çərşənbə günü, 02 sentyabr 2026
     

72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

Image


Musa Quliyev: “...Bu çox ciddi bir stimul olacaq”

Aydın Hüseynov: “Bu qərar rəqəmlərlə ifadə olunan əməkhaqqı artımından daha geniş məna daşıyır”

Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Bu tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addımdır.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.

Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında bildirib ki, islahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir. Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1550 manatdan 2200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2100 manatdan 3000 manata çatdırılacaq”, - deyə o vurğulayıb.

Anar Bayramov deyib ki, islahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq:”Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".

Bu 72 mindən çox tibb işçisinin həyatına təsir göstərəcək. Bundan sonra onların həyatı, sosial rifahı necə olacaq?

Millət vəkili Musa Quliyev baki-xeber.com-a bildirdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin tapşırığı əsasında tibb işçilərinin maaşının artırılması olduqca əlamətdar bir hadisədir. “Tibb sahəsində çalışan 72 mindən çox şəxsin əməkhaqqı yüksələcək, özü də kifayət qədər böyük artım nəzərdə tutulur. Eyni zamanda bu təkcə mexaniki bir artım deyil, tibb işçilərinin əməyinin stimullaşdırılması, onların əməyinə differensial yanaşma və regionlarda kadr çatışmazlığını aradan qaldırılması üçün mühüm bir stimul olacaq. Əlbəttə, tibb işçilərinə olan qayğı bütövlükdə vətəndaşa olan qayğının tərkib hissəsidir və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Necə deyərlər, hər şeyi kadrlar həll edir. Kadrların əməyinə differensial yanaşılması, onların sertifikasiyası, kvalifikasiyası, peşə vərdişləri, bacarıqları, eyni zamanda təcrübələri, bilikləri və onları əyani şəkildə tətbiq etmək bacarıqları differensial şəkildə qiymətləndirilir. Bu da doğru bir yanaşmadır”.

M.Quliyev hesab edir ki, bundan sonra dövrü olaraq orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq tibb işçilərinin də əməkhaqqının artırılması nəzərdə tutulacaq. “Əlbəttə, tibb işçilərinin əməkhaqqlarının yüksəldilməsi hazırda TƏBİB sektorunda bir sıra çətinliklərin aradan qaldırılmasına səbəb ola biləcək, dövlət sektorundan özəl sektora, eyni zamanda regionlardan mərkəzə kadr axının qarşısı alınacaq, bu çox ciddi bir stimul olacaq. Amma bununla yanaşı şübhəsiz ki, digər addımlar da atılacaq, TƏBİB-də ciddi islahatlar, yenilənmələr gedir. Yəqin ki, yaxın vaxtlarda səhiyyə xidmətinin daha yüksəldilməsi üçün növbəti addımların atılmasının da şahidi olacağıq. Burada ilk növbədə ilkin səhiyyə xidmətinin yüksəldilməsi və əlçatanlığın yaxşılaşdırılması, özəl sektorla dövlət sektoru arasında münasibətlərin düzgün tənzimlənməsi, diaqnostika, müalicə məsələlərində tibbi protokolların daha geniş şəkildə tətbiq olunması, dərman təchizatının, o cümlədən tibb sığorta əsasında verilən dərman təchizatının daha yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi işlərini də görəcəyik”.

M.Quliyev bildirdi ki, bütövlükdə götürdükdə bu gün icbari tibbi sığorta sahəsində aparılan islahatlar gələcək üçün çox əsaslı bünövrə qoymuş olur və Azərbaycan səhiyyəsinin daha da inkişafına öz töhfəsini verəcək.

Millət vəkili Aydın Hüseynov da baki-xeber.com-a açıqlamasında bunu tibb işçilərinin rifahına yönələn mühüm addım kimi dəyərləndirdi.

A.Hüseynov bildirdi ki, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. “TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edir.

Bu qərar rəqəmlərlə ifadə olunan əməkhaqqı artımından daha geniş məna daşıyır. Səhiyyə sisteminin əsas dayaqlarından biri olan tibb işçilərinin əməyinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilə bilər. Həkimdən tibb bacısına, feldşerdən digər orta və kiçik tibb heyətinə qədər minlərlə əməkdaşın sosial təminatının gücləndirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinə də birbaşa təsir edən amillərdəndir”.

