramp Yolu”nun həyata keçirilməsi yolu ilə. Bu, təkcə Şərqdən Qərbə, yəni Xəzər dənizindən Aralıq dənizinə qədər deyil, həm də Cənubdan Şimala Fars körfəzini Qara dənizlə birləşdirən yeni nəqliyyat imkanları açacaq. Buna görə də, regiondakı bütün ölkələr layihədən faydalanacaq”. Ermənistan lideri həmçinin qeyd edib ki, son bir neçə ildə ölkəsi Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Niderland, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya, Litva və Avropa İttifaqı ilə strateji münasibətlər qurub: "Hindistan və İranla münasibətlərimiz mahiyyət etibarilə strateji xarakter daşıyır və hazırda bu münasibətlərin rəsmiləşdirilməsi üzərində işləyirik".

Bundan əlavə, Paşinyan Moskvanı İrəvanın strateji tərəfdaşı adlandırmaqdan çəkindi, baxmayaraq ki, bu status Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) səviyyəsində, eləcə də ikitərəfli müqavilələrdə təsbit olunub. Qeyd edək ki, bu, Ermənistanın 2031-ci ilə qədər inkişaf proqramında da qeyd edilməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu hadisə ilə bağlı şərh verib: "Biz inanmağa davam edirik ki, ölkəmiz üçün tərəfdaşlıq hər iki xalqa fayda gətirir və hər iki xalqın maraqlarına xidmət edir." O, həmçinin bildirib ki, Putin Paşinyanla danışıqları zamanı Ermənistanın Avropaya inteqrasiyası və Avrasiya İqtisadi Birliyinə üzvlüyü mövzusunu qaldırıb. Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da vəziyyətin gərginləşməməsinə çağırıb: “Bizi müttəfiq edən müqavilələrimiz var və bu, sadəcə strateji tərəfdaşlardan daha çox şeydir. Biz eyni iqtisadi inteqrasiya məkanının - AİB-nin bir hissəsiyik. Biz MDB-nin üzvləriyik. Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və onun yenidən bərpa olunma perspektivini görmür, lakin bizi müdafiə sektorunda da müttəfiq edən ikitərəfli müqavilələrimiz və öhdəliklərimiz var. Buna görə də, panikaya və süni hekayələr yaratmağa ehtiyac yoxdur”. Bununla belə, o, ölkələr arasında münasibətlərdə müəyyən problemlərin, o cümlədən müəyyən Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlərin olduğunu etiraf edir: "Bu, münasibətlərimizin yaxşılaşdırılmasına və qarşılıqlı hörmət yoluna qaytarılmasına ehtiyac olduğunu göstərir. Biz inanırıq ki, rusiyalı tərəfdaşlarımız öz qərarlarımızı vermək hüququmuzdan daha çox xəbərdar olmalıdırlar. Rusiyalı həmkarlarımız Ermənistan məhsullarının Rusiyaya ixracını dayandırmaqda səhv etdilər. Biz AİB-in üzvüyük və bütün hüquq və öhdəliklərə sahibik. Ermənistan öz öhdəliklərini mükəmməl şəkildə yerinə yetirib". Rusiya prezidenti Vladimir Putin Bişkekdəki ŞƏT sammitində Nikol Paşinyanla görüşərkən deyib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəməsi onun tam haqqıdır, amma bu addım ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olması səbəbindən müəyyən çətinliklər yaradır. Putin bildirib ki, Rusiya Ermənistanla gələcək münasibətlərini necə quracağını dəqiqləşdirməlidir. O, Ermənistanı Aİ ilə AİB arasında seçim etmək üçün tezliklə referendum keçirməyə çağırıb: "Xalqın hər zaman seçimi olmalıdır. Elə isə bu seçimi edin və mövzunu bağlayaq. Vəssalam. Ən sadəsi insanlara müraciət edib soruşmaqdır: "Siz nə istəyirsiniz? Belə, yoxsa belə?". Putinin sözlərinə görə, Ermənistanın başqa bir birliyə qoşulmaq üçün qanun qəbul etməsi elə indiki təşkilatdan çıxması deməkdir. O, Ermənistan parlamentinin Aİ-yə qoşulmaq üçün ilyarım əvvəl qəbul etdiyi qanunu xatırladıb: "Başqa bir iqtisadi birliyə qoşulma prosesini başladan qanunun qəbulu mahiyyətcə bizim təşkilatdan çıxmaq barədə rəsmi bəyanat deməkdir. Çünki həm orada, həm də burada yer almaq bir-biri ilə uzlaşmır. Əsas çətinlik də məhz bundadır". Paşinyan cavabında vurğulayıb ki, Ermənistan Avropa İttifaqına üzvlük haqqında qanunu qəbul etməklə Avrasiya İqtisadi Birliyi qarşısındakı heç bir öhdəliyini pozmayıb: "Sözügedən qurumda hər hansı üzv dövləti təşkilatdan kənarlaşdırmağa imkan verən hüquqi mexanizm yoxdur. İttifaqdan çıxmaq istəyən ölkə isə bu barədə tərəfdaşlarını altı ay əvvəl məlumatlandırmalıdır. Biz mövcud vəziyyətə məhz bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Hazırda tərəfdaşlarımıza heç bir rəsmi bildiriş göndərməmişik, bu faktı əsas götürmək lazımdır". O, Aİ referendumundan imtina etmələrini belə əsaslandırıb: "Bu məsələ hələ xalqın müzakirəsinə çıxarılacaq səviyyəyə qədər yetişməyib. Biz bu qanunu həm referendum keçirməmək, həm də əlimizdə başqa bir alternativ olsun deyə qəbul etdik". Paşinyan əlavə edib ki, alternativlər axtarmaq Ermənistanın haqqıdır və bu, İrəvanın AİB-dən narazı olması anlamına gəlmir: "İndiki dünyada bir dövlətin fərqli seçimlərinin olması tam qanunidir. Bu proses Rusiyaya və ya AİB-ə qarşı deyil".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