İrəvan Qərblə birlikdə hərəkət edərsə, Rusiya Ermənistanın bütün "hədiyyələrini" və üstünlüklərini əlindən alacaq. Bunu TASS-a Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
Çepa İrəvanın eyni zamanda həm Aİ, həm də AİB-də “oturmasının” mümkün olmadığını deyib.
"Onlar Rusiyadan bütün güzəştləri almaq və Qərblə birlikdə oynamaq istəyirlər. Qoy birlikdə oynasınlar. Amma təbii olaraq biz də illər ərzində bu ölkəyə verdiyimiz bütün hədiyyələri də geri alacağıq. Və bu, Paşinyan üçün çox çətin olacaq" – deyə Parlament üzvü qeyd edib.
Çepa İrəvanın kiminsə onun KTMT-də iştirakına qarşı çıxacağı ilə bağlı açıqlamalarını isə əsassız sayır: "Heç kim bunu etməyəcək, özləri çıxsın. İstəmirlərsə, çıxsınlar. Heç kim heç kimi saxlamır".
Tahir TAĞIYEV