A.Hüseynov vurğuladı ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm xəttini vətəndaşların gəlirlərinin artırılması, əməkhaqlarının və sosial ödənişlərin yüksəldilməsi, həssas qrupların müdafiəsinin gücləndirilməsi təşkil edir. Son illərdə müxtəlif sahələrdə çalışan insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.

Tibb işçilərinin üzərinə düşən məsuliyyət xüsusilə son illərdə daha da artıb. İnsan sağlamlığı və həyatı ilə bağlı qərarların verildiyi bir sahədə çalışanların əməyinin layiqli şəkildə qiymətləndirilməsi həm sosial ədalət, həm də səhiyyə sisteminin dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Əməkhaqlarının artırılması səhiyyə əməkdaşlarının motivasiyasının yüksəldilməsi, kadr potensialının qorunması və peşəyə marağın artırılması baxımından da əhəmiyyətli addımdır. Maddi təminatın yaxşılaşdırılması tibb işçilərinin peşə fəaliyyətinə daha yüksək motivasiya ilə yanaşmasına, səhiyyə müəssisələrində kadr sabitliyinin təmin olunmasına müsbət təsir göstərə bilər.

72 mindən çox tibb işçisini əhatə edən yeni qaydaların sentyabrın 1-dən tətbiq olunması səhiyyə sahəsində çalışan insanların sosial rifahına göstərilən diqqətin növbəti nümunəsidir. Səhiyyənin inkişafı müasir infrastrukturun, qabaqcıl tibbi texnologiyaların və keyfiyyətli xidmətlərin formalaşdırılması ilə yanaşı, bu sistemi yaşadan insanların əməyinin layiqincə qiymətləndirilməsindən də keçir”-deyə A.Hüseynov qeyd etdi.

Millət vəkili bildirdi ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyə sisteminin gələcəyinə qoyulan sərmayədir. “Çünki vətəndaşın sağlamlığının keşiyində dayanan həkimin, tibb bacısının və digər səhiyyə əməkdaşlarının rifahı yüksəldikcə, onların göstərdiyi xidmətin keyfiyyətinə və bütövlükdə səhiyyə sisteminə inamın möhkəmlənməsi üçün də daha əlverişli zəmin yaranır”-deyə A.Hüseynov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

02.09.2026 / 15:56
Rusiya Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel göndərəcək

02.09.2026 / 15:48
ABŞ və Rusiyanın maliyyə nazirləri Aşvildə Ukrayna sazişinin mətnini müzakirə etdilər...

02.09.2026 / 15:26
Zəngəzur dəhlizində dəmiryolundan əvvəl elektrik xətti çəkilə bilər...

02.09.2026 / 15:13
Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq

02.09.2026 / 15:08
ABŞ baş kəşfiyyatçısının məxfi Moskva səfərinin yeni şifrələri açılır...

02.09.2026 / 14:53
İlham Əliyev BMT TŞ qətnamələrinin icrasını Şanxay formatında gündəmə gətirdi...

02.09.2026 / 14:28
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - FOTO

02.09.2026 / 14:04
Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

02.09.2026 / 13:55
Mərmərə dənizində 2 yük gəmisi toqquşdu - biri 11 dəqiqə ərzində sulara gömüldü...

02.09.2026 / 13:49
Prezident İlham Əliyev Çinin Baş prokurorunu qəbul etdi - FOTO

02.09.2026 / 13:37
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

02.09.2026 / 13:28
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi

02.09.2026 / 13:14
"Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir"

02.09.2026 / 13:10
İran Küveyt, İraq, İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu…

02.09.2026 / 12:38
Bakıda Borçalı aşıqlarının konserti olacaq

02.09.2026 / 12:37
Zelenski Rusiyaya qarşı böyük əməliyyatı elan etdi - Rusiyanın hava məkanı təhlükəli elan olundu, mülki aviaşirkətlərə xəbərdarlıq edildi…

02.09.2026 / 12:23
"Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək" - TƏBİB

02.09.2026 / 12:14
ABŞ-ın İranda toy mərasimini bombalaması nəticəsində ölənlərin sayı 68-ə çatdı…

02.09.2026 / 12:02
İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər – Ali Məhkəmə açıqladı

02.09.2026 / 11:50
Həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

02.09.2026 / 11:36
"Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir" - Prezident

02.09.2026 / 11:35
Prezident İlham Əliyev: "2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub"

02.09.2026 / 11:33
"Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır" - Prezident

02.09.2026 / 11:31
Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırılır

02.09.2026 / 11:29
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət etdi

02.09.2026 / 11:20
"Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır" - Prezident

02.09.2026 / 11:15
Prezident İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

02.09.2026 / 11:11
Goranboyda sursat anbarında yanğınla bağlı iki kəndin təxliyəsi başladı

02.09.2026 / 11:03
Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından 11 ədəd patron çıxdı...

