ABŞ dövlət katibi Marko Rubio bu yaxınlarda bir neçə xarici həmkarına ABŞ-ın hazırda İrana yeni zərbələr endirmək planının olmadığını bildirib. Bu barədə ABŞ rəsmisi və məsələ ilə tanış olan ikinci mənbə “Axios”a bildirib.
O, bunun əvəzinə, diqqətin bu həftə elan edilən sanksiyalar təşəbbüsü də daxil olmaqla, digər təzyiq vasitələrinə yönəldiyini bildirib.
ABŞ rəsmisi qeyd edib ki, Rubio ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək planının olmadığını açıq şəkildə bildirsə də, İran ilk zərbəni endirəcəyi təqdirdə əks zərbələrin endiriləcəyini istisna etməyib.
Hazırda İrana qarşı hərbi əməliyyatlardan yayınmaq üçün cəhdlər edilir.
ABŞ-ın ikinci rəsmisi bildirib ki, siyasətin ən azı ara seçkilərdən (3 noyabr 2026-cı il tarixinə planlaşdırılan – red.) sonraya qədər qüvvədə qalması gözlənilir, bundan sonra yeni hərbi kampaniya ehtimalı yenidən nəzərdən keçirilə bilər.
"Hazırda İranla danışıqlar aparmırıq. Onlara təzyiq göstəririk. Bu təzyiq iranlıları danışıqlar masasına qayıtmağa məcbur edə bilər", - deyə amerikalı rəsmi bildirib.
Tahir TAĞIYEV