Kremlin müşaviri Andrey Fedorov bildirib ki, Böyük Britaniyanın "Storm Shadow" raket istehsalı texnologiyasını Ukrayna ilə bölüşmək qərarından sonra dron və raket komponentləri istehsal edən Britaniya zavodları "naməlum mənbələrdən" hücumlarla üzləşə bilər.
Kreml müşavirinin açıqlaması Britaniyanın Baş naziri Endi Börnemin Kiyevdə Britaniyanın “Storm Shadow” raket istehsalı texnologiyasını Ukrayna ilə paylaşacağını elan etdiyi gün səslənib.
Börnemin açıqlamasından bir neçə saat sonra Rusiyanın keçmiş xarici işlər nazirinin müavini Fedorov, Putin Böyük Britaniyaya qarşı müəyyən tədbirlər görmək üçün təzyiq altında olduğunu və gec-tez Rusiyanın Böyük Britaniyaya verəcəyi cavabı sadəcə sözdə deyil, bəlkə də hansısa formada görünə biləcəyini deyib.
Kremlin müşaviri əlavə edib ki, Moskva Ukrayna üçün dron istehsal edən Britaniya silah istehsalçılarına qarşı hərbi əməliyyatların mümkünlüyünü 100 faiz istisna etmir.
"Onlara Rusiya tərəfindən deyil, naməlum mənbələrdən hücum edilə bilər" - deyə Fedorov bildirib.
Tahir TAĞIYEV