02.09.2026 / 10:49
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlandı

02.09.2026 / 10:35
Putin Ermənistanın məsələsini müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət etdi...

02.09.2026 / 10:26
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

02.09.2026 / 10:20
Almaniya Rusiyanı dron hücumunda ittiham etdi, Putin cavab verdi - dəlillər haradadır?

02.09.2026 / 10:02
Tramp İran xalqını Tehrana qarşı üsyana çağırdı – “nə vaxt ayağa qalxacaqlar”…

02.09.2026 / 09:43
Azərbaycan nefti bahalaşdı...

02.09.2026 / 09:14
ABŞ İranda toy məclisini bombaladı - ən azı dörd ölü, 50 yaralı var…

02.09.2026 / 08:52
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub…

01.09.2026 / 22:31
ABŞ-la anlaşıb Maduronu devirdi, Trampla Venesuela neftini bölüşdürdü - sirli milyarderin kimliyi üzə çıxdı... ŞOK DETALLAR…

01.09.2026 / 22:05
ABŞ-dan Rusiyaya xəbərdarlıq - Ukrayna müharibəsi bitənə qədər təzyiq azalmayacaq …

01.09.2026 / 21:50
Prezidentin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

01.09.2026 / 21:43
Avropanın ədalətsizliyinə öldürücü sübut - eyni problem üçün Azərbaycana 24 milyon, Ukraynaya 8 milyard...

01.09.2026 / 21:26
Bişkek görüşü Zəngəzur dəhlizi proseslərində dönüş yarada bilər...

01.09.2026 / 21:10
İstehlak kreditləri də, problemli kreditlər də durmadan artır... 2015-ci il təcrübəsi yada düşür...

01.09.2026 / 20:56
Modi Putini qətiyyətlə müharibəyə son qoymağa çağırdı – “Bu gün müharibə vaxtı deyil”...

01.09.2026 / 20:42
Berlin Rusiyanı Leypsiq Hava Limanına PUA hücumunda rəsmən ittiham etdi

01.09.2026 / 20:35
Mirzoyan Zaxarova barədə: “Məndən bu qadının sözlərinə şərh verməyi xahiş etməyin"…

01.09.2026 / 20:25
İran ABŞ və İsraillə müharibədə ballistik raketlərdən istifadə edib - USA TODAY

01.09.2026 / 19:50
Ev telefonlarından imtinalar kütləviləşir-sabit şəbəkəni saxlamağa dəyərmi?...

01.09.2026 / 19:33
Zelenski Trampın nümayəndələrilə görüşdən sonra bu mesajı verdi - Sentyabrda çox şey dəyişə bilər…

01.09.2026 / 19:18
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı FOTO

01.09.2026 / 19:10
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının cavabını verdi...

01.09.2026 / 18:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Narendra Modi ilə görüşünə dair paylaşım edilib - FOTO

01.09.2026 / 18:10
Pezeşkian Putinlə görüşdə İran-ABŞ müharibəsi ilə bağlı əmin danışdı - qalib gələcəyik…

01.09.2026 / 17:56
Yasamalda bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlandı - DİN və Baş Prokurorluğa müraciət edildi

01.09.2026 / 17:53
“Mazımqara” postunda bəyan edilməyən 232 min manatlıq mal aşkarlandı

01.09.2026 / 17:47
Putin həbsdəki keçmiş prezidentə məktubla ürək-dirək verdi... “Sınaqlara dözümlü ol”...

01.09.2026 / 17:35
“Sea Breeze”də çimərlik polosu üzrə beynəlxalq turnir keçiriləcək

01.09.2026 / 17:29
Qadın təhlükəsizliyi və rifaha görə gürcülərdən və ermənilərdən geridəyik? - ABŞ Universitetindən şübhəli reytinq...

01.09.2026 / 17:14
Seuta anklavında İspaniyaya qarşı qanunsuz köçkün oyunundan Netanyahunun barmağı çıxdı...

01.09.2026 / 16:40
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