Cümə günü, 06 noyabr 2026
     

Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

Image


Ali Məhkəmənin vətəndaşlar üçün hazırladığı hüquqi izahda bildirilib ki, Azərbaycan qanunvericiliyinə görə, fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil. Borc verən müqavilədə müəyyən edilmiş faizləri almaq hüququna malikdir.

Lakin şəxs müxtəlif insanlara davamlı və gəlir əldə etmək məqsədilə faizlə borc verirsə, bu artıq adi borc münasibəti deyil, kredit fəaliyyəti kimi qiymətləndirilə bilər. Belə fəaliyyət yalnız qanunla buna hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər. Əks halda bu, qanunsuz sahibkarlıq kimi qiymətləndirilərək hüquqi məsuliyyət yarada bilər.

Faizlə borc münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilməli, borcun məbləği, faiz dərəcəsi, ödəniş və qaytarılma şərtləri dəqiq göstərilməlidir. Pulun verilməsi və qaytarılması da sənədləşdirilməlidir. Əgər məhkəmə borc verənin fəaliyyətini qanunsuz hesab edərsə, onun faiz və digər gəlir tələbləri məhdudlaşdırıla bilər. Bu səbəbdən şəxsi vəsaitdən istifadə edilməsi belə, həmin vəsaitin sistemli şəkildə faizlə borc verilməsi üçün avtomatik hüquq yaratmır.

Faizlə borc verməyin qanunsuz olduğu bildirilir. Çünki kredit vermək və bunun müqabilində faiz almaq hüququ qanunla müvafiq rəsmi qurumlara və kredit fəaliyyəti həyata keçirmək hüququ olan şəxslərə verilib. Bəs vətəndaşlar arasında faizlə borc verilməsi necə müəyyən edilə və sübuta yetirilə bilər? Bir şəxsin digərinə faizlə borc pul verdiyini hansı mexanizmlə müəyyən etmək mümkündür? Əgər bu məsələ yalnız tərəflər arasında mübahisə yarandıqda məhkəməyə çıxarılaraq sübuta yetirilə bilirsə, digər hallarda belə fəaliyyətin aşkarlanması necə həyata keçirilir? Belə olan halda Ali Məhkəmənin bu izahının praktiki əhəmiyyəti nədən ibarətdir?

Xəyal Bəşirov: "Ali Məhkəmənin izahı belə fəaliyyətlə məşğul olmaq istəyən şəxsləri rəsmiləşməyə məcbur edəcək"

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər baş verməkdədir"

Hüquqşünas Xəyal Bəşirov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Ali Məhkəmənin vətəndaşlar üçün hazırladığı hüquqi izah son dövrlərdə məhkəmə mübahisələrinə səbəb olan faizlə borc vermə məsələsi ilə bağlı bir sıra mühüm suallara aydınlıq gətirir.

Onun sözlərinə görə, bu məsələ uzun müddətdir ki, məhkəmə təcrübəsində ciddi problemlər yaradır və tərəflər arasında uzunmüddətli mübahisələrə səbəb olur. Bir çox hallarda vətəndaşlar verdikləri pulun qarşı tərəfə borc kimi verildiyini sübut etməkdə çətinlik çəkirlər. Tərəflər arasında yazışmaların və ya müəyyən yazılı razılaşmanın olması belə, pulun hansı məqsədlə verildiyi, nə qədər vəsaitin qaytarıldığı və digər ödənişlərin həyata keçirilib-keçirilmədiyi ilə bağlı mübahisələri tam aradan qaldırmır. Nəticədə belə işlər məhkəmələrin iş yükünü artırır və uzun proseslərə çevrilir.

Xəyal Bəşirov qeyd edib ki, Ali Məhkəmənin izahını diqqətlə oxuduqda burada vətəndaşların borc verməsinə ümumi qadağanın nəzərdə tutulmadığı aydın görünür. Yəni bir şəxsin öz vəsaitindən digər şəxsə müəyyən müddətə borc verməsi və müqavilədə nəzərdə tutulduğu halda bunun müqabilində faiz əldə etməsi avtomatik olaraq qanunsuz fəaliyyət hesab edilmir.

Hüquqşünasın fikrincə, əsas məsələ bu fəaliyyətin xarakteri və sistemli olub-olmamasıdır. Əgər şəxs bir dəfə və ya ayrı-ayrı hallarda öz pulunu kiməsə borc verirsə, bu, adi mülki-hüquqi münasibət çərçivəsində qiymətləndirilə bilər. Lakin həmin şəxs davamlı şəkildə çoxsaylı insanlara və gəlir əldə etmək məqsədilə faizlə pul verməklə məşğuldursa, artıq burada peşəkar kredit fəaliyyəti məsələsi ortaya çıxır.

