Almaniyanın Rusiyaya qarşı yeni hərəkətləri və Leypsiq hava limanında baş verən dron hadisəsindən sonra Berlinlə Moskva arasında gərginlik daha da artırıb. Almaniya hava limanına hücumda Rusiya kəşfiyyatını günahlandırıb və Rusiyanın diplomatik və mədəni qurumlarını bağlamaq qərarına gəlib.
Qərara səbəb olan Leypsiq hava limanına dron hücumu ötən ay baş verib. Almaniya rəsmi olaraq hücumun arxasında Rusiya kəşfiyyat xidmətinin (QRU) olduğunu bildirib: "Ukrayna yük təyyarələrinin yaxınlığında Semtex və PETN partlayıcı maddələri və atəş mexanizmi ilə təchiz olunmuş dörd rotorlu pilotsuz uçuş aparatı aşkar edilib - atəş mexanizmləri nasaz olub".
DNT və istehsal qalıqları əvvəlki QRU əməliyyatları ilə əlaqələndirilir. Məhz bundan sonra Rusiyanın Berlindəki səfiri XİN-ə çağırılıb, Bonndakı Rusiya konsulluğu və Berlindəki Rus Mədəniyyət Mərkəzi bağlanıb, Rusiya vətəndaşları üçün giriş nəzarəti gücləndirilib".
"Rusiya onsuz da gərgin olan ikitərəfli münasibətlərimizə daha çox və əhəmiyyətli ölçüdə zərər vurmaq qərarına gəlib" - deyə xarici işlər naziri Vadeful bildirib.
Rusiya lideri Putin isə ittihamlarla bağlı Almaniyadan sübut istəyib: "Almaniyada pilotsuz təyyarə hücumu həyata keçirdiyimizə dair dəlillər haradadır? Uydurma dəlillər təqdim edirlər".
Tahir TAĞIYEV