Yaxın Şərqdə binalara və müşahidə avadanlıqlarına edilən hücumlar Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) və digər Amerika kəşfiyyat orqanlarına misli görünməmiş ziyan vurub.
NBC News xəbər verir ki, İranın Amerika kəşfiyyat obyektlərinə hücumları nəticəsində MKİ-yə milyardlarla dollar ziyan dəyib.
Məsələ ilə tanış olan dörd mənbənin sözlərinə görə, İranın raket və pilotsuz təyyarə hücumları nəticəsində ABŞ-ın Yaxın Şərqdəki kəşfiyyat postlarına və müşahidə avadanlıqlarına dəyən ziyan ABŞ casusluq agentliklərinin əvvəllər məruz qaldığı zərərdən daha böyükdür və təmiri milyardlarla dollara başa gələcək.
Tahir TAĞIYEV