ABŞ Dövlət Departamenti İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvlərinin ələ keçirilməsinə səbəb olan məlumata görə mükafat elan edib. Departament İran İnqilab Keşikçiləri Korpusunun beş əsas şəxsi haqda məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
24 avqustda Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən elana görə, Ədalət Mükafatları (RFJ) proqramı çərçivəsində əsas liderlər haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcək.
Açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun komandanı Əhməd Vəhidinin, Xatəm əl-Ənbiya Mərkəzi Qərargah rəisi Əli Abdullahinin, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin PUA komandanı Səid Ağacaninin, İran İnqilab Keşikçiləri Korpusunun Kiber Elektronika Komandanlığının rəisi Həmidrza Ləşgəryanın və Kəşfiyyat İdarəsinin rəisi Məcid Hademinin tutulmasına kömək edən məlumata görə 10 milyon dollara qədər mükafat veriləcəyi bildirilir.
Bundan əlavə, ABŞ İrana qarşı " İqtisadi Təcrid Əməliyyatı"na başlayıb. Bu əməliyyata görə, İranın hərbi fəaliyyətlərinə və təchizatına, eləcə də neft və neft-kimya ticarəti ilə məşğul olanlara qarşı sanksiyalar tətbiq edəcək.
Tahir TAĞIYEV