Qərb məlumatlı mənbələrə istinadən yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff bu həftə Rusiyaya elan edilməmiş səfəri zamanı Moskvanı "NATO ölkələrinə", xüsusən də Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvaya hücumun yolverilməzliyi barədə xəbərdarlıq edib.
“The Wall Street Journal” qəzeti əvvəllər ABŞ kəşfiyyat orqanlarına istinadən xəbər vermişdi ki, prezident Vladimir Putin bu dəfə NATO üzvü olan ölkəyə qarşı yeni bir hücumla “alyansın gücünü sınamağa” əl ata bilər.
BBC-nin məlumatına görə, Ratkliffin Moskvaya səfəri əvvəlcədən elan edilməyib və nə Vaşinqton, nə də Moskva tərəfindən onun gündəliyi və ya nəticələri barədə məlumat verməyib. Kremlin sözçüsü sadəcə Putinin Ratklifflə görüşmədiyini və MKİ direktorunun "kəşfiyyat orqanları ilə əlaqə" üçün Rusiyada olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp Ratkliffin səfərini "yarımadi" adlandırıb.
2021-ci ilin noyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Kremli Ukraynaya müdaxilə etməmək barədə xəbərdar etmək üçün Moskvaya səfər edib. Lakin bu xəbərdarlıqdan üç ay sonra Rusiya qoşunları sərhədi keçib.
Rusiya son həftələrdə Ukraynanı dəstəkləyən NATO ölkələrinə qarşı bir sıra təhdidlər irəli sürüb və bu da Moskvanın daha da aqressiv hibrid müharibə tədbirlərinə və ya NATO müttəfiqlərinə qarşı məhdud hərbi əməliyyatlara əl ata biləcəyi ilə bağlı narahatlıqlar yaradıb.
Məsələ ilə tanış olan mənbə bildirib ki, Ratkliffin səfəri əsasən Rusiyanı Baltikyanı ölkələrə qarşı hər hansı bir eskalasiya hərəkətinə qarşı xəbərdar etmək olub.
Tahir TAĞIYEV