ABŞ-ın İrana son hücumlarından sonra regional gərginlik yenidən artdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp diqqət çəkən bir açıqlama verib.
Sosial mediada paylaşdığı mesajda Tramp saxta xəbərlər yaymaqda ittiham etdiyi ABC-nin xəbərinə zidd olaraq, İranı danışıqlar masasına geri qaytarmağa çalışmadığını deyib.
Tramp İranın dəyərsiz hesab etdiyi bir müqaviləni imzalayıb-imzalamamasının onun üçün əhəmiyyətsiz olduğunu bildirib: "Hörmüz boğazının demək olar ki, tamamilə nəzarətimiz altında olduğu və İran iqtisadiyyatının tamamilə çökdüyü hazırkı vəziyyəti daha çox sevirəm".
İranın qaçılmaz sona doğru irəlilədiyini iddia edən Tramp İran xalqını növbəti dəfə Tehran rejiminə qarşı üsyana çağırıb: "İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?".
Tahir TAĞIYEV