O bildirib ki, qanunvericiliyə əsasən, kredit fəaliyyəti xüsusi hüquqa malik olan banklar, bank olmayan kredit təşkilatları və digər müvafiq subyektlər tərəfindən həyata keçirilə bilər. Belə fəaliyyət sistemli xarakter daşıyırsa, onun rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi tələb olunur. Eyni zamanda əldə olunan gəlirlərlə bağlı vergi öhdəlikləri də meydana çıxır.

Xəyal Bəşirov vurğulayıb ki, Ali Məhkəmənin izahının mühüm tərəflərindən biri də məhz vətəndaşlara bu sərhədi göstərməsidir: "Şəxsin öz pulunu borc verməsi qadağan edilmir, lakin bunu davamlı, sistemli və gəlir əldə etmək məqsədilə kredit fəaliyyəti formasında həyata keçirmək artıq başqa hüquqi nəticələr doğurur".

Hüquqşünas hesab edir ki, bu izah borc alan və borc verən şəxslərin davranışına da təsir göstərə bilər. Belə ki, sistemli şəkildə faizlə borc verən şəxs gələcəkdə məhkəməyə müraciət etdiyi halda öz fəaliyyətinin qanuniliyinin də araşdırıla biləcəyini nəzərə almalı olacaq. Əgər onun fəaliyyətinin qanunsuz kredit fəaliyyəti olduğu müəyyən edilərsə, faiz gəlirlərini tələb etməsi ilə bağlı hüquqi imkanları məhdudlaşa bilər.

Bununla yanaşı, Bəşirov faizlə borc vermə faktının necə müəyyənləşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bunun üçün mütləq ayrıca və mürəkkəb nəzarət mexanizminin yaradılmasına ehtiyac yoxdur. Borc alan şəxsin faiz ödəyə bilmədikdə və ya tərəflər arasında mübahisə yarandıqda müvafiq qurumlara müraciət etməsi belə, konkret halın araşdırılması üçün əsas yarada bilər. Əgər araşdırma zamanı şəxsin çoxsaylı insanlara sistemli şəkildə faizlə borc verdiyi müəyyən olunarsa, onun fəaliyyətinə hüquqi qiymət verilə bilər.

Ekspert hesab edir ki, belə yanaşma bir tərəfdən məhkəmələrdə bu kateqoriyadan olan mübahisələrin sayının azalmasına, digər tərəfdən isə faizlə borc vermə fəaliyyətinin daha çox rəsmiləşdirilməsinə səbəb ola bilər. Çünki şəxslər əvvəlcədən bilməlidirlər ki, qeyri-rəsmi şəkildə sistemli kredit fəaliyyəti ilə məşğul olmaq sonradan həm onların faiz gəlirlərinin itirilməsi, həm də hüquqi məsuliyyətlə üzləşməsi ilə nəticələnə bilər.

Hüquqşünasın fikrincə, qanunvericilikdəki tələblərdən yayınmaq üçün fəaliyyətin formal olaraq ayrı-ayrı borc müqavilələri kimi təqdim edilməsi cəhdləri də mümkündür. Lakin əsas meyar yalnız müqavilənin adı deyil, fəaliyyətin faktiki xarakteri, davamlılığı, borcalanların sayı və gəlir əldə etmək məqsədidir.

Xəyal Bəşirov hesab edir ki, Ali Məhkəmənin hüquqi izahının əsas praktiki əhəmiyyəti məhz bu sərhədi aydınlaşdırmasıdır. Bu yanaşma həm vətəndaşların hüquqi maarifləndirilməsinə, həm məhkəmələrin iş yükünün azalmasına, həm də faizlə borc verməni biznes fəaliyyətinə çevirmək istəyən şəxslərin qanuni şəkildə fəaliyyət göstərməsinə stimul yarada bilər.

Nəticə etibarilə, faizlə verilən qeyri-rəsmi pulların məhdudlaşdırılması və bu vəsaitlərin bank sisteminə yönəlməsi ilk növbədə bankların maraqlarına xidmət edə bilər. Çünki belə halda insanlar arasında qeyri-rəsmi borc münasibətləri azalacaq, pul dövriyyəsi daha çox banklarda cəmləşəcək və banklar həmin vəsaitləri kredit kimi dövriyyəyə buraxaraq faiz gəliri əldə edəcəklər. Bu baxımdan, qərarın əhali üçün mümkün mənfi tərəfləri ilə yanaşı, bank sektoruna yaradacağı əlavə imkanlar da diqqətdə saxlanılmalıdır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