Ermənistanın Baş naziri Paşinyan ölkəsinin dəmir yolu xətlərinin Rusiyanın nəzarəti altında olmasının onların beynəlxalq şəbəkəyə inteqrasiyasını riskə atdığını bildirib və Rusiyadan hüquqlarını hər iki ölkə üçün məqbul olan üçüncü bir ölkəyə verməsini istəyib.
Paşinyan bildirib ki, Ermənistan dəmir yolunun Rusiya Dəmir Yollarının nəzarəti altında olması ilə bağlı heç bir problemləri yoxdur.
“Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və sadəcə Rusiya Dəmir Yollarının nəzarəti altındadır və bizim bu faktla bağlı heç bir problemimiz yoxdur.
Biz Rusiya Federasiyasına və onun maraqlarına son dərəcə hörmətlə yanaşırıq, lakin Ermənistan dəmir yolu Rusiyanın nəzarəti altında olduğundan, indi Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi fürsəti itirmək riski ilə üz-üzəyik. Bu tarixi fürsəti əldən verə bilmərik. Buna görə də Rusiya Federasiyasındakı tərəfdaşlarımızdan çeviklik nümayiş etdirmələrini və konsessiya hüquqlarını həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik” – deyə Paşinyan bildirib.
Tahir TAĞIYEV