Cümə günü, 06 noyabr 2026
     

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

Image


Elnur Kəlbizadə: “Burada təbii ki, kütləvi şəkildə erməni dilinin tədrisindən söhbət getmir”

Akif Nağı: “Erməni dilini öyrənməyə geniş şəkildə ehtiyac yoxdur”

Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris olunacaq. BSU-nun m’tbuat katibi Səbinə Hüseynzadənin sözlərinə görə, bu qərar universitetin akademik şurası tərəfindən qəbul edilib.

BSU sözçüsü deyib ki, universitet gələcək illərdə də erməni dilinin tədrisinə davam etməyi planlaşdırır.

Lakin hələlik konkret başlama tarixləri açıqlanmayıb. Daha əvvəl universitetin rektoru Anar Nağıyev erməni dilinin tədrisinə 2026/2027-ci tədris ilində başlanılması planlaşdırıldığını bildirmişdi.

BSU-da erməni dilinin tədrisinə nə ehtiyac var?

Azərbaycan ali məktəblərində erməni dilinin tədrisinə yanaşmalar fərqlidir. Bir qisim ekspertlər bunu lazımsız sayırlar və hesab edirlər ki, buna heç bir ehtiyac yoxdur.

Bir qisim ekspertlərin fikrincə isə erməni dilinin tədrisi ölkənin təhlükəsizliyi, milli maraqları və peşəkar kadr hazırlığı baxımından vacibdir.

Güc strukturları və xüsusi təyinatlı qurumlar üçün rəqib tərəfin informasiya mənbələrini birbaşa izləyən mütəxəssislərə ehtiyac var. Gələcək diplomatlar, politoloqlar və tədqiqatçılar erməni dilini bilməklə benəlxalq müstəvidə və media platformalarında operativ iş apara bilərlər.

Ekspertlər hesab edirlər ki, tariximizə və bölgəyə dair ilkin mənbələri birbaşa oxuyub təhlil etmək üçün bu dilə bələd olan kadrlara ehtiyac duyulur.

Erməni KİV-lərinin və sosial şəbəkələrinin izlənilməsi, həmçinin peşəkar tərcümə işinin təşkili zəruridir.

Qeyd edək ki, Azərbaycandakı bəzi ali təhsil müəssisələrində, o cümlədən Bakı Slavyan Universitetində bu istiqamətdə kadr hazırlığı və xüsusi dərslər həyata keçirilir.

Qafqazşünas alim, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə baki-xeber.com-a bildirdi ki, ölkəmizin ali təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində indiyə qədər erməni dilinin tədrisi həyata keçirilib. “Ərazilərimizin Ermənistanın işğalından azad edilməsinə qədərki dövrdə bu xüsusi strateji əhəmiyyət daşıyırdı. Müharibə bitib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Qafqaz, o cümlədən bu regiondakı dövlətlərarası münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Bizə qonşuluqda yerləşən digər ölkələrin dillərini bilən mütəxəssislər qədər erməni dilini bilən mütəxəssislər də lazımdır. Burada təbii ki, kütləvi şəkildə erməni dilinin tədrisindən söhbət getmir. Müəyyən ixtisaslarda təhsil alan mütəxəssislərə erməni dilinin öyrədilməsindən söhbət gedir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə tarixi Qərbi Azərbaycan torpaqlarından vaxtilə deportasiya olunmuş yüzminlərlə soydaşlarımız vardır. Münasibətlərin normallaşması ilə yanaşı həm də həmin soydaşlarımızla bağlı Qayıdış konsepsiyasının reallaşdırılması, onların pozulmuş mülkiyyət və digər hüquqlarının bərpası məsələləri ortaya çıxacaqdır. Bunlar məhkəmə predmetinə çevriləcəkdir. Onların hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı sənədlərlə tanışlıq da dil bilgiləri tələb edəcəkdir”.

E.Kəlbizadənin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Qərbi Azərbaycana qayıdış məsələsi reallaşdiqdan sonra soydaşlarımızın həm də onların vətənlərində qurulmuş Ermənistan dövlətinin idarəçiliyində iştirak hüququ təmin edilməlidir. “Bunun üçün də Azərbaycan dili ilə yanaşı erməni dilini də yaxşı bilən mütəxəssislərə ehtiyac yaranacaqdır. Ümumilikdə Ermənistanda gedən siyasi, sosial, iqtisadi proseslərin başa düşülməsi üçün bu dili bilən mütəxəssislər olmalıdır.

