Azərbaycanın eks mədəniyyət naziri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşidin sosial şəbəkə səhifəsində paylaşdığı ironik status isə daha çox oxucu rəyi ilə qarşılanıb: “Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyinə söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”
Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi mövqedə olub. (bakupost.az)