ABŞ Prezidenti Donald Tramp Amerika musiqisinin əfsanəsi və kantri müğənnisi-bəstəkar Dolli Partonun vəfatının şərəfinə ABŞ-da bayraqların yarıya endirilməsini əmr edib.
"Kantri musiqisinin və ondan kənarda ən böyük sənətçilərdən biri olan Dolli Partonun vəfatını dərin kədərlə elan edirəm. Bu, milyonlarla insan üçün dərin bir itkidir. Onun kimi başqa biri heç vaxt olmayıb və olmayacaq da. Onun şərəfinə, bu gün saat 18:00-dan başlayaraq bir həftə ərzində ABŞ-da Amerika bayrağının yarıya endirilməsini əmr edirəm. Rahat yat, Dolli! Dünya səni sevir", - Tramp sosial media hesabı olan Truth Social-da yazıb.
Tramp sonuncu dəfə iyul ayında Cənubi Karolina senatoru Lindsi Qrehemin xatirəsinə ölkə daxilində bayraqların endirilməsini əmr etmişdi. Siyasətçi 12 iyulda 71 yaşında vəfat etdi. Trampın müğənnini bu şəkildə şərəfləndirmək qərarı misli görünməmiş hadisədir. ABŞ-da bəzi mədəniyyət xadimlərinin ölümünü qeyd etmək üçün bayraqlar yarıya endirilib, lakin bunlar bütün ölkəyə şamil edilən fərmanlar deyil, regional hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərarlar olub. Ümumiyyətlə, bayraqların endirilməsi ənənəsi adətən yüksək vəzifəli məmurların, hərbçilərin və milli faciələrin qurbanlarının ölümü üçün saxlanılır.
SAMİRƏ