BSU-da dilin müəyyən ixtisaslarda tədrisinə gəlincə bu kifayət qədər strateji təşəbbüsdür. Universitet dillərin öyrənilmə mərkəzi kimi kifayət qədər uğurlara imza atmışdır. Bildiyim qədər, Universitetdə Balkan, Şərqi Avropa dilləri ilə yanaşı, bir sıra ixtisaslarda türk və özbək dilləri tədris edilir. Regionşünaslıq ixtisasları üzrə öyrənənlərə təklif etdiyi proqramlara daxil edilmiş fənnlər kifayət qədər yaxşı səviyyədə müəyyənləşdirilib, formal xarakter daşımır, milli məqsədlərə xidmət edir. Bu təşəbbüsün də uğurlu olacağına inanır və keçmiş həmkarlarıma uğurlar arzulayıram”-deyə Elnur Kəlbizadə bildirdi.

Azad Vətən Partiyasının sədri Akif Nağının fikrincə, bu məsələyə bir mənalıq yanaşmaq çətindir. “Bu məsələnin əsasən iki tərəfi var. Bir tərəfdən, Ermənistan Azərbaycana qarşı daim təcavüz, təxribat hərəkətləri ilə çıxış edirdi. Bu günlərdə də ermənilərin Azərbaycana qarşı müxtəlif müstəvlərdə təxribatları davam edir, yanlış təbliğat aparırlar, tariximizi saxdalaşdırırlar, öz tarixlərini saxta tezlər əsasında yazırlar. Onların tarixlərində Azərbaycan demək olar ki, yer ayırmırlar və yaxud da ayada-sırada təhrif olunmuş şəkildə yer ayırırlar. Azərbaycan tarixində demək olar ki, sahib çıxırlar. Yəni bu baxımdan ermənin dilinin, ermənin ədəbiyyatının, tarixinin, filologiyasının, coğrafiyasının öyrənilməsi

Lazımdır. Bu gərəklidir ki, onların öz dilində çap etdikləri materiallar öyrənilsin və onların saxtakarlıqları ifşa olunsun. Bu məsələnin bir tərəfidir. Yəni, bu istiqamətdə Türkiyədə çalışır. Bildiyimə görə, Gürcistanda da bu istiqamətdə işlər gedir. Məsələn, Türkiyədə, bəzi universitetlərdə ermənişünaslıq kafedraları da var. Bu kafedralarda dili və ermənilərin tarixini də öyrənirlər. Belə bir proses var. Yəni tarix deyəndə, bunların tarixi demək olar ki, yoxdur. Olmayan tarixlərini, yaxud saxta tarixlərini öyrənin saxtakarlıqlarını sübut etməyə çalışırlar.

Bu məsələnin bir tərəfi. Digər tərəfi isə bizim tələbələrə Slavyan Universitetində, Bakı Dövlət Universitetində də erməni dili tədris olunur. Buna zaman-zaman ehtiyac da olur. Xüsusilə, II Qarabağ müharibəsinin gedişində müxtəlif məqsədlər üçün erməni dilini bilən mütəxəssislərə ehtiyac var idi. Eyni zamanda Bakı Dövət Universitetində erməni dilini öyrənilməsi həm də erməni tarixinin saxtalığını tədqiq edib öyrənmək üçündür. Bakı Dövət Universitetində bu istiqamət var. İndi Slavyan Universitetində bu fəninin keçilməsi bilmirəm, nə dərəcədə uyğundur. Yəni, bu Slaviyan universitetidir. Orada Slavyan xalqlarının tarixi, dili öyrənilir. Orada slaviyanlarla bağlı fənnlər mövcuddur.

Erməni dilinin tədrisinin bu ali məktəbdə həyata keçirilməsinin məqsədi nədən ibarətdir? Yəni ermənilər slavyan xalqlarına aid deyil ki, bu universitetdə erməni dili öyrənilsin. Bu ümumiyyətlə, Slavyan Universitetinin xarakterinə uyğun gəlmir.

Bilmirəm, ola bilsin bu fənni ora salanların bir məntiqi var, amma mən orada bir məntiq görmürəm. Ən azından tutaq ki, erməni dili öyrəniləcəksə onu Azərbaycan Dillət Universitetinə salamaq olardı. Ona görə də, bu müəyyən məyyən universitetlərə genişlənəcəksə, mən onun əleyhinəyəm. Erməni dilini öyrənməyə geniş şəkildə ehtiyac yoxdur. Azərbaycan universitetlərinin tələbələri hansısa formada erməni dilini öyrənmək məcburiyyətində qalsınlar. Məncə, ona ehtiyac yoxdur. Amma xüsusi ixtisaslaşmış universitetlərdə, xüsusi təyinatlı alim məktəblərdə, Azərbaycanın hüquq mühafizə, xüsus xidmət orqanlarına aid olan təhsil müəssisələrində bu dilin öyrənilməsi lazımdır.

Yenə də deyirəm ki, erməni tarixinin və dilinin Bakı Dövrət Universitetində öyrənilməsi mümkündür.

Azərbaycan Dillər Universitetində də bunun öyrənilməsi fikrimcə, məntiqə yaxında. Amma başqa universitetlərdə keçilməsi elə bir ciddi ehtiyac yoxdur”-deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